Connect with us

Xəbərlər

“Qarabağ” Avstriyada təlim-məşq toplanışına start verdi

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Qarabağ” klubu Avstriyada təlim-məşq toplanışının
ikinci mərhələsinə start verib.

Publika.az klubun Mətbuat xidmətinə istinadən
xəbər verir ki, Ağdam klubunun ilk məşqi yerli vaxtla saat 12:30-da
start götürüb.

Futbolçular fitnes zalında yüngül hərəkətlərdən sonra meydanda
hazırlıqları davam etdirib. İki qrup halında məşq edən kollektiv
daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq prosesi,
təxminən, 1 saat 40 dəqiqə davam edib. Günün ikinci məşqi yerli
vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı toplanış çərçivəsində 4
yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubu iyunun 23-də
Bolqarıstanın “Ludoqorets”, iyunun 26-da Avstriyanın “Vakker
İnsbruk”, iyunun 30-da Suriya milli komandası, iyulun 4-də isə
Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə üz-üzə gələcək.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

ABŞ-dan yeni Qarabağ PLANI – “Amerika qırğısı” Bakıya çantasında NƏ GƏTİRİR?

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“ABŞ Gürcüstan və NATO arasındakı ittifaq
münasibətlərindən istifadə edərək hərbi gəmilərini Qara dənizdə
yerləşdirməyə çalışır. Vaşinqton həmçinin, Şərqi Anadoluda öz
bazalarını yaratmağa çalışacaq. Bunun üçün Türkiyədə bir sıra
limanları tələb edə bilər. Bununla yanaşı, Bakıya da yeni təkliflər
verilə bilər”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq
Sergey Markedonov deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı prinsipial olaraq
Cənubi Qafqazda da vəziyyəti dəyişdirə bilər.

“ABŞ bölgədə faktiki olaraq təsir imkanlarını itirir. Azərbaycan
Vaşinqtonla əməkdaşlıq edir, özünün qlobal enerji layihələrini
reallaşdıraraq, Avropanın enerji təhlükəsizliyinin zamini kimi
çıxış edir. ABŞ prezidentinin müşaviri Con Bolton Bakıya səfərində
Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni
ideyalar təqdim edə bilər. ABŞ anlayır ki, Ermənistanı Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatından tezliklə çıxarmaq
alınmayacaq, buna görə də Bakıya tərəf əyilir”, – deyə o
bildirib.

Asif

Continue Reading

Xəbərlər

Adnan Oktarın qardaşı da saxlanıldı

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyədə “A9” telekanalının sahibi Adnan Oktar və
təfdaşlarının işi ilə bağlı daha 33 nəfər saxlanılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər
verir ki, aparılan əməliyyatlarda başda Adnan Oktarın qardaşı Kənan
Oktar olmaqla 33 nəfər nəzarətə götürülüb.

Adnan Oktar cinayətində 2-ci dalğa əməliyyatı başlayıb. İstanbul
Cümhuriyyət Prokurorluğunun 33 nəfər barəsində verdiyi nəzarət
göstərişi ilə İstanbul Cinayətlərlə Mübarizə Şöbəsi işə
başlayıb.

Bundan öncə Adnan Oktar təşkilatında çalışan başlıca adlardan
biri Tarkan Yavaş saxlanılmışdı. Saxlanılan 33 nəfərdən 14-ü
haqqında həbs qərarı verilib.

Xatırladaq ki, Adnan Oktar təşkilatına 11 iyul tarixində böyük
basqın təşkil edilmiş və 187 nəfər həbs olunmuşdu. Təşkilatın digər
sektorlarda olan tərəfdaşlarının da saxlanılması üçün əməliyyat
axtarış tədbirləri davam etdirilməkdədir.

Könül

Continue Reading

Xəbərlər

Bakı gecələrini zəbt edən “bokaizm”…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda qəribə şəkildə gedən mənəvi işğal prosesindən
sanki xəbərsizik. Artıq illərdir ki, restoranlarda erməni əsilli
bakılı müğənni Bokanın adı ilə bağlı olan və yaxud onun
məşhurlaşdırdığı, Azərbaycan milli avazına heç bir aidiyyəti
olmayan ləhcə-intonasiya ilə havalar ifa edilməkdədir. Dünənə qədər
çox azsaylı, məhdud dairədə olan bu mahnılar indi Bakı gecəsinin
havasına çevrilib: hər yerdə, hər kəsin dilində “Madam popuqay”,
“Dolya vorovskaya” və adını bilmədiyimiz daha hansı havalar… Nə
baş verir?

