Connect with us

Xəbərlər

Balakəndə avtomobil yolunun tikintisinə 8,9 milyon ayrıldı

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Prezident İlham Əliyev Balakən rayonunun
Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı
tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, doqquz min nəfər əhalinin yaşadığı 7
yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu
xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən
qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon manatı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli
gələn məsələləri həll etmək tapşırılır.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt,
Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın
14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56
terrorçu zərərsizləşdirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş
Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı
qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin “Zeytun
budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi
terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu
günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi
həlak olub, 241 nəfər yaralanıb.

Continue Reading

Xəbərlər

Rihanna səfir oldu

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və
səlahiyyətli səfiri təyin edilib.

Publika.az xəbər verir ki, sənətçi təhsil,
turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri
təyin olunub. O, məşhur “Fenty” kosmetik firmasının sahibidir.

Continue Reading

Xəbərlər

Avtomobil motosikletlə toqquşd: – Xəsarət alan var

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə
nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Qaralar
kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Əmənov Vəli Xosrov oğlu idarə
etdiyi motosikletlə hərəkətdə olarkən “Mercedes” markalı minik
avtomobili ilə toqquşub. Zərbənin təsirindən motosikletin sürücüsü
avtomobilin ön şüşəsinə çırpılıb. Müxtəlif dərəcəli ağır bədən
xəsarətləri alan V.Əmənov İmişli Rayon Mərkəzi Xəstəxanasına
çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan
verilən məlumata görə, sürücünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Continue Reading

ən çox oxunanlar