Connect with us

Xəbərlər

Cabirə dəstək olaq! – Xərçəng xəstəliyindən əziyyət çəkir

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Uşaq xəstə olanda, bütün dünya öz rəng çalarlarını
itirir, qəlbdə isə qorxu hissi yuva salır. Vaxtında uzadılan yardım
əli bütün qara buludları qovur və ümid işığı verir. Bu işıq ən
doğma insanın həyatı uğrunda mübarizə aparmağa, sınmamağa imkan
verir!

Cabir Əbdüləzimovun cəmi 9 yaşı var. Gözəl balanı çoxları sevməyə
başlayıb artıq. Əlbəttə, təəssüflər olsun ki, bu balamızla tanış
olmağın səbəbi çox kədərlidir.
Cabirdə onkoloji xərçəng xəstəliyi, sol böyrəküstü vəzdə 70x33x47
mm ölçüdə daxilində kalsifikasiyalı olan heterogen strukturlu
törəmə (Neyroblastoma) müəyyən edilmişdir. Körpə günbəgün
ağrılardan əriyir…

Gəlin BİRLİKDƏ Cabir balamıza və onun ailəsinə kömək edək! BİRLİKDƏ
biz bacararıq! BİRLİKDƏ biz Cabirin “yeni” həyatı üçün lazımi qədər
pul yığa bilərik! Dostlar, kömək edin, balacanın ağrı və bəlasından
yan keçməyin! Axı əgər hər birimiz heç olmasa 1 manat köçürsək, biz
BİRLİKDƏ lazımi məbləği toplaya bilərik!

Dostlar, biz bilirik ki, hər biriniz kömək etmək arzusundasınız,
amma bəzilərində maddi imkan yoxdur, amma inanın yardım sadəcə
maddi olmur! Siz Cabir balamıza, məlumatları öz səhifənizdə tez-tez
bölüşməklə, yaratdığımız qrupa dostlarınızı dəvət etməklə də yardım
edə bilərsiniz! Ancaq belə, biz daha çox xeyirxah insanları
məlumatlandırıb Cabir balamıza kömək edə bilərik!

Allah bütün uşaqları qorusun!

Cabirə kömək etmənin ən qısa yolu:

MilliÖn

Bank Respublika

Hesab nömrəsi: AZN-ilə 380194400963567601;
USD ilə 381184000963567602
Avro ilə 381197800963567603

Şəxsiyyət vəsiqəsi: 09742567

Valideyinlərilə əlaqə; +994775146662
+994552257170

Paylaşaq və dəstək olaq…

Təcili əməliyyat…..

Öncədən təşəkkürlər!!!

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

BAKIDA ƏMƏLİYYAT: “Volkswagen”də narkotik daşıyanlar saxlanıldı

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Oktyabrın 20-də gecə saat 2 radələrində Xəzər rayonunun
Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen”
markalı avtomobil şübhə doğurduğundan Daxili İşlər Nazirliyinin
Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

DİN-dən Publika.az-a verilən məlumata görə,
polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna
qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yük
yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda
yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək
götürülüb.

Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov,
Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov
saxlanılaraq 1-ci Polis Bölməsinə təhvil veriliblər. Davam
etdirilən tədbirlərlə narkotikin əldə olunduğu mənbə də qısa
zamanda polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Məlum olub
ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov,
Maştağa qəsəbə sakinləri Sərxan Qarayev və Natiq Süleymanovdan
alıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hər üç şəxs
saxlanılıb. Xaşaxuna bağlar sahəsində S.Qarayevə məxsus istixanada
keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş,
çəkisi 350 kiloqramdan artıq 2.000 ədəd kənaf bitkisi də aşkar
edilərək götürülüb.

Bundan əlavə Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının
əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində
keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Yardımlı
rayon sakini, əvvəllər məhkum olunmuş Rusif Tərlanovdan isə çəkisi
1 kiloqramdan artıq narkotik vasitə olan heroin götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar
aparılır.