Peşəkar yanaşması yoxdur, ziyalılar isə…

Bir neçə gündür ardarda müşahidə etdiyim bu haldan
təəccüblənməməyim mümkün deyildi. Nə baş verdiyini aydınlaşdırmaq
istədim və qısaca internet araşdırması da etdim: mənzərə nədir?

Vaxtaşırı olaraq medianın gündəminə gəlir bu mövzu, bir neçə gün
hallanır və qəribə reaksiyalarla sanki qarşısına sədd çəkilir.
Çünki prosesin özünün gedişini izləməyən və yaxud izləmək istəməyən
ziyalı-musiqiçilərin problemə fundamental yanaşması yoxdur.

Əlbəttə ki, bu məqamda millət vəkili, tanınmış yazar Aqil
Abbasın münasibəti diqqətimi ən çox cəlb edənlər sırasında idi. O,
Bokanın əslində heç nə yaratmadığını, bu havaların bakılıların
“qədeş mahnıları” olduğunu bildirib və bizim bu mahnılardan
erməniyə görə imtina etməyimizi düzgün saymayıb.

Küll halda götürdükdə, mənzərə bundan ibarətdir: sanki
mədəniyyətlərin toqquşduğu, üz-üzə gəldiyi deyil,
“qaynayıb-qarışdığı” bir məqamla üzləşmişik – “bakılıların”
yaratdığı və bakılı erməninin məşhurlaşdığı şanson musiqisi. Bizim
haqqımız varmış o mahnılara. Bəs, ermənilərin necə? Onların haqqı
yoxdurmu?

İstisnasız olaraq deyirəm və bu fikri izah etməyə də
çalışacağam: ermənilərin bu mahnılara iddia etməyə tam haqqı var.
Demək, belə çıxır ki, ortaq bir mədəniyyətimiz varmış
ermənilərlə?

Ortaq mədəniyyətlər necə yaranır

Bu coğrafiyada azərbaycanlıların – türklərin ortaq mədəniyyət
yaratdığı xalqlar var və bunların başında farslar gəlir. Fars və
Azərbaycan türkünün yaratdığı ortaq mədəni dəyərlərin əsasında isə
təkcə minillik qonşuluq, iç-içə, bir ölkə daxilində yaşamaq
dayanmır və ümumiyyətlə, bir yerdə yaşamağın ortaq mədəniyyət
yaratmağa qəti dəxli yoxdur.

Ortaq mədəniyyət – xalqların dini-mifoloji və ideoloji bağları
zamanı ortaya çıxır, məsələn, muğam kimi. İslamdan çox-çox öncə bu
ərazini əhatələyən maq dünyagörüşünə bağlı mistik bir sənətin
daşıyıcıları olaraq, türklər və farslar muğama paralel şəkildə
iddia edirlər.

Xalqların özünüifadəsində dini-ideoloji bazası olmayan heç bir
böyük mədəniyyət olmadığı kimi, ayrı-ayrı dini dünyagörüş
daşıyıcısı olan xalqların da bir yerdə ortaq mədəniyyət yaratması
mümkünsüzdür – hələ onu demirəm ki, ermənilər bu ərazilərə “dünən”
– 200 il öncə gəliblər. Bizim paralel və ortaq hansı mədəni aktımız
ola bilər ki?

Erməni Boka və 70-ci illərin “hiti”

Boka (Boris Arkadyeviç Davidyan) 1949-cu ildə Bakıda doğulub,
70-ci illərdən bakılıların sevimlisinə çevrilib, böyük şöhrəti
olub.

“Böyük şöhrəti olub”, doğrudur, ancaq 70-ci illərin düşünən
başları, xüsusilə 1978-ci ildə “Azərbaycanda dövlət dili Azərbaycan
dilidir” maddəsini Azərbaycan SSR-in Konstitusiyasına – Mərkəzə
göndərilən necə donoslar, şərləmələr qarşısında duraraq! – daxil
edən qürur yerimiz Heydər Əliyev bu məşhurun efirlərdə görünməsinə
və hər hansı ad almasına heç bir şərait yaratmayıb.

