Connect with us

Xəbərlər

Bakıda daha bir piyada ölümü

Published

on



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakının Nərimanov rayonu ərazisində yol-nəqliyyat
hadisəsi baş verib.

DİN-dən Publika.az-a verilən məlumata görə,
martın 21-də saat 3 radələrində Nərimanov rayonu ərazisində Bakı
şəhər sakini Fərhad Rüstəmov idarə etdiyi “Nissan” markalı
avtomobillə yolu keçən Yevlax rayon sakini Nəcəf Niqmətullayevi
vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

46 yaşlı aktrisa çimərlik geyimi ilə POZ VERDİ

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məşhur şoumen Cem Yılmaz ilə yeni eşqə yelkən açan
aktrisa və aparıcı Dəfnə Samyeli tətil anlarından fotoları ilə
gündəmə gəlib.

Publika.az xəbər verir ki, çimərlik geyimindəki
fotolarını izləyiciləri ilə bölüşən 46 yaşlı aktrisa cazibədarlığı
və ideal bədən quruluşu ilə sevənlərini heyran edib.

Qeyd edək ki, Samyelinin iki yeniyetmə qızı var.

Continue Reading

Xəbərlər

Azərbaycanlı model dünyanın “Ən seksual qadını” SİYAHISINDA

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın məşhur “Modny dom” agentliyi 2018-ci ilin “Ən
seksual qadını” siyahısını hazırlayıb. Siyahıya 20 tanınmış xanım
daxil edilib.

Publika.az 1news.az-a istinadən xəbər verir ki,
Avropada və Yaxın Şərqdə məşhur olan bu agentliyin siyahısında
azərbaycanlı model Nuridə Əliyeva da yer alıb. Qeyd olunub ki,
Nuridə daim öz üzərində çalışır və dünyaca məşhur dizaynerlərin
dəfilələrinə qatılır.

N.Əliyevanın siyahıda yer almasına səbəb məşhur kişi dərgisi
“XXL”də çılpaq fotolar çəkdirməsi olub.

“Top 20″də Nuridə ilə yanaşı, model Viktoriya Odinsova, Diana
Melison, fitnes-məşqçi Aliona Hilt də yer alıblar.

Continue Reading

Xəbərlər

Bakının xeyrinə olan 4 MÜHÜM MADDƏ

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

22 illik müzakirədən sonra hazırlanan Xəzər Konvensiyası
və orda əksini tapan prinsiplər ölkəmizin siyasi və iqtisadi
maraqları baxımından olduqca əhəmiyyətlidir.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” media qrupunun
rəhbəri Aynur Camalqızı 12 avqustda Aktauda Xəzəryanı dövlət
başçılarının imzaladığı Xəzər Konvensiyası haqda danışarkən deyib.
A.Camalqızı bildirib ki, haqlı olaraq “Xəzərin Konstitusiyası”
adlandırılan bu Konvensiya hər şeydən öncə Xəzəryanı ölkələr
arasında xoş münasibətə kölgə sala biləcək mümkün narazılığı aradan
qaldırdı:

“Biz yaxşı xatırlayırıq ki, Xəzərlə bağlı yekun qərarın olmaması
müəyyən yataqlardakı işlərin dondurulması ilə bərabər, həm də xoş
qonşuluq münasibətlərində arzulanmayan anlaşılmazlıq da doğururdu.
Bu Konvensiya məhz ona görə ilk növbədə sülhü, təhlükəsizliyi
möhkəmləndirən amil sayılır ki, bu problemləri aradan qaldırır.

Konvensiyanın ratifikasiyasından sonra sözügedən yataqların
müştərək işlənilməsi aktuallaşacaq. Digər tərəfdən, Azərbaycan üçün
önəmli olan məqamlardan biri Xəzər dənizinin dibi ilə kabel və
neft-qaz kəmərlərinin çəkilməsidir. Konvensiyada bu məqam da öz
əksini tapdı. Politoloq Elçin Mirzəbəyli bu məqamı tam təhlil etdi
və bildirdi ki, məsələn, Türkmənistanla Xəzərin dibindən kabel və
ya boru çəkmək istəyəriksə, bu məsələ Türkmənistanla Azərbaycan
arasında müzakirə ediləcək. Yəni, hər bir ölkə özünə aid sektorda
Xəzər dənizinin ekoloji vəziyyətini qorumaq şərti ilə istənilən
layihəni gerçəkləşdirə bilər”.

