Ramazanın 19-cu gününün duası – İmsak və iftar vaxtı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sabah Ramazan ayının 19-cu günüdür.

Metbuat.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir.

İmsak duası:

“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”.

Tərcüməsi:

“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu