Connect with us

Xəbərlər

Bakıda 2-ci Beynəlxalq İncəsənət Olimpiadası keçirildi

Published

on

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Azərbaycan Gənlər İttifaqı Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında 2-ci Beynəlxalq İncəsənət Olimpiadası
keçirib.

Trend-in məlumatına görə, incəsənət olimpiadasının keçirdilməsində
məqsəd istedadlı uşaq və gənclərlə tanışlıq, həmçinin digər
ölkələrlə xarici əlaqələri yaxşılaşdırmaq, uşaqların və rəhbərlərin
xarici iştirakçılar və müəllimlərlə tanışlıq olub. Yerli
kolektivlər və fərdi iştirakçılarla yanaşı, Gürcüstandan gələn
vokal və instrumental ansambllar incəsənət olimpiadasında iştirak
ediblər.

İncəsənət olimpiadasında üç janrda çıxışlara baxılıb. 1 – Folklor 2
– Klassik, 3 – Müasir Estrada. İncəsənətin bir neçə sahələri üzrə
musiqi, vokal, teatr, bədii ifadə. İştirakçılar yaş
kateqoriyalarına görə kiçik uşaqlar ( 7 yaşa qədər), uşaqlar ( 10
yaşa qədər), yuniorlar ( 16 yaşa qədər ), böyüklər qruplarına
bölünüblər. Hər yaş kateqoriyasında solo, duet, kiçik qruplar və
ansambların çıxışları olub.

Qaydalara görə çıxış zamanı iştrakçıların adları və hansı məktəbdən
və ya qrupdan olduqları açıqlanmırdı ( hətta müəllimlərin adları
çəkilmirdi ). Seçim əvəlcədən paylanmış nömrələr arasında
keçirilirdi.

Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib:
“Piano və akademik vokal nominasiyalarında iştirakçıların
saylarının artımı müşayət olundu. Ancaq nəfəsli alətlərdə və muğam
janrında iştirakçıların sayı əvəlki yarışmaya nisbətən az idi. Bu
sənətçilərin beynəlxalq yarışlarda iştirakını artırmaq üçün
çalışacağıq. Növbəti dəfə bu janrı daha ciddi şəkildə təqdim
edəcəyimizə ümid edirəm”.

Peşəkar münsiflər heyəti kimi incəsənət xadimləri çıxış
ediblər.

Fortepiano və klasik alətlər bölməsində:
1. A.M.K tərkibində İncəsənət Gimnaziyasının müdiri Aytən
Əhmədova.
2. Əməkdar incəsənət xadimi – Rimma Məmmədova.
3. İncəsənət xadimi və müəllim– Gülnarə Kərimova.

Akademik və Estrada vokal bölməsində.
1. Dmitri Babayev
2. Evqeniya Məmmədova
3. Rauf Musayev.

Xalq çalğı alətləri və Muğam janrında:
1. Azərbaycan Milli Konservatoriyasının müəllimi – Əflaruz
Mamedov
2. Milli Konservatoriyanın Dosenti – Məhərrəmov Məhərrəm
3. Milli Konservatoriyanın müəllimi – Vüqar Musalı.

Rəqslərdə.
1. Tahir Eynullayev
2. Bəhram Mirzəyev
3. Svetlana Bədirxanova
4. Nodar Xandolişvilli
5. Esteban İsnardi

