Connect with us

Xəbərlər

Qapıçıdan daha az topla görüşən dünya ulduzu – Messinin ƏN BİABIRÇI PERFORMANSI

Published

on

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Dünya Çempionatının II turunda Xorvatiya ilə qarşılaşan
Argentina millisinin ulduzu Lionel Messi karyerasının ən pis
matçını keçirib.

Publika.az xəbər verir ki, əfsanəvi Maradona
ilə müqayisə edilən, dünya futbolunun ən yaxşıları sırasında
göstərilən argentinalı futbolçu dünən keçirilən matçın ilk
yarısında topla komandasının qapıçısı Uilli Kaballerodan (22) belə
daha az görüşüb (20).

İslandiyaya qarşı oynadığı ilk matçında 11 dəfə qapını yoxlayan
29 yaşlı hücumçu ikinci qarşılaşmasında sadəcə 1 dəfə qapıya tərəf
top göndərib.

Qarşılaşmanı tribunadan izləyən Argentinanın futbol əfsanəsi
Maradona matçdan sonra sanki dəliyə dönüb.

21-ci Dünya Çempionatına çox pis başlayan Argentina üst-üstə
2-ci dəfə meydandan 3 xal almadan ayrılıb. Amerikalılar 1974-cü
ildən bu yana ilk dəfə Dünya Çempionatı qruplarında ilk iki matçda
qalibiyyət əldə edə bilməyib.

Argentinanı 3 qolla məğlub edən Xorvatiya isə Dünya
Çempionatında növbəti mərhələni təmin edən 4-cü komanda olub. Daha
öncə Rusiya, Uruqvay və Fransa ikinci tur biletini əldə edib.
Misir, Səudiyyə Ərəbistanı, Mərakeş və Peru isə mundiala əlvida
deyib.

Zümrüd

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Maradona: “Argentina məni utandırdı”

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Argentina millisinin keçmiş baş məşqçisi Diyeqo Maradona
komandanı mundialda zəif çıxışına görə tənqid edib. Xatırladaq ki,
Argentina millisi dünya çempionatında 1/8 finalda fransızlara 3:4
hesabı ilə məğlub olaraq mundialı tərk etmişdi.

Publika.az goal.az-a istinadən xəbər verir ki, Maradona
Argentina millisini məqsədsiz, ideyasız bir komanda adlandırıb.
“Milli komandamızın çıxışı məni utandırdı. Sanki komandanın
qarşısına heç bir məqsəd qoyulmamışdı. Messini qınamıram. O, hər
zaman komanda üçün mübarizə aparan bir futbolçudur. Təəssüf ki,
Messiyə kömək edəcək kimsə yoxdur”, – dünya şöhrətli futbolçu
bildirib. Maradona bir müddət bundan əvvəl millinin baş məşqçisi,
artıq istefaya göndərilən Xorxe Sampaolini tənqid etmişdi.

Continue Reading

Xəbərlər

Dünyanın ən təsirli hekayəsi – Yazıçıların ilham qaynağı “Odisseya”

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Homerin “Odisseya” dastanı dünyanı formalaşdıran ilk
dastanlardandır. Əsər dünyanın ən yaxşıları arasında ilk
yerdədir.

Yunan dastanlarına xas 12 min misradan ibarət olan dastanda
hiyləgər qəhrəman Odisseyin Troya müharibəsindən sonrakı
macəralarından bəhs edir. Dastan min illər boyu mədəniyyətin
kulminasiya nöqtəsi hesab olunub.

Dünyanın bir çox yazıçıları “Odisseya”dan ilhamlanıblar.
Hiyləgər qəhrəman Odissey dastanda adı çəkilən bir çox tanrı və
canavarın arasında çox sadə bir şey etmək istəyirdi. Məqsədi yeni
və möhtəşəm kəşflərə imza atmaq deyildi. 10 il davam edən
müharibədən sonra evinə qayıtmaq istəyirdi.

Yazılmasından 2700 il keçməsinə baxmayaraq, mədəniyyətimiz üçün
bu qədər vacib olmasının səbəbi budur. Bu əsər böyük, xüsusilə də
geniş mənaları özündə əks etdirən, hətta çox kiçik məqamlara da yer
verən hekayədir.

