Connect with us

Xəbərlər

“Qarabağ” italiyalı qapıçını transfer edir

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Qarabağ” klubu İtaliyanın “Peskara” klubunun italiyalı
qapıçısı Vinçenzo Fiorillonu heyətinə qatmaq istəyir.

Publika.az “Report”a istinadən xəbər verir ki,
Ağdam təmsilçisi 28 yaşlı qolkiperin klubu ilə razılıq əldə edib və
bu transfer üçün 600 min avro ödəyəcək.

Son ölkə çempionu Fiorilloya ikiillik müqavilə təklif edib.
Oyunçunun “Peskara” ilə birillik müqaviləsi mövcuddur.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Qaşıqçının ölümündən əvvəlki görüntüləri ORTAYA ÇIXDI – ANBAAN

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Camal Qaşıqçının öldürülməzdən əvvəl son görüntüləri
yayılıb. Saatbasaat çəkilən görüntülər Qaşıqçının Səudiyyə
Ərəbistanının sifarişi ilə öldürülməsinə daha bir
sübutdur.

Publika.az Türkiyə mediasına istinadən xəbər
verir ki, Camal Qaşıqçının nişanlısı Xədicə Çingizlə İstanbulda
getdiyi son ünvanlar və dəqiq saatlar yayımlanıb.

Camal Qaşıqçının 28 sentyabr – 1 oktyabr tarixləri arasında
nələr etdiyi və 2 oktyabr səhəri harada kimlərlə görüşdüyünə dair
görüntülər ilk dəfə olaraq yayımlanıb.

Qaşıqçı Londondan İstanbula 28 sentyabrda yerli vaxtla 04.07-də
gəlib. Gələrkən əysubay olduğuna dair sənədləri rəsmiləşdirmək üçün
Fatih Nikah İdarəsinə gedib. Onlar mehribanca əl-ələ tutaraq içəri
daxil olublar. Zəruri işləri bitirdikdən sonra Qaşıqçı nişanlısı
ilə saat 09.28-də evlənmə idarəsindən çıxıb, Səudiyyə Ərəbistanının
İstanbuldakı Baş Konsulluğuna gedib. Saat 09.32-də o, taksiyə
minib, taksidə telefonunu nişanlısına verəndən bir neçə dəqiqə
sonra Baş Konsulluğa daxil olub. Qaşıqçı 1-1.5 saat sonra xoşbəxt
halda Konsulluqdan çölə çıxıb. Boşanmaya dair sənədlər hazır olanda
ona xəbər ediləcəyi bildirilib. Londonda keçiriləcək konfrans üçün
həmin axşam təyyarəyə minən Qaşıqçı öldürüldüyü gün – 2 oktyabrda
səhərə yaxın İstanbula geri dönüb. O, səhər saat 04.06.55-də
pasport nəzarətindən keçib. Atatürk Hava Limanında bunlar
yaşanıb:

04.08.39-da çamadanı əlində gömrüyün çıxış qapısına doğru
irəliləyib.

04.09.04-da gömrüyün çıxış qapısından keçib.

04.11.57-də sarı taksiyə minərək evinə doğru gedib.

04.56-da isə nişanlısı Xədicə Çingiz əlində bağlamalarla
Qaşıqçının Topqapı ətrafındakı evinə gəlib, oradan da Baş
Konsulluğa doğru yola düşüblər.

Qatillər isə İstanbula tam 23 dəqiqə sonra
gəliblər.

Sabah nəşrinin yazdığına görə, Camal Qaşıqçı cinayətinin daha
kritik görüntüləri yayılıb. Qaşıqçını öldürmək üçün Səudiyyə
Ərəbistanından göndərilən Mahər Abdulaziz Mutreb başda olmaqla bir
dəstə qatil İstanbul Atatürk Hava Limanı VIP salonundan giriş
ediblər. Görüntülərə əsasən qətl günündə Qaşıqçı ilə qatilləri eyni
dəqiqələrdə Atatürk Hava Limanında olublar. Qaşıqçı 2 oktyabr
tarixində Atatürk Hava Limanından saat 04.07-də, Mutreb və dəstəsi
isə 04.29-da çıxış edib.

Maraqlı məqam sonra başlayır. Belə ki, Qaşıqçının qatilləri 2
oktyabr tarixində saat 09.55-də Səudiyyə Ərəbistanın Konsulluğuna
daxil olublar. Həmin saatlarda isə Qaşıqçının nişanlısı ilə səhər
yeməyi yediyi bildirilib. Saat 13.00-da Konsulluqdan Qaşıqçıya zəng
gəlib, “sənədləriniz hazırdır, gəlib götürə bilərsiniz” deyilərək
o, Konsulluğa çağrılıb.