Continue Reading

Xəbərlər

Əmisinin gəlinini qaçıran şəxsin öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili Nazirliyi Quba rayonunda törədilmiş qətllə bağlı
məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir
ki, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25
yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış
tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin
qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının
yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və
o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri
istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti
törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat
tədbirləri davam etdirilir.

Continue Reading

Xəbərlər

Paşinyanın seçki qərarının arxasındakı ŞOK QARABAĞ SİRRİ

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Dekabr ayında Ermənistanda növbədənkənar parlament
seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı
dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq
Armen Sarkisyan deyib.

Erməni politoloq Düşənbədə Azərbaycan prezidenti və Ermənistanın
baş nazirinin görüşünü xatırladıb və qeyd edib ki, Bakı Paşinyanın
“danışıqlarda Dağlıq Qarabağın iştirakı” iddiasından əl çəkməsi
qarşılığında bu razılaşmaya getdi: “Paşinyan Düşənbədən qayıdandan
sonra təcili şəkildə parlament seçkilərinin keçirilməsi ilə bağlı
qərar qəbul etdi. Bu fakt onu deməyə əsas verir ki, növbədənkənar
parlament seçkilərinin keçirilməsi haqqında tələsik qərar Qarabağ
problemi üzərində hansısa planla bağlıdır. Bu, Azərbaycanın
istəyinə uyğun kimi görünür. Azərbaycan Xarici İşlər Nazirliyi
bəyanat yayaraq bildirdi ki, “Ermənistanda növbədənkənar parlament
seçkilərindən sonra yeni hökumətin işğal altındakı ərazilərdən
erməni hərbi birləşmələrinin çıxarılması ehtiyacını anlayacağına
ümid edirik”. Digər tərəfdən, son zamanlar Qarabağ münaqişəsinin
nizama salınması ilə bağlı müəyyən intriqa nəzərə çarpır.
Birincisi, ABŞ prezidenti Donald Tramp müstəqillik günü ilə bağlı
Ermənistanın baş nazirinə göndərdiyi təbrik məktubunda qeyd etdi
ki, “qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması üçün yeni imkanlar yaranacaq”. İkincisi, bu günlərdə ABŞ
dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Corc
Kentin Bakıda bəyan etdi ki, “Nyu Yorkda Azərbaycan və Ermənistan
XİN rəhbərlərinin, həmçinin, Düşənbədə Azərbaycan prezidenti və
Ermənistanın baş nazirinin görüşü son zamanlar Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması istiqamətində irəliləyişlərin
olduğuna işarədir”. Kentin əlavə etdi ki, ABŞ münaqişənin Madrid
prinsipləri üzrə nizama salınmasında öz öhdəliklərinə sadiqdir.
Göründüyü kimi, bu bəyanatlar ABŞ-ın regionda aktivləşməsinin
sübutudur. Buna paralel olaraq, Rusiya KİV-i postsovet məkanında
münaqişələrin nizama salınması mövzusunu aktuallaşdırdı. Hətta
Rusiya müdafiə naziri Sergey Şoyqunun münaqişələrin nizama
salınması ilə maraqlandığı haqqında xəbərlər çıxdı. Məhz Şoyqu
Azərbaycan və Ermənistanı barışdırmaq niyyətindədir”.

M.Sarkisyan hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz, xüsusilə Dağlıq
Qarabağ münaqişəsi üzrə siyasəti yaxı gələcəkdə özünü açıq şəkildə
ifadə edəcək.

“ABŞ hələ ki “Ərazilərin müəyyən hissəsinin azad edilməsi olmadan
münaqişənin həll edilməsi mümkün deyil” tezisi üzərindən çıxış
edir. Mümkündür ki, Ermənistanda növbədənkənar parlament
seçkilərindən sonra planlar ortaya çıxacaq”, – deyə o bildirib.

Asif

Continue Reading

ən çox oxunanlar

WP Facebook Auto Publish Powered By : XYZScripts.com