Connect with us

Xəbərlər

Azərbaycanlı səfirin oğlu Belarusda tutuldu

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş
İdarəsinin əməkdaşları azərbaycanlı diplomatın oğlunu
saxlayıblar.

Publika.az “Fontanka” saytına istinadən xəbər
verir ki, 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham
edilir.

Saytın yazdığına görə, Osmanov Minskə Vyanadan gəlib. Onu burada
“Kamri Toyota” avtomobili ilə şəxsi sürücüsü gözləyirdi. Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Emil
Osmanovu təqib ediblər və o, Rusiya ilə sərhədi keçərkən
saxlanılıb. Emil Osmanov kortejlə Peterburqa aparılıb.

İstintaqın versiyasına görə, Emil Osmanov pul vasitələrinin
nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Saytın yazdığına görə, Osmanov Leninqradda doğulub. O, Monakoda
yaşamağa üstünlük verirdi. Qeyd edilir ki, Osmanov Х…АМ dövlət
nömrəli elit avtomobilləri ilə məlumdur.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 172-ci maddəsi (“Qanunsuz
bank fəaliyyəti”) ilə 2018-ci ilin mayında cinayət işi açılıb.

Qeyd edək ki, Emil Osmanov Azərbaycanın Moldovadakı səfiri Qüdsi
Osmanovun oğludur.

Ömər Dağlı

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

İçdiyiniz su haqqında bütün həqiqəti bilmək üçün 7 TEST

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müxtəlif reytinqlərə əsasən ən təmiz su kəmərini Şimali
Avropa ölkələrində tapmaq olar, Danimarka və Finlandiya bu
göstərici üzrə liderlik edir. Eyni zamanda başqa bir məlumata görə,
planetdə 2 milyarddan çox adam çirklənmiş suyu içməli su kimi
istifadə edir. Təəssüf ki, bu fakt sadəcə üçüncü dünya ölkələrinin
sakinlərinə aid deyil.

Publika.az oxucuları ev şəraitində suyun
keyfiyyətini yoxlaya biləcəyi testlərlə tanış edib.

Suyun tərkibini nə üçün yoxlayaq?

İnsan hər gün su istifadə edir. Onunla orqanizmə təkcə faydalı
deyil, həm də təhlükəli maddələr daxil ola bilər. Su universal
həlledicidir, odur ki, adətən kimyəvi cəhətdən saf formada olmur.
Bakteriyalarla və viruslarla birlikdə su, həmçinin xeyli sayda
müxtəlif qatqı maddələrini özündə ehtiva edə bilər. Bütün bunlar
suyun qoxusu, rəngi, şəffaflığı və dadına təsir edir. Hətta bu sadə
əlamətlərə görə onun keyfiyyətini müəyyən etmək olar.

Bir çox xəstəliklərin yaranma səbəbinin 70-80% -i çirklənmiş
sudur, 30%-i isə qocalma prosesini sürətləndirir. Odur ki, suyun
keyfiyyətini yoxlamaq çox vacibdir. Əgər laboratoriyaya gedib
analiz üçün su verməyə imkanı yoxdursa, bunu ev şəraitində ilkin
sınaqdan keçirmək olar.

1. Saxlama

Bu test kənar maddələrin olduğunu müəyyənləşdirməyə imkan verir.
Suyu təmiz şəffaf şüşə butulkaya tökün, qapağı örtün və qaranlıq
yerdə saxlayın. Əgər bir neçə gündən sonra heç olmasa şübhəli
əlamətlərdən birini müşahidə etsəniz (xılt, səthdə nazik təbəqə),
demək ki, suyun keyfiyyəti ürəkaçan deyil: onda çox sayda suda
metal duzlar var.

2. Qaynama

Bu təcrübə suda yüksək konsentrasiyada metallar olub-olmadığını
müəyyən etməyə icazə verir, bir qabda su qaynadın, sonra onu alçaq
odda 12 dəqiqə saxlayın. Bundan sonra 20 dəqiqə daha gözləyin ki,
su soyusun və sonra onu boşaldın. Qazanın divarlarında əhəngli
çöküntülərin mövcudluğu yaxşı göstərici deyil. Əgər əhəngin rəngi
bozdursa, deməli, kalsiumun konsentrasiyası ilə, qəhvəyi və ya
sarıdırsa, demək ki, dəmirlə örtülüb.

