Connect with us

Xəbərlər

Rusiyada yaşayış binasında PARTLAYIŞ: Xəsarət alanlar var

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiyanın Sankt-Peterburq şəhərində 9 mərtəbəli yaşayış
binasında partlayış baş verib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

İlkin ehtimallara görə, partlayış binanın blokunda baş verib.
Binanın sakinləri təxliyə ediliblər.

Təxminən 4 mənzilin yararsız hala düşdüyü bildirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Continue Reading
Click to comment

Şərh yazın

Specify Facebook App ID and Secret in Super Socializer > Social Login section in admin panel for Facebook Login to work

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

7 min manatlıq qızıl əşyalar oğurlayanlar saxlanıldı

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Evlərdən 7 min manata yaxın qızıl əşyalar oğurlayan
şəxslər saxlanılıb.

DİN-dən Publika.az-a verilən məlumata görə,
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində cari il sentyabrın 4-də rayon ərazisindəki evlərin
birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda
şübhəli bilinən şəhər sakini Ruhid Məmmədov saxlanılıb.

Şabran RPŞ-nin əməkdaşları tərəfindən isə dekabrın 15-də rayon
ərazisindəki evlərin birindən 2660 manat dəyərində qızıl-zinət
əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Tehran Cavadov
saxlanılıb.

Continue Reading

Xəbərlər

Formula 1: 2018-ci il mövsümü nə ilə yadda qaldı?

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

2018-ci ilin Formula 1 mövsümü 245 gün – martın 25-dən
noyabrın 25-dək davam edib. Pilotlar 1624 dairə və 6392 kilometrlik
ümumi məsafəsi olan 21 Qran-Pri keçiriblər.

Publika.az xəbər verir ki, bütün Qran-Prilərdə
davamlı olaraq 20 yürüşçü iştirak edib. Formula 1 yarışları
tarixində ilk dəfə olaraq mövsümün gedişində start xəttinə çıxan
bütün pilotlar xallar qazanıblar.

Cümə məşqlərində sükan arxasında altı yürüşçü olub. Lando Norris
“McLaren”in tərkibində Belçika, İtaliya, Rusiya Yaponiya, ABŞ,
Meksika və Braziliyada keçirilən cümə məşqlərində iştirak edib.
“Sauber”in pilotu Antonio Covinaççi isə bu cür altı məşqlərə
qatılıb. Şon Qelael “Toro Rosso”nun sükanı arxasında ABŞ-da
keçirilən sərbəst yürüşlərin ilk sessiyasını başa vurub. Kanadalı
Nikolas Latifi də “Force Indıa”nın tərkibində beş cümə məşqində
iştirak edib. Digər pilot – Robert Kubitsa “Williams”ın bolidində
üç analoji yürüşə qatılıb.

Bu yürüşlərdə pilotlar 22 246 dairə və 112 031 kilometr məsafə
qət ediblər. Sərbəst yürüşlər, təsnifat yarışlarında isə onlar 293
356 kilometr yol gediblər.

Yürüş məsafəsi üzrə Valtteri Bottas rekordçu olub: “Mersedes”
pilotu mövsüm ərzində 3158 dairə və 16 019 kilometr məsafə qət
edib. Ən aşağı göstərici isə Fernando Alonsoya aiddir (2 559 dairə
və 12 961 kilometr).

Yürüşlərdə ilk altılığa Lyuis Hemilton, Sebastyan Fettel, Maks
Ferstappen, Daniel Rikkardo, Kimi Raykkonen və Valteri Bottas
daxildirlər. Ən çox qələbə (11) britaniyalı Hemiltonun
hesabındadır. Sebastyan Fettel – 5, Daniel Rikkardo – 2, Maks
Ferstappen – 2, Kimi Raykkonen isə 1 yürüsün qalibi olublar. Ən tez
qələbə də Lyuis Hemiltona məxsusdur: O, Montsda məsafəni 1:15:54
dəqiqəyə və saatda 239,288 km sürətlə başa vurub.

Yeddi yürüşçüyə podiuma qalxmaq nəsib olub: Lyuis Hemiltion 17
dəfə, Kimi Raykkonen və Sebastyan Fettel 12 dəfə, Maks Ferstappen
11 dəfə, Valteri Bottas 8 dəfə, Daniel Rikkardo 2 dəfə və Serxio
Peres 1 dəfə fəxri kürsünün ən yüksək pilləsinə layiq
görülüblər.

Yeddi pilot dairəni ən tez başa vurub – Valteri Bottas (7),
Daniel Rikkardo (4), Lyuis Hemilton (3), Sebastyan Fettel (3), Maks
Ferstappen (2), Kimi Raykkonen və Kevin Maqnussen (1).