Yarışların cavablarını sizlərə təqdim edirik:
Fortepiano:
Solo – Child – 1 place – A.M.K tərkibində İncəsənət Gimnaziyası
(Hüseynli Atilla)
Solo – Child – 2 place – №22 Niyazi adına Uşaq Musiqi Məktəbi (
Zəhra Aslanlı )
Solo – Child – 3 place – Bül-Bül adına orta ixtisas Məktəbi ( Yusif
Axundzadə )
Duet – Child – 1 place – 17 nömrəli Uşaq Musiqi Məktəbi ( Məmmədova
Fatimə, Məlikova Aytac )
Duet – Child – 2 place – №22 Niyazi adına Uşaq Musiqi Məktəbi (
Zəhra Aslanlı, Sevil Kəngərli )
Duet – Child – 3 place – №34 saylı UMM ( İsmayılzadə Tunar,
Baratzadə Aygün )
Solo – Juniors – 1 place – №34 saylı UMM ( Əliyev Murad )
Solo – Juniors – 2 place – 17 nömrəli Uşaq Musiqi Məktəbi ( Əliyev
Elvin )
Solo – Juniors – 2 place – A.M.K tərkibində İncəsənət Gimnaziyası (
Nəcəfova Nigar )
Duet – Juniors – 1 place – № 3 Səid Rüstəmov adına incəsənət
məktəbi ( Abdullazadə Gülgün, Əliyeva Solmaz )
Duet – Juniors – 2 place – № 3 Səid Rüstəmov adına incəsənət
məktəbi ( Cəfərova Məriyəm, Məmmədova Nuray )
Duet – Juniors – 3 place – Cabbar Qaryağdıoğlu adına № 9 uşaq
musiqi məktəbi ( Nəsirova Nigar, Yusifzadə Fidan )
Solo – Adults – 1 place – № 35 Gorgi Şaroyev adına musiqi məktəbi (
Əhmədova Rəhimə)
Duet – Adults – 1 place – Nəcəfli Firuzə, Hüseynzadə Nigar

Skripka:
Small Group – Juniors – 1 place – № 3 Səid Rüstəmov adına incəsənət
məktəbi

Bədii Qiraət :
Solo – Adults – 1 place – Hüseynova Nisə
Solo – Adults – 2 place – Xəlilov Süleyman.

Akademik Vokal:
Solo – Child – 1 place – № 35 Gorgi Şaroyev adına musiqi məktəbi (
Bəşirli Cəlal )
Solo – Child – 2 place – № 2 Rəşid Behbudov adına musiqi məktəbi (
Gürbətli Leyla )
Solo – Adults – 1 place – № 26 Müslüm Maqomayev adına musiqi
məktəbi ( Quluzadə Zeynəb )
Solo – Adults – 2 place – № 26 Müslüm Maqomayev adına musiqi
məktəbi ( Həmzəyeva Səma )
Solo – Adults – 3 place – Xasıyeva Nailə

Estrda Vokal:
Solo – Child – 1 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
(Əliyev Fikrət )
Solo – Child – 2 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
( Xalidə Əsəd )
Solo – Child – 3 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
( Məmmədova Selin )
Solo – Child – 3 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
( Hüseynova Selin )
Duet – Child – 1 place – № 26 Müslüm Maqomayev adına musiqi məktəbi
( Məmmədova Selin, Xəyal Əhmədov )
Solo – Yunior – 1 place – № 26 Müslüm Maqomayev adına musiqi
məktəbi ( Ağabeyli Mehriban )
Solo – Yunior – 2 place – № 35 Gorgi Şaroyev adına musiqi məktəbi
(Nəcəfova Leyli )
Solo – Yunior – 3 place – № 35 Gorgi Şaroyev adına musiqi məktəbi
(Cümşüdlü Aida )

Xor:
Formation – Yunior – 1 place – Shvidkara

Xalq Çalgı Aləti Nağara:
Duet – Juniors – 1 place – A.M.K tərkibində İncəsənət
Gimnaziyası

Xalq Çalgı Aləti Saz :
Solo – Adults – 1 place – №11 Musiqi Məktəbi ( Məlikov Ayxan )

Xalq Çalgı Aləti Qanun :
Solo – Child – Laureat – A.M.K tərkibində İncəsənət Gimnaziyası
(Məmmədli Mədinə )
Solo – Juniors – Laureat – 17 nömrəli Uşaq Musiqi Məktəbi (
Tahirova Fatimə )
Ansambl – Juniors – Laureat – 17 nömrəli Uşaq Musiqi Məktəbi
Solo – Adults – 1 place – Asəfzeynallı adına Musiqi Kolleci (
Rəhimova Solmaz )