Bu zəngdən sonra Konsulluğa yollanan Qaşıçı hər iki telefonunu
nişanlısının yanında qoyub və saat 13.14-də binaya daxil olub. Baş
Konsulluğa daxil olandan sonra onunla bağlı məlumat almaq mümkün
olmayıb.

Qaşıqçının cəsədi harda və ya kimdədir?

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Səid İbni Cübeyr
Camal Qaşıqçının necə öldürüldüyünü və cəsədinin harada olduğunu
bilmədiklərini açıqlayıb. Onun ölümünün dəhşətli bir səhv olduğu və
vəliəhd şahzadə Salmanın hadisədən bixəbər olduğu bildirlib:

“Araşdırma nəticəsində Qaşıqçının Konsulluqda öldürüldüyü ortaya
çıxdı, lakin onun cəsədinin harada olduğuna dair bir məlumatımız
yoxdur”.

Bütün bunların fonunda Ərəb ölkələri Səudiyyə Ərəbistanı
rəhbərliyinə inamlarının tam olduğunu açıqlayıb. Qərbdən isə Ərəb
dünyasına kəskin reaksiyalar davam etməkdədir. Almaniya Kansleri
Angela Merkel məsələ ilə bağlı açıqlamalarının birində Səudiyyə
Ərəbistanına silah satışını dayandıracaqlarını bildirərək, hadisəyə
beynəlxalq reaksiya göstərilməsi üçün danışıqları davam etdirmək
lazım olduğunu bəyan edib.

Könül

Continue Reading

Xəbərlər

“Dedim ki, əlaqədə olmağımızın videosu var”

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sumqayıtda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə
təqsirli bilinən Ağdam sakini, 1991-ci il təvəllüdlü Elsevər
Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.

Teleqraf.com
xəbər verir ki, Elsevər Məmmədov 25 noyabr 2017-ci il tarixdə, saat
11 radələrində tanışı Sevinc Babayevanın (ad və soyad şərti verilib
– red.) barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə onu
şantaj edib. Elsevər Sevinclə bir gün əvvəl cinsi əlaqədə olarkən
bunu videokamera vasitəsi ilə lentə aldığını və həmin görüntüləri
sosial şəbəkədə yayacağını bildirib.

O, Sevincdən 250 manat tələb edib və bu məbləğin 50 manatını
alıb.

“Özümü Uğur kimi təqdim etdim”

İstintaq orqanı tərəfindən Elsevər Məmmədova Cinayət
Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş
şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor
göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya
onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya
əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər
etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən
Elsevər Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O,
qeyd edib ki, Samirəni hadisədən təxminən 15-20 gün əvvəl tanıyıb:
“Samirə ilə köhnə tanışım olan Vəfa vasitəsilə tanış olmuşam.
Samirənin əri cinayət törətdiyinə görə azadlıqdan məhrum edilib. Bu
səbəbdən o, maddi cəhətdən kasıb yaşayıb. Vəfadan xahiş etdim ki,
Samirəyə desin, mobil telefonuma zəng vursun. Bundan sonra Samirə
mobil telefonuma zəng vurdu, mənimlə əlaqə saxladı. Onunla söhbət
zamanı özümü Uğur Məmmədov kimi təqdim etdim. Çünki işim məxfiliyi
qorumağı tələb edirdi”.

“Ərinin yanına getməyinə kömək etməyimi
istədi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirəyə maddi cəhətdən
köməklik etməki, onunla birgə yaşamaq istədiyini bildirib:
“Samirənin evində kiray yaşayan Türkan adlı şəxs kirayə pulunu
vermədən evdən çıxıb getmişdi. Onun tapmaqda Samirəyə kömək
edəcəyimi də dedim. Samirə ilə tanış olduqdan sonra bir-birimizlə
əlaqə saxlamağa başladıq. Samirə söhbətlərin birində həbsdə olan
ərinin yanına getmək üçün maddi cəhətdən ona kömək etməyimi
istədi”.

