Connect with us

Xəbərlər

Qanunsuz balıq ovlayanlar saxlanıldı

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su
Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi
Departamentinin əməkdaşları tərəfindən balıq və digər su
bioresurslarının mühafizəsi məqsədilə reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, Xəzər dənizinin Corat və H.Z.Tağıyev
qəsəbələri istiqamətində keçirilən reydlər zamanı qəsəbə sakinləri
Qulu və Elman Ağayevlər, Allahyar Bədəlov qanunsuz balıq ovu
edərkən saxlanılıb və onlardan 18 ədəd kütüm, 7 ədəd nərə balığı və
ov alətləri götürülüb. Qanun pozucuları barəsində balıq
ehtiyatlarına vurulan ziyanla bağlı kütümə görə 594 və nərəyə görə
isə 1540 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Xanabad kəndi və Samux rayonu
ərazilərində keçirilən reydlər zamanı Mingəçevir şəhər sakinləri
Azər Dünyamalı və Ramin Bayramsoy qanunsuz balıq ovu edərkən
saxlanılıb. Qanun pozucularından 45 ədəd şahmayı balığı götürülərək
barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 1485
manat məbləğində iddia qaldırılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının
çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış
sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Papadan ŞOK AÇIQLAMA: Cinsi münasibət…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Cinsi əlaqədə olmaq Allah vergisidir, günah
deyil”

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, bu sözləri Roma papası Frensis deyib.

“Cinsi əlaqənin 2 məqsədi var – sevgi və həyat qurmaq. Əsl sevgi
ehtiraslı olur. Qadınla kişi arasında ehtiraslı yaşayış isə ömürlük
həyata çevrilir. Həmişəlik. Onu həm bədən, həm də ruhunla
verirsən”

Qeyd edək ki, Roma papası bu sözləri 24 yaşlı qızın ona
ünvanlandığı suala cavab olaraq deyib.

Continue Reading

Xəbərlər

Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt,
Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın
14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56
terrorçu zərərsizləşdirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş
Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı
qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin “Zeytun
budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi
terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu
günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi
həlak olub, 241 nəfər yaralanıb.

Continue Reading

Xəbərlər

Rihanna səfir oldu

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və
səlahiyyətli səfiri təyin edilib.

Publika.az xəbər verir ki, sənətçi təhsil,
turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri
təyin olunub. O, məşhur “Fenty” kosmetik firmasının sahibidir.

Continue Reading

ən çox oxunanlar