Connect with us

Xəbərlər

Ağsuda yerli sakini ilan sancdı

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Ağsu rayonunda ilansancma hadisəsi baş
verib.

“Report”un məlumatına görə, rayonun Qaraqoyunlu kəndində 1962-ci
il təvəllüdlü yerli sakin Dünyamalıyev Qərib Ağasalı oğlunu ilan
sancıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır olaraq
qiymətləndirilir.

Hadisə o, öz həyətində işləyərkən baş verib.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Əmisinin gəlinini qaçıran şəxsin öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili Nazirliyi Quba rayonunda törədilmiş qətllə bağlı
məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir
ki, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25
yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış
tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin
qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının
yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və
o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri
istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti
törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat
tədbirləri davam etdirilir.

Continue Reading

Xəbərlər

Paşinyanın seçki qərarının arxasındakı ŞOK QARABAĞ SİRRİ

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Dekabr ayında Ermənistanda növbədənkənar parlament
seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı
dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq
Armen Sarkisyan deyib.

Erməni politoloq Düşənbədə Azərbaycan prezidenti və Ermənistanın
baş nazirinin görüşünü xatırladıb və qeyd edib ki, Bakı Paşinyanın
“danışıqlarda Dağlıq Qarabağın iştirakı” iddiasından əl çəkməsi
qarşılığında bu razılaşmaya getdi: “Paşinyan Düşənbədən qayıdandan
sonra təcili şəkildə parlament seçkilərinin keçirilməsi ilə bağlı
qərar qəbul etdi. Bu fakt onu deməyə əsas verir ki, növbədənkənar
parlament seçkilərinin keçirilməsi haqqında tələsik qərar Qarabağ
problemi üzərində hansısa planla bağlıdır. Bu, Azərbaycanın
istəyinə uyğun kimi görünür. Azərbaycan Xarici İşlər Nazirliyi
bəyanat yayaraq bildirdi ki, “Ermənistanda növbədənkənar parlament
seçkilərindən sonra yeni hökumətin işğal altındakı ərazilərdən
erməni hərbi birləşmələrinin çıxarılması ehtiyacını anlayacağına
ümid edirik”. Digər tərəfdən, son zamanlar Qarabağ münaqişəsinin
nizama salınması ilə bağlı müəyyən intriqa nəzərə çarpır.
Birincisi, ABŞ prezidenti Donald Tramp müstəqillik günü ilə bağlı
Ermənistanın baş nazirinə göndərdiyi təbrik məktubunda qeyd etdi
ki, “qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması üçün yeni imkanlar yaranacaq”. İkincisi, bu günlərdə ABŞ
dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Corc
Kentin Bakıda bəyan etdi ki, “Nyu Yorkda Azərbaycan və Ermənistan
XİN rəhbərlərinin, həmçinin, Düşənbədə Azərbaycan prezidenti və
Ermənistanın baş nazirinin görüşü son zamanlar Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması istiqamətində irəliləyişlərin
olduğuna işarədir”. Kentin əlavə etdi ki, ABŞ münaqişənin Madrid
prinsipləri üzrə nizama salınmasında öz öhdəliklərinə sadiqdir.
Göründüyü kimi, bu bəyanatlar ABŞ-ın regionda aktivləşməsinin
sübutudur. Buna paralel olaraq, Rusiya KİV-i postsovet məkanında
münaqişələrin nizama salınması mövzusunu aktuallaşdırdı. Hətta
Rusiya müdafiə naziri Sergey Şoyqunun münaqişələrin nizama
salınması ilə maraqlandığı haqqında xəbərlər çıxdı. Məhz Şoyqu
Azərbaycan və Ermənistanı barışdırmaq niyyətindədir”.

M.Sarkisyan hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz, xüsusilə Dağlıq
Qarabağ münaqişəsi üzrə siyasəti yaxı gələcəkdə özünü açıq şəkildə
ifadə edəcək.

“ABŞ hələ ki “Ərazilərin müəyyən hissəsinin azad edilməsi olmadan
münaqişənin həll edilməsi mümkün deyil” tezisi üzərindən çıxış
edir. Mümkündür ki, Ermənistanda növbədənkənar parlament
seçkilərindən sonra planlar ortaya çıxacaq”, – deyə o bildirib.

Asif

Continue Reading

Xəbərlər

İlham Əliyev İmişlidədir – FOTO (YENİLƏNİR)

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası
açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda
iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi
açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış
oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak
edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti
kəsdi.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış
oldu.

***

Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin
İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə
verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin
açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun
açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına
məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti
kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112
kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak
edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına
məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti
kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni
qol-kanalının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə
iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər
və qarşıda duran planlar barədə məlumat verdilər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını
bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də
İmişli rayonuna səfərə gedib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin
İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoydu.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev
Prezident İlham Əliyevə rayonda

Continue Reading

ən çox oxunanlar

WP Facebook Auto Publish Powered By : XYZScripts.com