Xalq Çalğı Aləti Qarmon:
Solo – Child – 1 place – A.M.K tərkibində İncəsənət Gimnaziyası (
Abdullayev Tofiq )
Solo – Juniors – laureat – №5 Uşaq Musiqi Məktəbi (Məmmədov Cavidan
)
Duet – Juniors – 1 place – 17 nömrəli Uşaq Musiqi Məktəbi (Ağazadə
Riad, Şərifzadə Məhəmməd )
Duet – Juniors – 2 place – 17 nömrəli Uşaq Musiqi Məktəbi (Ağazadə
Riad, Şərifzadə Məhəmməd )
Solo – Adults – 1 place – №138 Gözdən Əlillər Musiqi Məktəbi (
Abışov Məhəmməd )

Xalq Çalgı Aləti Kamança:
Solo – Child – 1 place – A.M.K tərkibində İncəsənət Gimnaziyası (
Sadıxova Xədicə )
Solo – Child – 2 place -A .M.K tərkibində İncəsənət Gimnaziyası
(Əliyeva Zəhra )
Solo – Juniors – 1 place – №38 Musiqi Məktəbi (Nifdəlizadə Ağaməli
)
Solo – Juniors – 2 place – R.Hacıyev adına №15 Musiqi Məktəbi (
Hüseynov Orxan )
Solo – Juniors – 3 place – №34 saylı UMM ( Rüstəmov Rüstəm )
Solo – Adults – 1 place – Azərbaycan Milli Konservatoriyası (
Cəfərzadə Nəzrin )

Xalq Çalgı Aləti Tar:
Solo – Juniors – 1 place – A .M.K tərkibində İncəsənət Gimnaziyası
( Şərifzadə Nurlan )
Solo – Juniors – 2 place – №38 Musiqi Məktəbi ( İskendərov Fateh
)
Solo – Juniors – 3 place- №5 Uşaq Musiqi Məktəbi ( Abdullayev Amil
)
Duet – Juniors – 1 place – №38 Musiqi Məktəbi ( İskendərov Fateh,
Əkbərov Əkbər )
Duet – Juniors – 2 place – №34 saylı UMM (Babayev Marif, Araz
Banuçiçək )
Solo – Adults -1 place – Asəf Zeynallı adına Musiqi Koleci (
Qurbanov Emil )
Solo – Adults -2 place – Asəf Zeynallı adına Musiqi Koleci (
Mürsəliyev Bəhram )
Solo – Adults -3 place – Asəf Zeynallı adına Musiqi Koleci
(Məhərrəm Məmmədov )

Muğam Janrı:
Solo – Juniors – 1 place – A .M.K tərkibində İncəsənət Gimnaziyası
( Ayazlı Rüfət )

Aşıq Janrı:
Solo – Child – 1 place – Ağdam rayonu Gülablı kənd məktəbi (Asif
hacızadə )
Solo – Child – 2 place – № 35 Musiqi Məktəbi (Cəlilov Kərim )
Solo – Child – 3 place – № 35 Musiqi Məktəbi ( Dadaşəliyev Murad
)

Rəqslər:

Debüt- 1 place – Ayselin dans studio

Show Group:
Small Group – Child – 1 place – Sahil rəqs qrupu
Formation – Child – 1 place – №5 UGİM “ Zirvə” rəqs ansamblı (Bədii
rəhbər Natavan Musayeva )
Formation – Child – 2 place – Alov rəqs ansamblı
Miniproduction – 1 place – Ayselin dans studio

Modern:
formation – child – 1 place – Dəcəl Qızlar rəqs studiyası

Kllasic Dance:
Small group – child – 1 place – İncəsənət Gimnaziyası
Small group – Juniors – 1 place – İncəsənət Gimnaziyası

Folk style:
Formation – child – 1 place – İnci – ramana
Formation – child – 2 place – Azəri İgidləri

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

46 yaşlı aktrisa çimərlik geyimi ilə POZ VERDİ

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məşhur şoumen Cem Yılmaz ilə yeni eşqə yelkən açan
aktrisa və aparıcı Dəfnə Samyeli tətil anlarından fotoları ilə
gündəmə gəlib.

