Connect with us

İdman

Dünyanın ən məhsuldar futbolçularının adları açıqlandı

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası
(İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını
açıqlayıb.

Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan
5 ayı ərzində keçirilən beynəlxalq qarşılaşmalarda ən çox qol
vuranlar yer alıblar.

Milli komandalarda, həmçinin qitə miqyaslı klub turnirlərində 6
və daha çox qol vuranların cədvəlinə 32 futbolçu düşə bilib.
Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 10, “Berkan”da 4
qol vuran Əyyub Əl Kaabidi. Onun hesabında ümumilikdə 14 top var.
2-ci yerdə Baqdad Bunedja qərarlaşıb. Qətər yığmasında 2,
“Əl-Sədd”də 9 qola sevinən hücumçu ümumilikdə 11 dəfə rəqib
qapısına yol tapıb. 3-cü pillədə ispaniyalı Byenvenido Maranyondu.
O, Filippinin “Seres Neqros” klubunda 10 qol vurub.

Avropada çıxış edənlər arasında ən yaxşı nəticə portuqaliyalı
Kriştianu Ronaldoya məxsusdu. O, 7-ci sırada qərarlaşıb. O,
ümumilikdə 8 – yığmada 2, İspaniya “Real”ında 6 dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi və klubları bu il keçirilən
beynəlxalq matçlarda 4 qol vurub. Hər topu bir oyunçu vurduğundan
bu “dördlük”də fərqlənən yoxdur.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İdman

XXI dünya çempionatının bürünc mükafatçısı məlum oldu

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında
üçüncü yer uğrunda Belçika və İngiltərə yığma komandaları
qarşılaşdı.

Publika.az xəbər verir ki, matç belçikalıların
2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 4-cü dəqiqədə Tomas Munier açıb: 1-0. Matçın 82-ci
dəqiqəsində isə Belçika millisininin ikinci qolunu ingilislərin
qapısından komandanın əsas silahı Eden Hazard keçirib: 2-0.

Beləliklə, çempionatdan əvvəl turnirin gizli favoritlərindən
sayılan Belçika Rusiyadan bürünc medallarla qayıdacaq.

Ömər

Continue Reading

İdman

“Qarabağ” başladı – Çempionlar Liqası həyəcanına bu gün START VERİLİR

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çempionlar Liqasında yeganə təmsilçimiz olan “Qarabağ”
bu gün ilk sınağına çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam klubu
mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq və ilk matçında
səfərdə Sloveniya təmsilçisi “Olimpiya”nın qonağı olacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də
Bakıda keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyun

11 iyul

22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lourense Visser (Belçika)

Lyublyana. “Stojitse” stadionu

Zümrüd

Continue Reading

İdman

Ronaldonun transferi BU TARİXDƏ rəsmən açıqlanacaq

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İtaliya və İspaniya mətbuatında yayılan xəbərlərə görə
“Yuventus” Ronaldo transferində xoşbəxt sonluq əldə
edib.

Publika.az xəbər verir ki, İspaniya mətbuatı
Ronaldonun İtaliyada yaşayacağı evin fotolarını belə yayıb.

“Goal.com”un xəbərinə görə, “Yuventus” illik 30 milyon avro
təklif etdiyi portuqaliyalı ulduzun transferini bitirmək üzrədir və
tərəflər 4 illik müqavilə imzalayacaq.

Turin klubu transfer qarşılığında “Real”a 100 milyon avro
ödəməyə hazır olduğunu bildirib. “Real” isə 120 milyon avro tələb
edir.

Uşaqlığından bəri “Yuventus”a qarşı simpatiya bəsləyən Ronaldo
“Real Madrid” forması ilə bu kluba qol vurduqdan sonra da
simpatiyasını gizlətməyib.

İtaliyanın “Sportmediaset” nəşri Ronaldo transferinin şənbə günü
açıqlanacağını bildirib. İspaniyanın “AS” nəşri isə Ronaldonun
Turində yaşayacağı malikanənin fotolarını yayıb. Xəbərə görə, ulduz
1000 kv/km köşkdə yaşayacaq. Köşkün 3 qonaq otağı, 8 yataq otağı
var.

“Real Madrid” bu il Çempionlar Liqasında üst-üstə 3-cü
qalibiyyətini alsa da, klubun ulduzu Kriştiano Ronaldonun verdiyi
ayrılıq siqnalları gündəmə damğa vurmuşdu. Ronaldonun “Real
Madrid”in yeni mövsümün forma təqdimatında iştirak etməməsi də bu
iddiaları gücləndirmişdi. Bundan sonra “Yuventus” ilə Ronaldonun
meneceri Xorxe Mendesin görüşdükləri irəli sürülmüşdü.

Zümrüd

Continue Reading

ən çox oxunanlar