Connect with us

Xəbərlər

Çörəklə spirtli içki yanaşı SATILMAYACAQ!

Published

on



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin Bursa şəhərində martın 31-dən etibarən
çörəklə spirtli içki yanaşı satılmayacaq.

Publika.az xəbər verir ki, Bursa şəhər
bələdiyyəsinin rəhbəri Alinur Aktaş spirtli içkilərin çörəklə
yanaşı satılması ilə bağlı xeyli şikayət aldıqlarını, bununla bağlı
iki il əvvəl verilən qərarın 31 mart 2018-ci ildən qüvvəyə
minəcəyini bildirib: “Sağlam gələcək nəsillər üçün övladlarımızı
pis vərdişlərdən qorumalıyıq”.

Bələdiyyə sədri eyni zamanda bu qərarla kiminsə şəxsi həyat
tərzinə müdaxilə etmədiklərini, əsasən uşaqların və gənclərin
spirtli içkilərdən uzaq tutulmasına çalışdıqlarını vurğulayıb.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

11 nəfər öldü, 6 nəfər itkin düşdü

Published

on



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çinin cənubundakı Quansi Cuan bölgəsində 2 qayığın
aşması nəticəsində 11 nəfər ölüb, 6 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, hadisə günorta vaxtı
Taoxuacian çayında ənənəvi Çin “Əjdaha qayıq”larının müvafiq
qurumlarla razılaşdırılmamış yarışı zamanı baş verib. Qəza baş
verəndə iki qayıqda ümumilikdə 57 nəfər olub. Köməyə gələnlər 40
nəfəri sudan çıxara biliblər. Hazırda itkin düşənlərin axtarışları
davam edir.

Məsələ ilə əlaqədar təşkilatçılardan iki nəfər saxlanılıb.

Continue Reading

Xəbərlər

Azərbaycanda ən kiçik Quran kitabı

Published

on



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Müasir dövrdə kitablar yalnız bilik mənbəyi kimi deyil,
həm də estetik görkəmi, maraqlı tərtibatı və çox kiçik həcmi ilə də
oxucuda maraq oyada bilir. Bu baxımdan Miniatür Kitab Muzeyinin
Gəncə filialında saxlanılan “Qurani-Kərim” görənlərin marağına
səbəb olur.

Muzeyin ekspozisiya zalında nümayiş etdirilən bu kitab özünün
həcminə və çəkisinə görə Azərbaycanda mövcud olan ən kiçik
Qurandır. Ölçüsü 2×3 santimetr nisbətində olan kitabın ümumi çəkisi
10 qramdır.

Muzeyin həm də ən qədim eksponatı sayılan miniatür kitab 1672-ci
ildə Səudiyyə Ərəbistanında tərtib edilib. Kitabın hər səhifəsinin
ümumi həcmi 6 kvadratsantimetr olmasına baxmayaraq, Quranın 114
surəsini və 6 min 236 ayəsinin hamısını tam formada bu kitabın
səhifələrində yerləşdirmək mümkün olub. Üzəri dəri ilə cildlənmiş
kitabın içərisi qızıl suyu ilə yazılıb. (azertac)

Continue Reading

Xəbərlər

"Keşlə" əzmkar qələbə qazandı

Published

on



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
"Keşlə" əzmkar qələbə qazandı

Continue Reading

Əsas xəbərlər