2018-ci ildə komandalar 516 pit-stop keçiriblər. Onların ən çoxu
Almaniyada (40), ən azı isə Belçikada (19) olub.

Təkcə bir idmançı – Şarl Lekler cərimə balı almayıb. Ən çox
cərimələnən pilotlar isə Roman Qrojan və Maks Ferstappen (hərəyə 7
xal) olublar.

Rekord nailiyyətlər

Lyuis Hemilton titulların sayına görə (5 titul) Xuan-Manuel
Fanxioya çata bilib. Formula 1 tarixində ən çox titul isə (7)
Mixael Şumaxerə məxsusdur. Poulların sayına görə Hemilton öz
rekordunu (83) təzələməyə davam edir. Bu göstəriciyə görə hazırda
yürüşlərdə iştirak edən pilotlardan yalnız Sebastyan Fettel ona
yaxındır (55). Podiumların sayına görə Lyuis Şumaxerlə (155) arada
olan fərqi qısaldır. Britaniyalı pilot hazırda 134 dəfə podiuma
qalxıb.

Əbu-Dabi Qran-Prisində qalib gələn Hemilton mövsümün 11-ci
qələbəsini qazanıb və 2014-cü ildə göstərdiyi nəticəni təkrar edib.
Bir mövsüm ərzində ən yaxşı göstəricilər isə Mixael Şumaxerə və
Sebastyan Fettelə (hərəyə 13 qələbə) məxsusdur. Hemilton karyerası
boyu 3 min xaldan yüksək nəticə əldə edən ilk yürüşçüdür. Hazırda
onun 3 018, ən yaxın rəqibi Fettelin isə 2 745 xalı var.

Hemilton Əbu-Dabi Qran-Prisində mövsüm ərzində 17-ci dəfə
podiuma qalxıb ki, bu da Formula 1 tarixində (müxtəlif sayda
mərhələ olmaqla) maksimum nəticədir. Mütləq rekord isə daha az
mərhələ üzrə 17 titul nəticə ilə Mixael Şumaxerə (2002-ci il)
məxsusdur.

Əbu-Dabi yürüşü hibrid turbomotorlara keçəndən sonra 100-cü
yürüş olub. Bu yürüşlərin 74-də “Mercedes”in pilotları qalib
gəlib.

Sebastyan Fettel mövsüm ərzində “Ferrari” pilotlarının
hamısından çox xal toplayıb: 21-ci qələbə olacağı təqdirdə 525
xaldan 320 xal, yaxud maksimum göstəricinin 60,9 faizi.

Maks Ferstappen podiumların sayına Rene Arnu ilə bərabər nəticə
göstərib: karyera ərzində 22.

Lyuis Hemilton liderlik etdiyi dövrələrin sayına görə Mixail
Şumaxerin göstəricisinə yaxınlaşmaqdadır.

Fernando Alonso karyerası ərzində keçirdiyi Qran-Pri
yarışlarının sayına görə ikinci yeri tutub.

2018-ci ildə “Mercedes” qazandığı xalların sayına görə “Red
Bull”u qabaqlayaraq, Formula 1 tarixi ərzində 3-cü yeri tutub.

“Ferrari” komandası Formula 1 tarixi ərzində 750-dən çox podiuma
çıxıb.

“Ferrari” komandası 950-dən, “Renault” 350-dən, “Red Bull”
250-dən çox Qran-Pri yarışında iştirak edib.

Niko Hyulkenberq 156 startı finişsiz başa çatdırmaqla öz
antirekordunu yeniləyib.

“Red Bull Racing” “Renault”un motorları ilə “Mercedes” və
“Ferrari” ilə sabit rəqabət apara bilməyib. Buna baxmayaraq, dörd
qələbə qazanıb. Bu da hibrid turboerasının digər illəri ilə
müqayisədə daha çoxdur.

“Red Bull Racing” mövsümə yaxşı formada başlamaq üçün əvvəllər
qışda aerodinamik boruda maksimum uzun müddət işləməyə çalışıb.
Bununla belə, rəqibləri çox vaxt daha yaxşı formada olublar.
Komanda məsələyə yanaşmanı dəyişib. Yeni maşını bir il əvvəl ilə
müqayisədə 2,5 həftə tez hazırlayıblar. RB14 fevralın 19-da
sınaqdan keçirilib. Maşın qış testlərinin öhdəsindən
müvəffəqiyyətlə gəlib.

“Red Bull”un heyəti dəyişməyib. Komanda mühəndis və pilot
kollektivinin sabitliyini mühüm üstünlüklərindən biri sayır.
Mövsümün əvvəlində baş mühəndis Pyer Vaşe texniki direktor
vəzifəsinə təyin edilib. Amma o da komandanın öz mütəxəssisi olub.
Uzun illər Edrian Nyuinin rəhbərliyi altında işləyib.

