Connect with us

Maraqlı

Gündə 5 ədəd alça yemək…

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Yayın ən çox sevilən meyvələrindən biri də alçadır.
Türkiyəli diyetoloq Nil Şahin alçanın faydalı xüsusiyyətlərindən
danışıb.

Alça yeyərək hansı problemlərdən xilas ola biləcəyinizi öyrənmək
üçün Publika.az-ın təqdim etdiyi məlumatlara
mütləq nəzər yetirin.

*Yaşıl alça C, A vitaminləri, kalium, kalsium, maqnezium və
dəmir mineralları ilə zəngindir.

*Aparılan araşdırmalar nəticəsində alçadakı antioksidantların
digər meyvələrdəkindən ən az 10 dəfə daha güclü olduğu ortaya
çıxıb.

*Alça liflə zəngin olduğu üçün qəbizliyin və mədə problemlərinin
qarşısını alır.

*İmmunitet sistemini gücləndirir.

*Gündə 5 ədəd alça yemək diş ətlərinə faydalıdır.

*Arıqlamaq və əzələlərini gücləndirmək istəyənlər bol miqdarda
yaşıl alça yeməlidir.

*Alça ağciyərlər üçün də faydalıdır. Araşdırmalar göstərib ki,
yaşıl alça yeyənlərdə astma və ağciyər xərçənginə yaxalanmaq riski
azalır.

*Alça tərkibindəki A vitamini sayəsində görmə qabiliyyətini
yaxşılaşdırır. Bu baxımdan yaşlı insanlar üçün ən faydalı
meyvələrdən biridir.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlı

Dövlət bayraqlarında nə üçün bənövşəyi rəng yoxdur?

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünyada mövcud olan 195 ölkənin heç birinin dövlət
bayrağında bənövşəyi rəng yoxdur. Bunun səbəbi isə vaxtilə
bənövşəyi rəngli boyanın böyük zəhmət hesabına əldə edilməsi və
baha başa gəlməsi olub. Bu rəngdən hazırlanan boyalardan yalnız
kral ailələrinin geyimlərində istifadə olunub.

Publika.az xəbər verir ki, ilk dəfə bu rəngdən Suriya və Livanın
dəniz sahillərində yaşamış finikiyalılar istifadə ediblər. Təkcə bu
bölgədə olan dəniz ilbizindən alınan bənövşəyi rəngli boyalar hər
zaman öz bahalılığı ilə seçilib. Livan ərazisində yerləşən Sur
antik şəhərindəki ustalar bu boyanın bir qramını əldə etmək üçün on
minlərlə ilbizdən istifadə ediblər. Gözoxşayan və bahalı rəng isə
tarixboyu krallıq və imperiyaların rəmzinə çevrilib. Vaxtilə
“Finikiya rəngi” kimi tanınan bənövşəyi rəngdən alınan boya
parçanın üzərində uzun müddət parlaqlığını qoruması və günəş
işığında cazibədarlığı ilə zəngin insanlar arasında populyar olub.
Bu rəng Roma, Bizans və Fars imperatorluqları ilə yanaşı, İngiltərə
kral ailəsinin də rəmzinə çevrilib. Kraliça I Elizabet isə özü və
ailə üzvləri istisna olmaqla heç kimə bənövşəyi rəngdə paltar
geyinməyə icazə verməyib. Onun hakimiyyəti dövründə (1533-1603) bu
rəngdə boyanın yarım kiloqramı 1,5 kiloqram qızıla bərabər
olub.

Çox bahalı olan bənövşəyi rəngli boyadan hər kəsin istifadə
etməsi isə XIX əsrdə ingilis kimyaçısı Uilyam Henri Perkinin kəşfi
sayəsində mümkün olub. Alimin Londonda laboratoriyada sarılıq
xəstəliyinə qarşı dərman tapılması üzrə tədqiqatı zamanı səhvən
sintetik bənövşəyi piqment üzə çıxıb. Bənövşəyi rəngli boyanın
bahalı olduğunu bilən Perkin qısa müddətdə fabrik yaradıb və
kütləvi istehsala başlayıb. Bu kəşfdən sonra bənövşəyi rəng də ucuz
və adi boyalardan birinə çevrilib.

Continue Reading

Maraqlı

Şaftalı suyunun FAYDALARI

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şaftalı suyu C, E və K vitaminləri, fosfor, maqnezium,
mis, sink, kalium, manqan, dəmir və kalsium kimi minerallarla
zəngin yay içkisidir. Əsl vitamin anbarı olan şaftalı suyu
orqanizmin ehtiyac duyduğu faydalı qida dəyərləri ilə təmin
edir.