Publika.az xəbər verir ki, çimərlik geyimindəki
fotolarını izləyiciləri ilə bölüşən 46 yaşlı aktrisa cazibədarlığı
və ideal bədən quruluşu ilə sevənlərini heyran edib.

Qeyd edək ki, Samyelinin iki yeniyetmə qızı var.

Continue Reading

Xəbərlər

Azərbaycanlı model dünyanın “Ən seksual qadını” SİYAHISINDA

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın məşhur “Modny dom” agentliyi 2018-ci ilin “Ən
seksual qadını” siyahısını hazırlayıb. Siyahıya 20 tanınmış xanım
daxil edilib.

Publika.az 1news.az-a istinadən xəbər verir ki,
Avropada və Yaxın Şərqdə məşhur olan bu agentliyin siyahısında
azərbaycanlı model Nuridə Əliyeva da yer alıb. Qeyd olunub ki,
Nuridə daim öz üzərində çalışır və dünyaca məşhur dizaynerlərin
dəfilələrinə qatılır.

N.Əliyevanın siyahıda yer almasına səbəb məşhur kişi dərgisi
“XXL”də çılpaq fotolar çəkdirməsi olub.

“Top 20″də Nuridə ilə yanaşı, model Viktoriya Odinsova, Diana
Melison, fitnes-məşqçi Aliona Hilt də yer alıblar.

Continue Reading

Xəbərlər

Bakının xeyrinə olan 4 MÜHÜM MADDƏ

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

22 illik müzakirədən sonra hazırlanan Xəzər Konvensiyası
və orda əksini tapan prinsiplər ölkəmizin siyasi və iqtisadi
maraqları baxımından olduqca əhəmiyyətlidir.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” media qrupunun
rəhbəri Aynur Camalqızı 12 avqustda Aktauda Xəzəryanı dövlət
başçılarının imzaladığı Xəzər Konvensiyası haqda danışarkən deyib.
A.Camalqızı bildirib ki, haqlı olaraq “Xəzərin Konstitusiyası”
adlandırılan bu Konvensiya hər şeydən öncə Xəzəryanı ölkələr
arasında xoş münasibətə kölgə sala biləcək mümkün narazılığı aradan
qaldırdı:

“Biz yaxşı xatırlayırıq ki, Xəzərlə bağlı yekun qərarın olmaması
müəyyən yataqlardakı işlərin dondurulması ilə bərabər, həm də xoş
qonşuluq münasibətlərində arzulanmayan anlaşılmazlıq da doğururdu.
Bu Konvensiya məhz ona görə ilk növbədə sülhü, təhlükəsizliyi
möhkəmləndirən amil sayılır ki, bu problemləri aradan qaldırır.

Konvensiyanın ratifikasiyasından sonra sözügedən yataqların
müştərək işlənilməsi aktuallaşacaq. Digər tərəfdən, Azərbaycan üçün
önəmli olan məqamlardan biri Xəzər dənizinin dibi ilə kabel və
neft-qaz kəmərlərinin çəkilməsidir. Konvensiyada bu məqam da öz
əksini tapdı. Politoloq Elçin Mirzəbəyli bu məqamı tam təhlil etdi
və bildirdi ki, məsələn, Türkmənistanla Xəzərin dibindən kabel və
ya boru çəkmək istəyəriksə, bu məsələ Türkmənistanla Azərbaycan
arasında müzakirə ediləcək. Yəni, hər bir ölkə özünə aid sektorda
Xəzər dənizinin ekoloji vəziyyətini qorumaq şərti ilə istənilən
layihəni gerçəkləşdirə bilər”.