Niyəsi haqda bu qədərmi dərin düşünmək lazımdır? Yoxsa təsəvvür
etdiniz?..

Boka Bakını sevir, bakılı dostları var və bunu hər zaman
deyir.

Onun haqda xırdaca bir araşdırma zamanı dildən-dilə yayılan, heç
bir dəqiq informasiya ilə təsdiqlənmyən bu məlumatlar üzə çıxır:
Bakılı dostlarının xətrinə dəyməmək üçün heç vaxt Ermənistana
getməyib, Xocalı faciəsinin ildönümündə konsert verməkdən imtina
edib və ermənilərin təzyiqi ilə üzləşib və s.

Maraqlıdır ki, bu deyimlər sonradan ayrı-ayrı müəlliflərin
imzasında mətbuat səhifələrinə də “fakt olaraq” işıq üzü görüb.

Əvvəla, Boka 1988-ci ildə deyil, 1987-ci ildə Bakıdan gedib və
Moskvada yaşamağa başlayıb. Maraqlı tarixdir, elədirmi?

İkincisi, Boka 1996-cı ildə Ermənistanda yaşayıb, ailəsi ilə
birgə. Dostluqdan, qardaşlıqdan danışan Boka bir dəfə də olsun,
Qarabağla bağlı münasibət bildirməyib, Bakını, bakılıları sevdiyini
deyib, vəssalam.

Boka – sanki düşünülmüş surətdə yaradılmış obrazdır: bakılı,
“internasional” obraz. Bu obraz 1988-ci ildən bəri baş verənlərlə
bağlı “siyasi mövqe” bildirmir, çünki belədə onun mahnılarının Bakı
işğalının qarşısını almaq üçün kəsərli arqument əldə etmiş
olarıq.

Bakının mənəvi işğal planı

Bakı – Azərbaycanın təkcə siyasi paytaxtı deyil, həm də uzun
müddətdir ki, mənəvi paytaxtı, mədəniyyət ocağı, simvolu rolunu
oynayır. Bu, həm də Bakı nefti ilə bağlı olan yüzillərə dayanan
prosesdir.

Bakı hər zaman yağıların diqqətini çəkib və illərdir bu üçbucaq
– Bakı-Gəncə-Naxçıvan hədəf olaraq seçilib, hansısa böyük güclərin
qurduğu tələ ilə ermənilər xüsusən bu üçbucağın üstündəki ulduzu
(Bakı) mənimsəməyə cəhd göstərib.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları da Bakıdan
başlayıb: məhz ürəyimizi nişan alıblar. 1918-ci il Bakı
Komissarlığı, Bakının şəhər-dövlətə çevrilməsi üçün
azərbaycanlıların kütləvi qətliamının səbəbi də budur.

Güc yolu ilə bacarmadılar – 15 sentyabr 1918-ci ildə Bakı xilas
edildi. 1920-ci ildəki işğaldan sonra isə Bakının ələ keçirilməsi
üçün böyük və daha gizli plan işləndi.

İlk 20 il – milli ziyalılar aradan götürüldü, sonrakı 20 il
müharibə və ondan sonrakı təşkilatlanma idisə, 60-cı illərdən
Bakının mənəvi işğalında pik dönəm başladı. O vəziyyətə gəldi ki,
ölkəmizin paytaxtında azərbaycanca danışmaq “çuşkalıq” sayılırdı,
xüsusi zümrə yetişdirilmişdi – “bakılılar”.

Bu “bakılıların” Bakıya və Bakının 32 kəndinə zərrəcə aidiyyəti
yoxdur. Çünki Bakıda “şanson” meydan sulayanda Bakı kəndləri
Azərbaycanda muğamı yaşadan az qala nadir məkana çevrilmişdi.

Mənəvi işğalın xüsusi “milləti”

Böyük hazırlıq görülmüşdü “bakılılar millətinin” yaradılması
üçün: onların dili vardı, məktəbləri vardı, bəs, mədəniyyəti? Axı,
bu “millətin” öz mədəniyyəti də olmalıydı?

Bax, Bokalar da o zaman ortaya atıldı.

