Connect with us

Xəbərlər

“Bu barədə Prezidentə məlumat veriləcək”

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının
alınması istiqamətində müəyyən irəliləyişlər əldə
edilib”.

Publika.az xəbər verir ki, bu barədə iyunun
20-də Nazirlər Kabinetində keçirilən Əmək Münasibətlərinin
Tənzimlənməsi və Koordinasiyası Komissiyasının beşinci iclasında
Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.

İclasda “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun
qarşısının alınmasına dair Tədbirlər Planı”nda əks olunmuş
tapşırıqların icrası məqsədilə həyata keçirilmiş tədbirlər, əldə
edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub.

Ə.Əhmədov bildirib ki, ötən müddətdə ölkədə qeyri-rəsmi
məşğulluğun qarşısının alınması istiqamətində, o cümlədən
işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən
irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində Əmək Müqaviləsi
Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43
min 434 əmək müqaviləsi təşkil edib ki, bunlardan 9 min 560-ı
Naxçıvan Muxtar Respublikasındadır. Keçən ilin eyni dövründə isə bu
göstərici 21 min 506 müqavilə təşkil edib. Beləliklə, bu il əmək
müqavilələri üzrə artım tempinin müsbət saldosunun 2 dəfədən çox
artması müşahidə olunub.

Baş nazirin müavini qeyd edib ki, 2017-ci ilin əvvəlinə 1 milyon
265 mindən çox müqavilə, ötən il iyunun 1-dək 1 milyon 287 mindən
artıq müqavilə bağlanıb. Bu il yanvarın 1-i vəziyyətinə isə 1
milyon 310 mindən çox müqavilə, iyunun 1–dək 1 milyon 354 mindən
çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım
topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub. Bu il
mayın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni
dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə
çatıb.

Komissiyanın sədri bildirib ki, komissiya qarşısında 36 bənd
üzrə işlərin yerinə yetirilməsi vəzifə kimi qoyulub. Bu
tədbirlərdən 12-si tam, 8-i isə qismən icra edilib. Digər
vəzifələrin icrası üzrə işlər davam etdirilir.

Sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun
qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn
tapşırıqların icrası ilə bağlı komissiya yanında yaradılan işçi
qrupların rəhbərlərinin məruzələri dinlənilib.

İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin
Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov
deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində
görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının
Prezidentinə məlumat veriləcək.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Maradona: “Argentina məni utandırdı”

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Argentina millisinin keçmiş baş məşqçisi Diyeqo Maradona
komandanı mundialda zəif çıxışına görə tənqid edib. Xatırladaq ki,
Argentina millisi dünya çempionatında 1/8 finalda fransızlara 3:4
hesabı ilə məğlub olaraq mundialı tərk etmişdi.

Publika.az goal.az-a istinadən xəbər verir ki, Maradona
Argentina millisini məqsədsiz, ideyasız bir komanda adlandırıb.
“Milli komandamızın çıxışı məni utandırdı. Sanki komandanın
qarşısına heç bir məqsəd qoyulmamışdı. Messini qınamıram. O, hər
zaman komanda üçün mübarizə aparan bir futbolçudur. Təəssüf ki,
Messiyə kömək edəcək kimsə yoxdur”, – dünya şöhrətli futbolçu
bildirib. Maradona bir müddət bundan əvvəl millinin baş məşqçisi,
artıq istefaya göndərilən Xorxe Sampaolini tənqid etmişdi.

Continue Reading

Xəbərlər

Dünyanın ən təsirli hekayəsi – Yazıçıların ilham qaynağı “Odisseya”

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Homerin “Odisseya” dastanı dünyanı formalaşdıran ilk
dastanlardandır. Əsər dünyanın ən yaxşıları arasında ilk
yerdədir.

Yunan dastanlarına xas 12 min misradan ibarət olan dastanda
hiyləgər qəhrəman Odisseyin Troya müharibəsindən sonrakı
macəralarından bəhs edir. Dastan min illər boyu mədəniyyətin
kulminasiya nöqtəsi hesab olunub.

Dünyanın bir çox yazıçıları “Odisseya”dan ilhamlanıblar.
Hiyləgər qəhrəman Odissey dastanda adı çəkilən bir çox tanrı və
canavarın arasında çox sadə bir şey etmək istəyirdi. Məqsədi yeni
və möhtəşəm kəşflərə imza atmaq deyildi. 10 il davam edən
müharibədən sonra evinə qayıtmaq istəyirdi.

