Connect with us

Maraqlı

Sağlam və xoşbəxt yaşamağın SİRLƏRİ

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

İnsan oğlunun ən böyük istəyi ən azı 100 il sağlam,
xoşbəxt yaşamaqdır.

Publika.az dünyanın dörd bir yanından olan ən
yaşlı sakinlərinin uzunömürlülük məshələtlərini təqdim edir.

Səhər yeməyinizə kəsmik və yerkökünü daxil edin.

İnsan bir yerdən getməyə qərar verisə, demək orada heç bir işi
qalmayıb. Dünyadan getmək istəmirsinizsə, daim özünüzə bir
məşğuliyyət tapın. İncəsənətə meyl edin. 100 yaşınız olsa belə şeir
yazın, musiqi bəstələyin, amma yaşayın.

Ölmək istəmirsiniz? Ölməyin! Həyatı pozitiv yaşayın. Sağlam
yaşayın. Bunun üçün də mütləq idman edin.

Əsəb sizi sakit yaşamağa qoymur? Mütləq şahmat oynamağı öyrənin.
Bütün stressiniz yox olacaq.

Gün ərzində ən azı 5 ədəd alma yeyin.

Naharda şorbasız keçinməyin.

Sosis və kolbasalardan tam imtina edin.

Yavaş-yavaş özünüzü buz kimi soyuq duşa alışdırın. Əzələləriniz
və dəriniz də gənc qalacaq.

Daim yatağınızın yanında oxu kitabınız olsun. Hər oxuduğunuz
yeni səhifə ömrünüzə bir il qatacaq.

Ətrafınızdakılara olan hiddətinizi ürəyinizdə saxlamayın. Bu acı
çuvalı elə həmin insanın çiyninə atın.

Leyla Sarabi

Continue Reading

Maraqlı

Ciyərinizdə möcüzə baş verəcək – SEHRLİ MƏLHƏM

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Öskürəkdən, sinənizə dolmuş bəlğəmdən əziyyət
çəkirsiniz? O zaman bu resepti yadda saxlayın.

Publika.az xəbər verir ki, daimi öskürək nəinki biz
böyükləri həmçinin immun sistemi hələ tam formalaşmamış körpələri
də narahat edir. Bunun həll yolu isə parçaya bükülmüş
zəncəfildir.

Adətən həkimlər öskürəyə qarşı siroplar məsləhət görürlər. Bu
siropların tərkibində olan dekstrometorfan və kordein maddəsi baş
ağrılarına səbəb olur, yuxusuzluq yaradır.

 

Bu hallar baş verməsin, həm də pulunuz cibinizdə qalsın deyə bir
miqdar bal, zeytun yağı və unu qarışdırın. Üzərinə 1 xörək qaşığı
rəndələnmiş zəncəfil əlavə edin. Məlhəmi parça yaxud salfetin
üzərinə sürtün. Parçanı tənsifə büküb, sinənizə yaxud bel
nahiyənizə qoyun. Üzərini isə plastrla bərkidin. Qəribə isinmə və
azca yanma hiss edəcəksiniz. Odur ki, bu məlhəmi balacalarda 3 saat
böyüklərdə isə bütün gecəni saxlamaq olar.

Leyla Sarabi

Continue Reading

Maraqlı

Bağbana 1 illik həbs – MARAQLI SƏBƏB

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avstriyanın Klaqenfurt şəhərindən olan bağban arıları
qəsdən öldürdüyünə görə, 20 min avro cərimə olunmaqla 1 il
müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə cümə günü
“Euro-pulse” nəşri yazıb.

Bildirilir ki, 47 yaşlı kişi öz meyvə plantasiyasına pestisid
xlorpirifos vurub. Nəticədə bölgənin arıçılarına məxsus 50
koloniyadan olan arıların ölümünə səbəb olub.

 

Məhkəmə qərara gəlib ki, bağban pestisidlərin bu həşəratlar üçün
təhlükəli olduğu haqda məlumatlı olub. Bundan əlavə, fermerin bu
hərəkəti sonradan zəhərli baldan istifadə edən insanlar üçün
təhlükəli nəticələrə gətirib çıxara bilərdi.

Bağbanın özü məhkəmənin qərarı ilə qətiyyən razı deyil və ondan
appelyasiya şikayəti vermək niyyətindədir. (report)

Continue Reading

Maraqlı

Yemək yeyərkən DANIŞMAYIN! – Əks halda…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bir çox insanlar bilir ki, yemək zamanı danışmaq olmaz.
Lakin bunun əsl səbəblərini az bir insan bilir.

Beləliklə, yemək zamanı danışmaq nə üçün ziyanlıdır:

1. Yemək zamanı danışan insan yeməklə birlikdə çoxlu hava udur
ki, bu da köpə, həzmin pozulmasına səbəb ola bilər. Bu xüsusilə
mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün
aktualdır.

2. Yemək zamanı danışan insanda qidanın kiçik hissəcikləri nəfəs
yollarına, sonra bronxlar və ağ ciyərlərə düşə bilər. Bu isə çox
ciddi iltihabların inkişafına səbəb ola bilər. Qidanın ağciyərlərə
düşməsi çox ağır pnevmoniyanın (sətəlcəm) inkişafına gətirib
çıxarda bilər.

 

Nəfəs yollarına düşən iri qida tikəsi onları tam bağlaya bilər
ki, bu da asfiksiyaya və insanın həlak olmasına səbəb ola
bilər.

3. Sübut olunub ki, yemək zamanı danışan insan lazım olandan
daha çox qida qəbul edə bilər ki, bu da artıq çəkinin yığılmasına
gətirib çıxarda bilər.

4. Alimlər sübut ediblər ki, yemək zamanı danışan insan yeməyin
dadını daha az hiss edir və yeməkdən zövq almır.

Continue Reading

ən çox oxunanlar

WP Facebook Auto Publish Powered By : XYZScripts.com