3. Marqanislə test

Adi manqan məhlulu müəyyənləşdirməyə imkan verir ki, su içmək
üçün yararlıdır, ya yox. Bir stəkan suya bir qədər marqanis əlavə
edin və reaksiyanı qiymətləndirin. Su açıq-çəhrayı olmalıdır. Əgər
həmin su sarı rəng alırsa, keyfiyyətsizdir, onu içmək olmaz. Üzvi
maddələr dağılan zaman manqan məhlulu solğunlaşır.

4. Çay dəmləmək

Çay müxtəlif sularda müxtəlif cür dəmlənir, hətta keyfiyyəti
yaxşı olsa da. Çayın şəffaflığına xüsusi diqqət yetirmək lazımdır.
Təzə dəmlənmiş çaya 40-50 ml qaynamamış su tökün. Əgər çayın
tərkibi daha yüngül bir kölgə əldə edərsə, suyun keyfiyyəti münasib
qəbul edilə bilər.

Əgər çayın rəngi bulanıbsa, onu içmək olmaz: Onda aşırı miqdarda
duz, üzvi və zərərli maddələr ola bilər.

5. Çəki

Hesab edilir ki, yaxşı keyfiyyətli su daha yüngüldür. Mətbəx
çəkisinin köməyi ilə 2 nümunə çəkmək olar. İki nümunəni eyni qabda
sınaqdan keçirin.

6. Güzgü ilə sınaq

Kənar maddələrin olduğunu müəyyənləşdirmək üçün təmiz güzgünün
səthinə bir damcı su axıdın. Maye buxarlanıb quruyana qədər
gözləyin və daha sonra hər ikisini müqayisə edin. Əgər güzgüdə iz
qalıbsa, deməli, suda kənar maddələr var. Yaxşı keyfiyyətli su
buxarlandıqdan sonra iz buraxmır.

7. Maye sabun

Bu üsul suyun sərtliyini yoxlamağa imkan verir. Suya az miqdarda
sabun əlavə edin. Əgər su yumşaqdırsa, o sürətlə əriyəcək və böyük
miqdarda köpük yaranacaq. Su sərtdirsə, tamamilə əksi baş verəcək.
Yağ turşuları kalsium və maqneziumdan yaranır, suda olan möhkəm
birləşmələri sabunu köpüklənməyə qoymur.

Qeyd edək ki, bir insan həyatı ərzində təxminən 35 ton su içir.
Buna görə də onun keyfiyyətini yoxlamaq vacibdir. Xüsusilə ətrafdan
gələn müxtəlif kimyəvi maddələrin 80 faizinin mütləq su mənbələrinə
düşdüyü nəzərə alsaq, daşıdığı metalların müxtəlif xəstəliklərə
səbəb olduğu istisna deyil.

Aytən

Continue Reading

Xəbərlər

Bakıdakı qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Maşın ortadan bölündü, 4 nəfər öldü

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda ağır yol qəzası baş verib.

Publika.az “Report”-a istinadən xəbər verir ki,
hadisə Xətai rayonu ərazisində, Nobel prospektində qeydə
alınıb.

Belə ki, “Hyundai Elantra” markalı minik avtomobili yol
kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə
yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli
Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri
deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil
veriblər.

Ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub”. Bunu
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai
qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov
bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis
idarəsində araşdırma başlanılıb: “Ölənlərdən birinin meyiti
tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün
olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.

Continue Reading

Xəbərlər

Avropa İttifaqından “Facebook”a XƏBƏRDARLIQ

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Facebook” sosial şəbəkəsi ilin sonunadək fərdi
məlumatların emalını Avropanın yeni qaydalarına
uyğunlaşdırmalıdır”.

Publika.az xəbər verir ki, bunu Avropa
İttifaqının (Aİ) komissarı Vera Yurova “Twitter”dəki səhifəsində
bildirib.

“Əks təqdirdə, “Facebook” İttifaqın sanksiyaları ilə üzləşməli
olacaq. “Facebook”un fərdi məlumatları üçüncü şəxslərə
ötürməsindən, yaxud istifadəçilərin yerləşdirdiyi hər bir şəkilə və
ya məlumata müəllif hüququnu özündə saxlamasından çoxlarının xəbəri
yoxdur”.

Continue Reading

ən çox oxunanlar