A.Camalqızının sözlərinə görə, Konvensiyanın ən önəmli
maddələrindən biri Rusiyanın Xəzər dənizində üzən gəmilərə öz
ərazisindən istifadə etməklə xarici sulara çıxmaq imkanı
yaratmasıdır:

“Bilirsiniz ki, Xəzər qapalı su hövzəsidir və burdan gəmilərin
böyük okeanlara çıxışı Volqa-Don kanalı vasitəsilədir. Rusiya isə
1996-cı ildən Xəzəryanı dövlətlərin gəmilərinin Volqa-Don
kanalından keçidinə məhdudiyyət qoymuşdu.

Rusiyanın Xəzəryanı ölkələrə qarşı bu xoş niyyəti əlbəttə ki,
iqtisadi imkanları və əlaqələri genişləndirəcək. Xüsusən nəzərə
alsaq ki, Azərbaycan Xəzərdə ən böyük yükdaşıma limanı inşa edir,
onda bu Konvensiya ilə Xəzərin dibi ilə kəmərlərin çəkilməsi
maneəsinin aradan qaldırılması, üstünün isə ümumi istifadəyə
verilməsi, həmçinin okeanlara maneəsiz çıxış imkanları iqtisadi
səmərənin ciddi şəkildə artırılması, Prezident cənab İlham Əliyevin
dediyi kimi, Xəzərin nəqliyyat arteriyasına çevrilməsi yönündə
önəmli addımdır”.

Media qrupu rəhbəri Konvensiyanın imzalanmasından sonra istər
Rusiya, istər Avropa mediasında “Azərbaycana ciddi güzəştlər
edildi” başlığı ilə tirajlanan şərhlərə də münasibət bildirib:

“Azərbaycana qarşı xüsusi münasibətin olduğunu bütün təhlilçilər
istisnasız olaraq bildirir. Bunun səbəbini də izah edirlər: Bakının
uğurlu diplomatiyası, qonşularına qarşı xoş niyyəti, davamlı olaraq
qonşularının da maraqlarını təmin etməklə öz milli maraqlarını
üstün tutma prinsipi, ədalətliliyi, beynəlxalq təcrübəni və
qanunvericiliyi əsas götürməsi. Azərbaycan bir daha öz ədalətli və
beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə növbəti uğurunu
qazandı”.

Xəzər Konvensiyasının Ermənistanda ciddi təşviş yaratdığını və
qızğın müzakirələrə səbəb olduğunu xatırladan A.Camalqızı bildirib
ki, iqtisadi baxımdan uğursuz duruma düşən İrəvanda bu dartışmalar
gözlənilən idi:

“Onları narahat edən məsələlərdən biri də Azərbaycanın
Ermənistanın KTMT və Aİİ-də müttəfiqi olan Rusiya və Qazaxıstanla
əlaqələri daha yüksək müstəviyə qaldırmasıdır. Erməni vitse-spiker
açıq şəkildə dedi ki, biz əsas müttəfiqlərimizlə münasibətləri
zədələdiyimiz zamanda Azərbaycan həmin ölkələrlə əlaqələrini daha
yüksək mövqeyə çıxardı və bu, İrəvan diplomatiyası üçün böyük
uğursuzluqdur. Əlbəttə, hesab edirəm ki, bu Konvensiya həm də
Xəzəryanı ölkələrin siyasi əlaqələrini gücləndirən faktor kimi
diqqəti çəkməyə bilməz. Çünki “Xəzər beşliyi” iqtisadi maraqlarını
birləşdirirlər və birgə təmin edirlərsə, demək, siyasi baxımdan da
əlaqələr növbəti səviyyəyə yüksəlir. Bu isə Azərbaycan
diplomatiyasının növbəti uğurudur”.

Continue Reading

ən çox oxunanlar