“Dedi ki, evdə cinsi əlaqədə olaq”

Elsevər Məmmədov qeyd edib ki, sonuncu dəfə onlar noyabrın
24-də, saat 13.30-da Sumqayıt şəhəri, 18 saylı orta məktəbin
qarşısında görüşmək barədə razılığa gəliblər: “Mən kirayə
götürdüyüm “Toyota Camry” markalı avtomobillə Sumqayıt şəhərinə
gəldim. Samirənin məktəbin qarşısında məni gözlədiyini gördüm.
Həmin vaxt Samirə avtomobilə əyləşərək burada onu tanıdıqlarını,
evlərinə getməyimizi, orada cinsi əlaqədə olmağımızı istədi. Samirə
ilə razılaşaraq onun Sumqayıtda yaşadığı evin yaxınlığına gəldik.
Orada Samirə mənə qonşuların bizi görəcəyini dedi, ona görə də
dəniz kənarına getməyimizi, amma tez qayıtmağı istədi”.

“Maşında cinsi əlaqədə oldum”

Elsevər Məmmədov bildirib ki, idarə etdiyi “Toyota Camry”
markalı avtomobillə Sumqayıtda dəniz kənarına gəliblər: “Orada
avtomobildə Samirənin razılığı ilə könüllü olaraq onunla təbii
yolla cinsi əlaqədə oldum. Sonra Samirəni aparıb 18 saylı orta
məktəbin qarşısında düşürdüm. Yolda Samirə məndən 1000 manat pul
istədi. Samirəyə Vəfa ilə rəfiqə olduğunu xatırlatdım. Dedim ki,
Vəfan hamıya faizlə pul verir, səbə də faizsiz pul verə bilər, ona
görə də Vəfaya müraciət elə”.

“Əsəbləşdiyim üçün telefonumu sındırdım”

Elsevər Məmmədovun sözlərinə görə, noyabrın 25-də Vəfa onun
mobil telefonuna zəng vurub: “O, əsəbi halda soruşdu ki, niyə faiz
məsələsi barədə Samirəyə demişən. Vəfaya ağzımdan qaçırdığımı, ona
görə də üzürlü hesab etməsini xahiş etdim. Lakin Vəfa acıqlı olduğu
üçün mənə kobud sözlər dedi. Vəfa ilə danışdıqdan sonra əsəbimi
cilovlaya bilmədim, “Samsunq Qalaxy J 2 prime” markalı mobil
telefonumu yerə çırpdım. Samirənin mobil telefonuna zəng vurub,
niyə Vəfaya bizim söhbətimiz barədə dediyini soruşdum. Əsəbləşdiyim
üçün 250 manat dəyərində mobil telefonumu yerə çırpıb, sındırdığımı
dedim. Mobil telefonumu sındırmağımda görə onun günahkar olduğunu
söylədim. Samirəyə dedim ki, ya mənə təzə telefon alacaqsan, ya da
250 manat pul verəcəksən. Samirə əvvəl razılaşdı, lakin sonra nə
telefon almayacağını, nə də pul verməyəcəyini bildirdi”.

“Görüntüləri ailəsinə göstərəcəyimi
bildirdim”

Elsevər Məmmədov qeyd edib ki, Samirəyə görə ziyana düşdüyü üçün
ondan dəymiş ziyanın əvəzini almaq qərarına gəlib: “Ona görə də
Samirəyə mənimlə avtomobildə cinsi əlaqədə olduğunu gizli olaraq
kamera ilə çəkdiyimi, mənə dəymiş 250 manat ziyanın ödənilməsini,
əks halda cinsi əlaqədə olmağım barədə görüntüləri ailəsinə
göstərəcəyimi bildirdim. Bu sözlərdən sonra Samirə mənə qardaşından
pul alıb, axşam qaytaracağını dedi. Sonra zəng vuraraq 18 saylı
orta məktəbin qarşısına gəlməyimi istədi. Mən də evdən çıxaraq
kirayəyə götürdüyüm “Toyota Camry” markalı avtomobillə 18 saylı
orta məktəbin qarşısına gəldim. Samirənin orada məni gözlədiyini
gördüm. Samirədən yenə də ya mobil telefonumu alaraq verməsini, ya
da ki, telefonun pulunu verməsini istədim. Samirə Vəfanın mobil
telefonuna zəng vurub, onun 18 saylı orta məktəbin qarşısına
gəlməsini xahiş etdi. Az sonra Vəfa 18 saylı orta məktəbin
qarşısına gəldi”.

