Connect with us

Xəbərlər

Ən iri cinayətkar şəbəkənin 21 üzvü ələ keçdi

Published

on

Spread the love

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Yunanıstanda mütəşəkkil cinayətkar qrupun 21 üzvü həbs
edilib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, müxtəlif cinayətlər törətməkdə ittiham olunan şəxslərdən
18-i Gürcüstan vətəndaşıdır, qalan üçü isə Yunanıstan, İraq və
Bolqarıstandandır. Ötən gün Yunanıstanda keçirilən əməliyyat
ölkənin bütün ərazisini əhatə edib.

Afina polisinin rəsmi nümayəndəsi İoanna Rotzioku saxlanılan
qrupun ən iri cinayətkar şəbəkə olduğunu qeyd edib.

Saxlanılanlar 24-64 yaş arasındadırlar. Onlar 70 mənzil
oğurluğu, silahlı soyğunçuluq, narkotik maddələrin satışı və digər
cinayətlər törətməkdə ittiham olunurlar.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

İlham Əliyev İmişlidədir – FOTO (YENİLƏNİR)

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası
açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda
iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi
açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış
oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak
edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti
kəsdi.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış
oldu.

***

Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin
İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə
verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin
açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun
açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına
məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti
kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112
kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak
edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına
məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti
kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni
qol-kanalının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə
iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər
və qarşıda duran planlar barədə məlumat verdilər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını
bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də
İmişli rayonuna səfərə gedib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin
İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoydu.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev
Prezident İlham Əliyevə rayonda

Continue Reading

Xəbərlər

Əsgər hərbi hissədən qaçdı, insanları girov götürdü, sonra…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan
əsgər saxlanılıb.

Publika.az xəbər verir ki, girovlar azad
edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Gaziantepdə hərbi hissədən qaçan əsgər silahla ticarət
mərkəzinə gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki,
ticarət mərkəzində mağazaların birinə daxil olan əsgər orada
işləyənləri girov götürüb.

Hadisə yerinə gələn polislərin xəbərdarlıq etməsindən sonra əsgər
girovları azad edib. Daha sonra fərari əsgər özü də təslim
olub.

Asif

Continue Reading

Xəbərlər

DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən
istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə,
kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və
qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin “facebook”
səhifəsində bildirilib.

Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi
www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və
“youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud
həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə
etmək olar.

Continue Reading

ən çox oxunanlar

WP Facebook Auto Publish Powered By : XYZScripts.com