Bakılıların “qədeş” mahnılarınımı oxuyurdular və ona görəmi
sevilirdilər? Elədirsə, hara getdi bu bakılı mahnılarındakı “bakılı
dili”?

Bu mahnıların dili, ifası, üslubunun əsl bakılılara və
azərbaycanlılara heç bir dəxli yoxdur: bu, düşünülmüş surətdə
yaradılan və qapalı olaraq paytaxtımıza yerləşdirilən “bakılı” adlı
“internasional”, hibrid və amorf bir “millətin” mədəniyyəti idi. Və
təsadüfü deyil ki, bunun daşıyıcıları da biz deyildik.

Nəyin mübahisəsini aparırıq?

Bakılı Bokanın ermənilərə dəxli yoxdur; onun oxuduqları
“bakılılarındır”; ondan ermənilər yapışıbsa, biz niyə imtina
etməliyik və s… fikirlərə heyrət etməyə bilmirsən.

Nəyin müzakirəsini, mübahisəsini aparırıq? Heç bir göstəricisi
ilə – dili, üslubu, avazı – bizə aid olmayan “bokaizmi” hər hansı
formada niyə müdafiə etməyə qalxırsınız?

Ermənilər “Sarı gəlin”dən “Uzundərə”yə, Üzeyir Hacıbəyovdan
Ələkbər Tağızadəyə qədər böyük bir mədəniyyətimizi çapıb-talayıb,
mənimsəməklə məşğuldurlar, biz isə Bokanın “bakılıların
mədəniyyətinin” daşıyıcısı kimi mahnılarına iddia edib, onu
oxuyuruq?

Zəruri xatırlatmaya ehtiyac var: 70-ci illərdə
rok və yaxud rep/pop (musiqiçilər və peşəkarlardan anlayış xahiş
edirəm: mənim üçün bunların mahiyyətcə heç bir fərqi yoxdur)
musiqisinin Avropanı işğal etdiyini görüb, maraqlı bir təcrübə
aparmışdılar. Bir yumurtanı rep oxunan otağa, digərini isə milli
musiqinin önünə qoymuşdular. 24 saatdan sonra nəticə elə alimlərin
gözlədiyi kimi də olmuşdu – rep/rokun önündəki yumurtada
hüceyrələrin hamısı ölmüşdü, milli musiqinin önündəki yumurtada isə
inkişaf vardı.

Alimlər iddia etdilər ki, musiqi insanın şəxsiyyəti kimi, beyin
hüceyrələrinə də təsir edir. Bundan sonra Fransada milli musiqi və
milli ədəbi janrlar dövlət himayəsinə alındı…

Demək, ermənilər məclislərində balaban səsləndirəcək,
“Uzundərə”yə oynayacaq, “Sarı gəlin” dinləyəcək, Naxçıvan yallısı
gedəcək, biz isə Bokanın “Madam popuqay”ına atılıb düşəcəyik?

Ermənilər “Saçın ucun hörməzlər” deyə, minillik dünyagörüşün
musiqi ifadəsini dinləyib, onu öz ənənələrinə çevirməyə
girişəcəklər, biz isə heç bir məna ifadə etməyən “daş duşi, daş
duşi”ni (Madam popuqay) beyinlərimizə yeridəcəyik?

Ermənilər “Sarı gəlin”lə ictimai şüura təsir edəcək, dünyaya
mesaj verəcək, biz “Dolya vorovskaya” ilə beyinlərimizi
yuyacağıq?

Bizim şüurlara, beyinlərə təlqin etmək istədiyimiz nədir?

İndi görürsünüzmü Bakıda rusdilli məktəblərin sayı niyə sürətlə
artır; indi anlaşılırmı ki, biz rusca öyrənmək əvəzinə niyə
rusdilli oluruq?

Hələ də rusca, ingiliscə öyrənməyin vacibliyi ilə rusdilli,
ingilisdilli olmağın fəsadını ayıra bilmirik, şəhər mədəniyyəti
əvəzinə, nostalji ilə “bakinets”lər yaradırıqsa…

Ardını yaza bilərsiniz…

Aynur Camalqızı

Continue Reading

ən çox oxunanlar

WP Facebook Auto Publish Powered By : XYZScripts.com