Dastanda əvvəllər varlığını təşkil edən şeyləri itirən bir
kişinin hiss etdiklərindən bəhs edilir. Odissey həyat yoldaşından
uzaq ər, oğlunu görməyən ata, müharibəsi bitən əsgər, ölkəsindən
ayrı kral, adamları ölmüş lider və oğlunun öldüyünü düşünüb,
ağrı-acıyla vəfat edən ananın oğludur. O, yolçu, quldur,
macərapərəst və mühacir idi.

Odisseyin hekayəsi özü və ozanlar tərəfindən şişirdilərək
danışılırdı. Dastanın qəhrəmanının Troyadan vətəni İtakaya
qayıdışının izah edildiyi dövr 10 il davam edib. Ona görə də
hekayənin başlanğıcı 10 il sonrakı zamanı əhatə edir.

Qəhrəmanın ən məşhur macərası adamları ilə birlikdə Kiklopların
adasına çatdığı 9-cu bölümdür. Burada onlar insan yeyən Təpəgözün
hücumuna məruz qalırlar. Odissey adının Outis (heç kim) olduğunu
deyir və onu sərxoş edib, gözünü çıxarır.

Odisseya dastanındakı fantastik üsnsürlər bir çox yazar üçün
ilham qaynağı olub. Məşhur yazıçı Ceyms Coys Ulisses əsərini
Odisseyin latınca adından alıb.

Kanadalı yazar Marqaret Atvud Penelopa əsərində Odisseyin evə
dönüş hissəsini həyat yoldaşının gözü ilə yazıb.

“Odisseya” dastanı o qədər dərin, təfərrüatlı və qarışıqdır ki,
oxucu hər dəfə onu oxuyanda yeni bir şey tapır. Hələ uzun illər də
dastanın yerini qoruyacağı hiss olunur.

Continue Reading

Xəbərlər

Mixaylov İrəvanı hədələdi: Paşinyan bu addımı atarsa…

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanın Dağlı Qarabağ konfliktinin nizamlanması ilə
bağlı danışıqlara başlamaq niyyəti yoxdur.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı
politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov
“Azərnyus” (Azernews) saytına açıqlamasında deyib. O bildirib ki,
Dağlıq Qarabağ konflikti üzrə danışıqlar prosesinin irəliləməsi
üçün hər şeydən öncə tərəflər danışıqlara hazır olmalıdırlar:

“Ancaq mən hazırda erməni tərəfində belə bir istək müşahidə
etmirəm”.

Mixaylov bildirib ki, konfliktin tənzimlənmasında qarant
ölkələri dəyişmək artıq zərurətə çevrilib.

“Bu 3 ölkə (Minsk Qrupunun həmsədrləri nəzərdə tutulur) hər
zaman sülh üçün münasib hesab edilib. Ancaq məncə, qarant ölkələri
əvəzləmək, formatı dəyişmək lazımdır. Məsələn, bu məsələdə heç bir
xeyiri olmayan ABŞ və Fransanı prosesdən uzaqlaşdırmaq gərəkdir.
Əslində, regionda sülhün təminatçısı Rusiya, həmçinin Türkiyə və
İrandır. Məhz bu ölkələr Bakı və İrəvan arasında diplomatik
konsensusun əldə olunmasına kömək etməlidir”, – Mixaylov deyib.

Mixaylov həmçinin Ermənistanın hazırkı xarici siyasət kursuna da
toxunub. O bildirib ki, İrəvanın Qərbə tam istiqamət götürməsi
fonunda Moskva Ermənistanın təhlükəsizliyinə təminat
verməyəcək:

“Əgər İrəvan rus qoçunlarının ölkədən çıxarılmasında təkid etsə,
onda Moskva kardinal siyasi qərar qəbul edəcək. Mən bütövlükdə
Kremlin Cənubi Qafqaz siyasətinin dəyişməsini nəzərdə tuturam. Bu,
hər şeydən əvvəl Ermənistanın düşmən saydığı ölkələrlə mümkün
hərbi-siyasi yaxınlaşmanı aktuallaşdıracaq”.

Continue Reading

ən çox oxunanlar