A.Camalqızının sözlərinə görə, Konvensiyanın ən önəmli
maddələrindən biri Rusiyanın Xəzər dənizində üzən gəmilərə öz
ərazisindən istifadə etməklə xarici sulara çıxmaq imkanı
yaratmasıdır:

“Bilirsiniz ki, Xəzər qapalı su hövzəsidir və burdan gəmilərin
böyük okeanlara çıxışı Volqa-Don kanalı vasitəsilədir. Rusiya isə
1996-cı ildən Xəzəryanı dövlətlərin gəmilərinin Volqa-Don
kanalından keçidinə məhdudiyyət qoymuşdu.

Rusiyanın Xəzəryanı ölkələrə qarşı bu xoş niyyəti əlbəttə ki,
iqtisadi imkanları və əlaqələri genişləndirəcək. Xüsusən nəzərə
alsaq ki, Azərbaycan Xəzərdə ən böyük yükdaşıma limanı inşa edir,
onda bu Konvensiya ilə Xəzərin dibi ilə kəmərlərin çəkilməsi
maneəsinin aradan qaldırılması, üstünün isə ümumi istifadəyə
verilməsi, həmçinin okeanlara maneəsiz çıxış imkanları iqtisadi
səmərənin ciddi şəkildə artırılması, Prezident cənab İlham Əliyevin
dediyi kimi, Xəzərin nəqliyyat arteriyasına çevrilməsi yönündə
önəmli addımdır”.

Media qrupu rəhbəri Konvensiyanın imzalanmasından sonra istər
Rusiya, istər Avropa mediasında “Azərbaycana ciddi güzəştlər
edildi” başlığı ilə tirajlanan şərhlərə də münasibət bildirib:

“Azərbaycana qarşı xüsusi münasibətin olduğunu bütün təhlilçilər
istisnasız olaraq bildirir. Bunun səbəbini də izah edirlər: Bakının
uğurlu diplomatiyası, qonşularına qarşı xoş niyyəti, davamlı olaraq
qonşularının da maraqlarını təmin etməklə öz milli maraqlarını
üstün tutma prinsipi, ədalətliliyi, beynəlxalq təcrübəni və
qanunvericiliyi əsas götürməsi. Azərbaycan bir daha öz ədalətli və
beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə növbəti uğurunu
qazandı”.

Xəzər Konvensiyasının Ermənistanda ciddi təşviş yaratdığını və
qızğın müzakirələrə səbəb olduğunu xatırladan A.Camalqızı bildirib
ki, iqtisadi baxımdan uğursuz duruma düşən İrəvanda bu dartışmalar
gözlənilən idi:

“Onları narahat edən məsələlərdən biri də Azərbaycanın
Ermənistanın KTMT və Aİİ-də müttəfiqi olan Rusiya və Qazaxıstanla
əlaqələri daha yüksək müstəviyə qaldırmasıdır. Erməni vitse-spiker
açıq şəkildə dedi ki, biz əsas müttəfiqlərimizlə münasibətləri
zədələdiyimiz zamanda Azərbaycan həmin ölkələrlə əlaqələrini daha
yüksək mövqeyə çıxardı və bu, İrəvan diplomatiyası üçün böyük
uğursuzluqdur. Əlbəttə, hesab edirəm ki, bu Konvensiya həm də
Xəzəryanı ölkələrin siyasi əlaqələrini gücləndirən faktor kimi
diqqəti çəkməyə bilməz. Çünki “Xəzər beşliyi” iqtisadi maraqlarını
birləşdirirlər və birgə təmin edirlərsə, demək, siyasi baxımdan da
əlaqələr növbəti səviyyəyə yüksəlir. Bu isə Azərbaycan
diplomatiyasının növbəti uğurudur”.

Continue Reading

ən çox oxunanlar