Connect with us

İdman

Dünya kubokunun sahibi bu ölkə olacaq

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Süni intellekt Rusiyanın ev sahibi olduğu Dünya
Kubokunun sahibi ilə bağlı versiyalarını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, Unanimous A.I. adlı süni intellekt Almaniyanın qalib olma
faizinin daha yüksək olması qənaətinə gəlib.

Dünya kubokunun sahibi ilə bağlı versiyalar səsləndirən
proqramlar sirasına daxil olan Unanimous A.İ-yə görə, Almaniyanın
qalib olma ehtimalı 20.39 faizdir. İkinci sırada isə 18.95 faizlə
Braziliya gəlir. Finala çıxacağı gözlənilən digər iki komanda isə
Braziliya və Fransadır.Üçüncü yerdə isə 14.61 faizlə İspaniya
durur.

Almaniya dörddə bir finalda İngiltərə, yarımfinalda isə
Portuqaliyanı yarışdan kənarlaşdıracaq. Braziliya isə dörddə bir
finalda Belçikanı, yarımfinalda Fransanı məğlub edəcək.

Süni intellektin hazırladığı rəyə görə, Braziliya komandası
finalda istədiyi hesabı qazanıb kuboka qədər yüksələcək. Almaniya
ilə Braziliya arasındakı final oyunu 2:1 hesabı ilə bitəcək.

Gülxar

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İdman

XXI dünya çempionatının bürünc mükafatçısı məlum oldu

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında
üçüncü yer uğrunda Belçika və İngiltərə yığma komandaları
qarşılaşdı.

Publika.az xəbər verir ki, matç belçikalıların
2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 4-cü dəqiqədə Tomas Munier açıb: 1-0. Matçın 82-ci
dəqiqəsində isə Belçika millisininin ikinci qolunu ingilislərin
qapısından komandanın əsas silahı Eden Hazard keçirib: 2-0.

Beləliklə, çempionatdan əvvəl turnirin gizli favoritlərindən
sayılan Belçika Rusiyadan bürünc medallarla qayıdacaq.

Ömər

Continue Reading

İdman

“Qarabağ” başladı – Çempionlar Liqası həyəcanına bu gün START VERİLİR

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çempionlar Liqasında yeganə təmsilçimiz olan “Qarabağ”
bu gün ilk sınağına çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam klubu
mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq və ilk matçında
səfərdə Sloveniya təmsilçisi “Olimpiya”nın qonağı olacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də
Bakıda keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lourense Visser (Belçika)

Lyublyana. “Stojitse” stadionu

Zümrüd

Continue Reading

İdman

Ronaldonun transferi BU TARİXDƏ rəsmən açıqlanacaq

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İtaliya və İspaniya mətbuatında yayılan xəbərlərə görə
“Yuventus” Ronaldo transferində xoşbəxt sonluq əldə
edib.

Publika.az xəbər verir ki, İspaniya mətbuatı
Ronaldonun İtaliyada yaşayacağı evin fotolarını belə yayıb.

“Goal.com”un xəbərinə görə, “Yuventus” illik 30 milyon avro
təklif etdiyi portuqaliyalı ulduzun transferini bitirmək üzrədir və
tərəflər 4 illik müqavilə imzalayacaq.

Turin klubu transfer qarşılığında “Real”a 100 milyon avro
ödəməyə hazır olduğunu bildirib. “Real” isə 120 milyon avro tələb
edir.

Uşaqlığından bəri “Yuventus”a qarşı simpatiya bəsləyən Ronaldo
“Real Madrid” forması ilə bu kluba qol vurduqdan sonra da
simpatiyasını gizlətməyib.

İtaliyanın “Sportmediaset” nəşri Ronaldo transferinin şənbə günü
açıqlanacağını bildirib. İspaniyanın “AS” nəşri isə Ronaldonun
Turində yaşayacağı malikanənin fotolarını yayıb. Xəbərə görə, ulduz
1000 kv/km köşkdə yaşayacaq. Köşkün 3 qonaq otağı, 8 yataq otağı
var.

“Real Madrid” bu il Çempionlar Liqasında üst-üstə 3-cü
qalibiyyətini alsa da, klubun ulduzu Kriştiano Ronaldonun verdiyi
ayrılıq siqnalları gündəmə damğa vurmuşdu. Ronaldonun “Real
Madrid”in yeni mövsümün forma təqdimatında iştirak etməməsi də bu
iddiaları gücləndirmişdi. Bundan sonra “Yuventus” ilə Ronaldonun
meneceri Xorxe Mendesin görüşdükləri irəli sürülmüşdü.

Zümrüd

Continue Reading

ən çox oxunanlar