Connect with us

Xəbərlər

Vaşinqtonda ÇEVRİLİŞ, yeni cəbhədə MÜHARİBƏ…

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ Azərbaycanın etiraz notasına cavab verib. “Zeytun
budağı” əməliyyatının gedişatında Afrin şəhər mərkəzi mühasirəyə
alınıb. Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi
Kipr arasındakı gərginlik Egey dənizinə keçib. ABŞ prezidenti
Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərib.
Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey
Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın dövlət serverlərinə
kiberhücum həyata keçirə bilər.

“ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o
cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ
rejimini tanımır”.
Bu barədə ABŞ-ın Azərbaycandakı
səfirliyinin səfir Robert Sekutanın XİN-ə çağrılması və ona etriaz
notasının təqdim olunması ilə bağlı məlumatında bildirilib.

Ermənistan və Azərbaycan 2016-2017-ci illər ərzində
675 milyon dollarlıq silah alıb. Bu barədə informasiya Stokholm
Sülh Problemləri Tədqiqatı İnstitutunun hesabatında yer
alıb.
Hesabata əsasən Azərbaycan silah idxalına görə
dünyada 27-ci yerdə qərarlaşıb. İki il ərzində Azərbaycan 551
milyon dollar silah alıb.

Ermənistana gəlincə isə o, 54-cü yeri tutub. Onun iki il ərzində
idxal etdiyi silah 124 milyon dollar həcmində olub.

SİPRİ İrəvana idxalatın hamısını Rusiyanın həyata keçirdiyini
bildirib. İki il ərzində Ermənistan 6 ədəd “Smerç” reaktiv atəş
sistemi, 200 ədəd “Verba” daşına bilən zenit raket kompleksi və
“Kornet 9M133” tank əleyhinə raket kompleksləri alıb.

Azərbaycana isə əsas silah tədarükçüsü Rusiya və İsrail olub.
2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 döyüş gəmisi, 40
ədəd “Orbiter” pilotsuz uçan aparat, 215 ədəd “Spayk NLOS” tank
əleyhinə raketini alıb. Rusiyadan 36 ədəd TOS-1A Solntsepek
sistemi, 40 ədəd BTR-82A zirehli transportyoru, 800 ədəd
“Xrizantema” tank əleyhinə raket kompleksi idxal edib.

Azərbaycan keçən il həm də Slovakiya və Çexiyadan silah alıb.
Belə ki, Bakı Bratislavadan 18 ədəd 152 mm-lik özüyeriyən “Dana”
haubitsaları, Praqadan isə 10 ədəd 122 mm-lik RM-70 reaktiv səyyar
atəş sistemləri əldə edib.

Türkiyənin Silahlı Qüvvələri və Azad Suriya
Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun
budağı” əməliyyatının 53-cü günündə strateji əhəmiyyətli uğur
qazanılıb.
Afrin şəhər mərkəzi mühasirəyə alınıb,
kritik əhəmiyyət daşıyan bölgələr ələ keçirilib.

Türkiyə Silahlı qüvvələri Baş qərargahından verilən açıqlamaya
görə, əməliyyatın başlanmasından bu yana 46-sı son 24 saatda
olmaqla, ümumilikdə 3393 terrorçu zərərsizləşdirilib.

Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə
Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib
.

Şərqi Aralıq dənizində istədiyini əldə edə bilməyən Yunanıstan yeni
və təhrikedici hücumu Egey dənizində etmək niyyətindədir.

Afina ötən həftə 6 mart-30 aprel tarixlərində Egey dənizində
real sursatlarla hərbi təlimlər keçirəcəyini açıqladı. Yunanıstanın
açıqlamasına görə, təlimlər üçün Çanaqqala boğazı, Çeşmə, Quşadası,
Fethiye və Kaşın qarşısındakı bölgələr seçilib. Beləliklə, Türkiyə
gəmilərinin beynəlxalq sulara çıxışı uzun müddət bağlanmış
olacaq

“YPG Münbicdən çəkildikdən sonra Türkiyə və ABŞ
əsgərləri təhlükəsizliyi birgə təmin edəcək”.
Bu
haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu
bildirib.

Nazirin sözlərinə görə, martın 19-da “Yol xəritəsi” müəyyən
olunacaq.

Xatırladaq ki, daha əvvəl “Vaşinqton Post” qəzetinin yazdığına
görə, Türkiyə ilə ABŞ arasında qurulan ortaq Suriya komissiyası
ötən həftə keçirdiyi toplantıda YPG terror təşkilatının Münbiçdən
çıxarılmasına dair razılaşma əldə edib.

Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Reks Tillerson arasında
23 fevral tarixində Ankarada baş tutan görüşdə Suriyadakı gərgin
vəziyyətə həll yolu tapmaq üçün yaradılan ortaq komissiyanın
Vaşinqtonda ilk toplantısı gerçəkləşib. Toplantıda ABŞ tərəfi YPG
terrorçuları Münbiçdən çıxararaq Fərat çayının şərqinə doğru
göndərməyi qəbul etdiyini bildirib.