Yazılmasından 2700 il keçməsinə baxmayaraq, mədəniyyətimiz üçün
bu qədər vacib olmasının səbəbi budur. Bu əsər böyük, xüsusilə də
geniş mənaları özündə əks etdirən, hətta çox kiçik məqamlara da yer
verən hekayədir.

Dastanda əvvəllər varlığını təşkil edən şeyləri itirən bir
kişinin hiss etdiklərindən bəhs edilir. Odissey həyat yoldaşından
uzaq ər, oğlunu görməyən ata, müharibəsi bitən əsgər, ölkəsindən
ayrı kral, adamları ölmüş lider və oğlunun öldüyünü düşünüb,
ağrı-acıyla vəfat edən ananın oğludur. O, yolçu, quldur,
macərapərəst və mühacir idi.

Odisseyin hekayəsi özü və ozanlar tərəfindən şişirdilərək
danışılırdı. Dastanın qəhrəmanının Troyadan vətəni İtakaya
qayıdışının izah edildiyi dövr 10 il davam edib. Ona görə də
hekayənin başlanğıcı 10 il sonrakı zamanı əhatə edir.

Qəhrəmanın ən məşhur macərası adamları ilə birlikdə Kiklopların
adasına çatdığı 9-cu bölümdür. Burada onlar insan yeyən Təpəgözün
hücumuna məruz qalırlar. Odissey adının Outis (heç kim) olduğunu
deyir və onu sərxoş edib, gözünü çıxarır.

Odisseya dastanındakı fantastik üsnsürlər bir çox yazar üçün
ilham qaynağı olub. Məşhur yazıçı Ceyms Coys Ulisses əsərini
Odisseyin latınca adından alıb.

Kanadalı yazar Marqaret Atvud Penelopa əsərində Odisseyin evə
dönüş hissəsini həyat yoldaşının gözü ilə yazıb.

“Odisseya” dastanı o qədər dərin, təfərrüatlı və qarışıqdır ki,
oxucu hər dəfə onu oxuyanda yeni bir şey tapır. Hələ uzun illər də
dastanın yerini qoruyacağı hiss olunur.

Continue Reading

Xəbərlər

Mixaylov İrəvanı hədələdi: Paşinyan bu addımı atarsa…

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanın Dağlı Qarabağ konfliktinin nizamlanması ilə
bağlı danışıqlara başlamaq niyyəti yoxdur.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı
politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov
“Azərnyus” (Azernews) saytına açıqlamasında deyib. O bildirib ki,
Dağlıq Qarabağ konflikti üzrə danışıqlar prosesinin irəliləməsi
üçün hər şeydən öncə tərəflər danışıqlara hazır olmalıdırlar:

“Ancaq mən hazırda erməni tərəfində belə bir istək müşahidə
etmirəm”.

Mixaylov bildirib ki, konfliktin tənzimlənmasında qarant
ölkələri dəyişmək artıq zərurətə çevrilib.

“Bu 3 ölkə (Minsk Qrupunun həmsədrləri nəzərdə tutulur) hər
zaman sülh üçün münasib hesab edilib. Ancaq məncə, qarant ölkələri
əvəzləmək, formatı dəyişmək lazımdır. Məsələn, bu məsələdə heç bir
xeyiri olmayan ABŞ və Fransanı prosesdən uzaqlaşdırmaq gərəkdir.
Əslində, regionda sülhün təminatçısı Rusiya, həmçinin Türkiyə və
İrandır. Məhz bu ölkələr Bakı və İrəvan arasında diplomatik
konsensusun əldə olunmasına kömək etməlidir”, – Mixaylov deyib.

Mixaylov həmçinin Ermənistanın hazırkı xarici siyasət kursuna da
toxunub. O bildirib ki, İrəvanın Qərbə tam istiqamət götürməsi
fonunda Moskva Ermənistanın təhlükəsizliyinə təminat
verməyəcək:

“Əgər İrəvan rus qoçunlarının ölkədən çıxarılmasında təkid etsə,
onda Moskva kardinal siyasi qərar qəbul edəcək. Mən bütövlükdə
Kremlin Cənubi Qafqaz siyasətinin dəyişməsini nəzərdə tuturam. Bu,
hər şeydən əvvəl Ermənistanın düşmən saydığı ölkələrlə mümkün
hərbi-siyasi yaxınlaşmanı aktuallaşdıracaq”.

Continue Reading

ən çox oxunanlar