“Renault”un güc qurğusunun zəifliyi və yetərincə etibarlı
olmaması ilə bağlı problemlər olduğu kimi qalıb. Fransız
motorçuları mövsümlərarası müddət ərzində bir addım irəli gediblər,
lakin bir-biri ilə rəqabət aparan “Mercedes” və “Ferrari”nin
mühəndisləri ciddi irəliləyişə nail olublar. Odur ki, “Renault”un
motorları yenə də üçüncü yerlə kifayətlənməli olub.

Mövsümün əvvəlində komanda liderlərlə bərabər səviyyəli
mübarizəyə ümid bəsləyiblər, lakin həlledici məqamda rəqiblər daha
güclü olublar. Yalnız motorun gücünün həlledici əhəmiyyət
daşımadığı asta traslarda nisbi bərabərlikdən danışmaz olardı.
Lakin ”Red Bull Racing”də şassi həmişəki kimi çox effektiv
olub.

Melburnda pilotlar iki maşınla xal qazanıblar, Bəhreyndə hər
ikisi trasdan çıxıb. Çində Rikkardo qələbə qazanıb, Ferstappen isə
finişə beşinci gəlib. Bu yürüş mövsüm gedişində ən məhsuldar yürüş
olub, Bakıda keçirilən növbəti mərhələdə isə bir-biri ilə
toqquşaraq trasdan çıxıblar.

Maks tez-tez qəza vəziyyətlərinə düşüb, o cümlədən öz günahı
üzündən. Yazda Maks barəsində deyirdilər ki, onun idman
psixoloqunun yardımına ehtiyacı var. Danieli isə maşın pis
vəziyyətdə qoyub. 21 yürüşdən 9-da “Red Bull Racing”in heç olmazsa
bir maşını finişə çatmayıb. Milton-Kinsdən olan komanda trasdan
çıxmaların sayına görə ən pis komandalar sırasında olub. Çox vaxt
trasdan çıxmaya “Renault”un güc qurğusu ilə bağlı problem səbəb
olub.

Bir neçə il idi ki, “Red Bull” ilə “Renault”un ayrılması
gözlənilirdi və bu artıq labüd görünürdü. 2007-ci ildə Edrian Nyui
komanda üçün fransız motorlarını seçəndə bir çoxları təəccübləndi.
Lakin səbəb bu motorların sıxma qüvvəsini artırmaq üçün işlənmiş
qaz sistemini proqramlaşdırmağa imkan verən xüsusi iş rejimi ilə
bağlı idi. Nəticədə çox rahat hərəkət edən maşın komandaya və
Sebastyan Fettelə dörd çempion titulu qazandırdı.

“Renault”un motorçuları hibrid turboerasında geri qaldılar.
“Mercedes” və “Ferrari” birbaşa rəqiblərini güc qurğuları ilə təmin
etməkdən boyun qaçırdılar. Odur ki, “Red Bull” bir neçə il fransız
motorları ilə işləməli oldu. İndi isə bu motorlardan imtina etmək
imkanı yaranıb. Əvvəlcə bünövrə və mütəxəssis hazırlamaq üçün
“Honda” motorlarını “Red Bull”un törəməsi olan “Toro Rossa”da
tətbiq ediblər, indi isə komandanın özü bu motorlarla işləməyə
hazırlaşır. Mövsüm ərzində tərəflər dəfələrlə bir-birindən
narazılıq ediblər. Ferstappen radionun birbaşa efirində
ağına-bozuna baxmadan motorçuları tənqid edib və mövsüm ərzində güc
qurğusunun elementlərinin sayı limitini aşdığı üçün cərimələnmiş
ilk pilot olub. “Red Bull Racing” iyunun ortalarında “Honda”
motorçuları ilə müqaviləni təsdiq edib.

Yazda Rikkardonun komandanı tərk edəcəyi barədə söhbətlər
yayılıb. Ditrix Mateşits bildirib ki, avstraliyalının qalmasını
istərdi, lakin getmək istəsə, ona mane olmayacaq. Sonra Daniel
karyerasının növbəti mərhələsini əsas mərhələ adlandırıb. O deyib
ki, bu mərhələni “düzgün” komandada keçirmək, yürüşlərdə qalib
gəlmək və titullar qazanmaq istərdi.

“Red Bull Racing”də ona aydın şəkildə anladıblar ki, onlar
Ferstappenə üstünlük verirlər. İkinci pilotun kim olacağı mühüm
məsələdir, lakin prinsipial deyildir. Bu cür münasibət Rikkardonun
xoşuna gəlməyib, hərçənd komandada aşkar qeyri-bərabərlik
olmayıb.