“Dedim, cinsi əlaqədə olmaq barədə görüntüləri
yayacam”

Elsevər Məmmədovun ifadəsinə görə, Samirə Vəfaya baş verənləri
danışdı: “Vəfa isə Samirəyə dedi ki, sənə mən demişdim get Uğurla
cinsi əlaqədə ol, bu iş onluq deyil, get nə edirsən, et. Həmin vaxt
Samirəyə bildirdim ki, ya 250 manat pul tapsın, ya da onunla cinsi
əlaqədə olmağım barədə görüntüləri sosial şəbəkədə yayacam. Sonra
maşınla Samirə və Vəfa ilə birlikdə Samirənin yaşadığı binanın
qarşısına gəldik. Samirəyə işimlə əlaqədar Bakıya gedəcəyimi, pulu
Vəfa vasitəsilə mənə çatdırmasını tapşırdım,. Samirə evdə 50 manat
pulu olduğunu dedi. Samirəyə deim ki, həmin 50 manat pulu indi Vəfa
ver, qalan 200 manat pulu isə sabah çatdır”.

“Zəng etdi, geri qayıtdım”

Elsevər Məmmədov qeyd edib ki, bundan sonra avtomobili ilə
Bakıya doğru gedib: “Az sonra Vəfa zəng vurub, geri qayıtmağımı
istədi. O, Samirənin 50 manat pulu ona verdiyini dedi. Dərhal
Samirənin yaşadığı evin yaxınlığına gəldim. Orada sürücülük
məktəbinin qarşısında Samirə ilə Vəfanın məni gözlədiklərini
gördüm. Vəfa həmin vaxt avtomobilə əyləşdi, 50 manat pulu mənə
verdi. Həmin vaxt Samirə avtomobilə yaxınlaşdı və məndən soruşdu
ki, niyə ona yalandan Bakıya gedəcəyimi dedim. Samirəyə bildirdim
ki, Sumqayıtda uzaqlaşmamışdım, ona görə də tez geri qayıtdım”.

“Samirəyə görüntüləri göstərməyəcəyimi
dedim”

Elsevər Məmmədovun sözlərinə görə, sonra Samirə ondan cinsi
əlaqədə olmağı barədə görüntüləri göstərməyi tələb edib: “Samirəyə
dedim ki, görüntüləri göstərməyəcəyəm, qalan 200 manat pulu da ver,
verməsən, görüntüləri yayacam. Samirə 200 manat pulu səhərisi gün
çatdıracağını dedi. Həmin vaxtı Vəfa Samirəyə dedi ki, sənə ayıb
olsun, mən sizi tanış etməmişdim ki, cinsi əlaqədə olasınız. Sonra
Samirə bizdən uzaqlaşdı, yaşadığı ünvana getdi. Həmin gün axşam
Samirənin qardaşı mobil telefonuma zəng vurdu, məndən Samirənin
borcunun nədən yarandığını soruşdu. Mən də Samirənin mənə borclu
olduğunu bildirdim. Hal-hazırda əməlimdən səmimi peşmançılıq
çəkirəm. Ailəliyəm, himayəmdə iki azyaşlı övladım var”.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elsevər Məmmədov 2 il 11
ay 28 müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elsevər Məmmədov apelyasiya şikayəti verib.
O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün
çıxarılmasını istəyib.

Elsevər Məmmədovun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində
hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda
qərar elan edib. Qərara görə, Elsevər Məmmədovun barəsində Cinayət
Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun
cəzası 1 il sınaq müddəti olmaqla şərti hesab edilib. O, məhkəmə
zalından azadlığa buraxılıb.

Continue Reading

Xəbərlər

BAKIDA ƏMƏLİYYAT: “Volkswagen”də narkotik daşıyanlar saxlanıldı

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Oktyabrın 20-də gecə saat 2 radələrində Xəzər rayonunun
Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen”
markalı avtomobil şübhə doğurduğundan Daxili İşlər Nazirliyinin
Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

DİN-dən Publika.az-a verilən məlumata görə,
polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna
qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yük
yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda
yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək
götürülüb.

Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov,
Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov
saxlanılaraq 1-ci Polis Bölməsinə təhvil veriliblər. Davam
etdirilən tədbirlərlə narkotikin əldə olunduğu mənbə də qısa
zamanda polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Məlum olub
ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov,
Maştağa qəsəbə sakinləri Sərxan Qarayev və Natiq Süleymanovdan
alıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hər üç şəxs
saxlanılıb. Xaşaxuna bağlar sahəsində S.Qarayevə məxsus istixanada
keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş,
çəkisi 350 kiloqramdan artıq 2.000 ədəd kənaf bitkisi də aşkar
edilərək götürülüb.

Bundan əlavə Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının
əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində
keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Yardımlı
rayon sakini, əvvəllər məhkum olunmuş Rusif Tərlanovdan isə çəkisi
1 kiloqramdan artıq narkotik vasitə olan heroin götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar
aparılır.

Continue Reading

ən çox oxunanlar

WP Facebook Auto Publish Powered By : XYZScripts.com