Publika.az bu yazıda oxucuları şaftalı suyunun
faydaları ilə tanış edib.

Hipokalemiyanın qarşısını alır

Qandakı kalium çatışmazlığı hipokalemiya adlanır. Bu, ürək
döyüntülərinin tezliyinin və əzələlərin zəifləməsinə səbəb olur.
Kalium dəyərləri baxımından zəngin olan şaftalı suyu
hipokalemiyanın qarşısını alır, əzələ toxumasının regenerasiyasını
yaxşılaşdırır.

Xərçəngin yaranmasına mane olur

Şaftalı suyunun əsas faydası odur ki, anti-kanserogen təsiri
sayəsində sərbəst radikalların səbəb mənfi təsirlərin qarşısını
alır. Şaftalı suyu xüsusilə döş, ağciyər və kolon xərçənginə qarşı
qoruma təsiri yaradır.

Daha sağlam gözlər

Şaftalı şirəsi göz sağlamlığını qorumasında da xüsusi rol
oynayır. Çünki onun tərkibi gözlər üçün faydalı olan beta karoten
və karotenoid baxımından zəngindir. O, həm kataraktanın qarşısını
alır, həm də yaşla meydana gələn göz zəifliyini aradan
qaldırır.

Dərinin elastikliyini bərpa edir

Tərkibindəki C vitamini sayəsində dərinin yenilənməsində böyük
rol oynayır. Ultrabənövşəyi şüalardan və günəşin zərərli
təsirlərindən qoruyur.

Həzm sistemini tənzimləyir

Həzm sistemini yaxşılaşdırır və bağırsaq xərçənginin qarşısını
alır, həmçinin hemoroid və qastrit kimi mədə xəstəliklərinə
müalicəvi təsir göstərir.

Arıqladır

Şaftalı suyunu məşqdən sonra içmək faydalıdır. Lif ehtiva etməsi
səbəbi ilə uzun müddət tox qalmağı təmin edir.

İmmunitet sistemini gücləndirir

Şaftalı suyu bədənin mikrob, xəstəlik və infeksiyalara qarşı
müqavimətini artırır.

Beyin funksiyalarını inkişaf etdirir

Bu içki xüsusən beş yaşdan aşağı uşaqların koqnitiv inkişafı
üçün faydalıdır.

Xolesterini azaldır

Şaftalı xolesterinin səbəb olduğu hipertoniya, diabet kimi
xroniki problemlərin yaranmasına mane olur. Damarları təmizləyərək
ürək sağlamlığını qoruyur.

Aytən

Continue Reading

Maraqlı

Ürək dayanandan bir neçə saat sonra…

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Beynin korteks adı verilən, şüur və 5 hissiyat duyğusu
ilə əldə edilən informasiyaları təhlil etmək funksiyasını yerinə
yetirən bölgəsi ürək dayanandan 2-20 saniyə ərzində heç bir hərəkət
etmir. Lakin beyin ölmür.

Publika.az xəbər verir ki, bu sözləri amerikalı
professor Sam Parnia deyib.

Alim bildirib ki, bu zaman beyin hüceyrələrində ölümlə
nəticələnəcək bir sıra dəyişiklik başlayır. Amma beyninin tam
ölməsi ürək dayanandan bir neçə saat sonra baş verir.

“Ölümdən sonra həyat varmı” sualı Kanadada yaşanan bir hadisədən
sonra gündəmə gəlib. Həkimlər insanların beyinlərinin klinik
ölümdən sonra işləməsi ilə bağlı araşdırmalar aparıb.

Kanadada təfərrüatı açıqlanmayan hadisədə xəstənin ölümündən
sonra beyinində 10 dəqiqə ərzində aktivlik müşahidə edilib.

Bununla da insanlar beynin kliniki ölümdən sonra işləməsi ilə
bağlı sübutlar axtarıb. S.Parniaya görə insan öləndən sonra da
beyin işləyir, insanlar öldüklərinin fərqində olurlar.

Alimlər ürəyi dayanandan sonra yenidən dirilən 330 xəstədən
140-nın üzərində araşdırma aparıb. Nəticəyə görə onlardan 39-nun
beyni ürəyi dayanandan bir müddət sonra da işləyib.

Ürəyin yenidən işləməsi üçün müdaxilə edilərkən həmin şəxslər
bir müddət ətraflarında olanları görür, duyur və tibb işçilərinin
özü haqqında “öldü” dediyini belə eşidir.

Continue Reading

ən çox oxunanlar