ABŞ-ın YPG-ni Münbiçdən çıxarması təqdirdə, Ankara-Vaşinqton
xəttində artan gərginliyin azalacağı gözlənilir.

“İncirlik Türkiyənin bazasıdır, bu, NATO-nun bazası
deyil və amerikalıların orada olması türk xalqının iradəsindən
asılıdır”.
Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun (MDBMİ) tələbələriylə görüş zamanı Türkiyənin Xarici
İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks
Tillersonu istefaya göndərib.
Bu haqda Tramp Tvitter
səhifəsində bildirib.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo yeni dövlət
katibimiz olacaq. O, fantastik işlər görəcək. Reks Tillersona
xidmətlərinə görə təşəkkür edirəm”, – Tramp yazıb.

Pompeonu isə MKİ postunda Cin Xaspel əvəz edib.

“Tillersonla İranın nüvə məsələsində anlaşa
bilmirdik”.
Bunu ABŞ prezidenti Donald Tramp dövlət
katibi Reks Tillersonu vəzifəsindən azad etməsi ilə bağlı qərarını
şərh edəkən deyib.

“İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu.
Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə
edirdik”, – o vurğulayıb.

“Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali
Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq
istəyir.

Qeyd edək ki, Trampla Tillersonun Şimali Koreya və Qətərə
münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.

ABŞ-ın Dəməşqə endirəcəyi raket zərbəsi zamanı
Rusiya hərbçilərinə təhdid yaransa, Rusiya ona lazım olan cavabı
verəcək.
Bunu Rusiya Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi Valeri Gerasimov söyləyib.

“ABŞ Dəməşqdə hökumət nəzarətində olan obyektlərə Bəşər Əsədin
öz rəqiblərinə qarşı kimyəvi silah tətbiq etməsini bəhanə gətirərək
zərbə endirmək istəyir. Bizim hərbçilərimizin həyatına təhdid
yaranacağı təqdirdə Rusiya ordusu bu raketlərə və onların
daşıyıcılarına qarşı lazımi tədbirlər görəcək”, – deyə o
bildirib.

“Rusiya Avropada Amerika güclərinin qarşılaşdığı əsas
təhlükədir”.
Bunu NATO-nun Avropada Birləşmiş Silahlı
Qüvvələrinin baş komandanı Kertis Skaparotti “National Interest”
nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi stabilliyi pozmağa davam edir
və İkinci Dünya müharibəsindən sonra Avropada sülhü təmin edən
beynəlxalq hüququn normalarına məhəl qoymur.

General təsdiq edib ki, Amerika hərbçiləri Avropa dövlətlərinin
Rusiyanın təcavüzündən müdafiəsi üzrə müxtəlif variantlar və hərbi
əks-təsir ssenarilərinin hazırlanması ilə məşğul olur.

Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş
əməkdaşı Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın
dövlət serverlərinə kiberhücum həyata keçirə bilər.

Bu barədə informasiyanı “Tayms” qəzeti yayıb. hazırda Britaniya
Müdafiə Nazirliyinin radioelektron kəşfiyyat üçün xüsusi proqram
təminatı yaratdığı bildirilib.

“Bu proqramın Kremlin kompüter şəbəkəsinə hücum üçün istifadə
ediləcəyi istisna edilmir. Bu, Skripalın zəhərlənməsinə əsas cavab
olacaq”, – xəbərdə bildirilir.

Qeyd edək ki, bundan öncə Britaniya Baş naziri Rusiyanı
Skripalın zəhərlənməsinə görə ittiham etmiş və iki gün ərzində
izahat verilməsini tələb etmişdi.

Ömər Dağlı

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt,
Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın
14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56
terrorçu zərərsizləşdirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş
Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı
qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin “Zeytun
budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi
terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu
günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi
həlak olub, 241 nəfər yaralanıb.

Continue Reading

Xəbərlər

Rihanna səfir oldu

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və
səlahiyyətli səfiri təyin edilib.

Publika.az xəbər verir ki, sənətçi təhsil,
turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri
təyin olunub. O, məşhur “Fenty” kosmetik firmasının sahibidir.

Continue Reading

Xəbərlər

Avtomobil motosikletlə toqquşd: – Xəsarət alan var

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə
nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Qaralar
kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Əmənov Vəli Xosrov oğlu idarə
etdiyi motosikletlə hərəkətdə olarkən “Mercedes” markalı minik
avtomobili ilə toqquşub. Zərbənin təsirindən motosikletin sürücüsü
avtomobilin ön şüşəsinə çırpılıb. Müxtəlif dərəcəli ağır bədən
xəsarətləri alan V.Əmənov İmişli Rayon Mərkəzi Xəstəxanasına
çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan
verilən məlumata görə, sürücünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Continue Reading

ən çox oxunanlar