Apreldə Rikkardo “Ferrari” ilə danışırlar aparıb. Tərəflər ilkin
razılaşma əldə ediblər. Amma sonunda Skuderiya Şarl Rekleri seçdi.
Çıxılmaz vəziyyət yarandı. Avstraliyalı “Honda” matorlarının necə
işlədiyini başa düşmək üçün daha bir mövsüm “Red Bull Racing” ilə
işləməyə hazır idi. Amma komanda onunla daha uzunmüddətli müqavilə
imzalamaqda israrlı idi.

Artıq Rikkardonun komandanın heyətində qalacağı labüd görünürdü,
lakin məsələ bir neçə gün ərzində həll olunub. Avstraliyalı
gözlənilmədən bildirib ki, “Renault”un təklifinə razılıq verib.

Helmut Marko kənarda variantlar axtarmayıb. Ferstappenin komanda
yoldaşı “Toro Rosso”dan gəlmiş Pyer Qasli olacaq. Pyer Qaslini
“Toro Rosso”da yenidən Formula 1-ə qayıtmış Daniil Kvyat
əvəzləyəcək.

Heyət açıqlanandan sonra çoxları deyirdilər ki, Qasli Rikkardo
qədər yaxşı pilot deyildir. Lakin gəlin bu barədə yarım il sonra
danışaq. Ətrafındakı komanda ilə Ferstappenni qabaqlamaq mümkün
deyildir. Əgər Qasli ilə bağlı problemlər yaranarsa, Marko həmişə
onun Daniil Kvyatla əvəzləyə bilər.

“Red Bull” etiraf edir ki, birinci mövsümdə çətin ki, “Honda”
motorları ilə titul uğrunda mübarizə apara bilsin. “Red Bull” bu
mövsümü keçid dövrü sayır və 2020-ci ildə qələbəyə ümid
bəsləyir.

Lakin əgər 2020-ci ildə də qələbə qazanılmasa, Mateşits marağını
itirə bilər. Axı iki komanda ona baha başa gəlir. Odur ki, “Red
Bull Racing” titula namizədlər sırasına mümkün qədər tez qayıtmaq
üçün mümkün olan hər şeyi edəcək.

2018-ci ildə “Ferrari” dünya çempionatında səbirsizliklə
gözlənilən qələbəyə çox yaxın olub. Lakin bir neçə səbəbdən
müvəffəqiyyət qazana bilməyib.

2017-ci il mövsümünün sonuna qədər mübarizə aparılmasına
baxmayaraq, “SF71-H” üzərində işə yetərincə tez başlanılıb. Çox
xərc tələb edən iki layihə üzərində işləmək üçün “Ferrari”nin
yetərincə resursu var. “Mercedes” də eyni cür hərəkət edib. Gərgin
qarşıdurma ilə müşayiət olunan bir mövsüm digəri ilə əvəzlənib.

“Ferrari”nin stavkası həmişə yüksək olub. Məqsəd yalnız birdir.
Komanda mövsümün yekunlarına əsasən nəticə çıxarıb və maşının zəif
tərəflərini aradan qaldırmağa çalışıb.

“Ferrari” pilotları qış testlərində protokola daha çox başçılıq
ediblər. Sebastyan Fettel hətta Barselonada tras rekordunu
təzələyib. “Ferrari SF71-H” böyük məsafə qət edib. Sürətli və
etibarlı maşın yaradılıb.

Alman pilotu ilk iki yürüşdə inamla qalib gəlib və xeyli irəli
çıxıb. Şanxayda keçirilən üçüncü mərhələdən əvvəl Hemiltondan 17
xal irəli olub. Bu, mövsüm ərzində “Ferrari”nin ən böyük üstünlüyü
idi.

Çində Fettel Ferstappenlə insidentdən sonra xallarını itirib.
Üçüncü yer uğrunda mübarizədə onların maşınları toqquşub.

Sonrakı iki yürüşdə Hemilton qalib gəlib. Yay mövsümündəki
fasiləyə qədər mübarizə təqribən bərabər səviyyədə davam edib.
Üstünlük bir komandadan digərinə keçib. Komandaların mübarizəsinə
bəzən temperatur, bəzən də trasın konfiqurasiyası təsir
göstərib.

“Ferrari” və “Mercedes” bir-birini üstələmək üçün fəal
işləyiblər, hər bir Qran-Pri üçün maşınları təkmillədirməyə,
bir-birinin addımlarını diqqətlə izləməyə çalışıblar. Mövsüm
ərzində dəfələrlə reqlamentin pozulmasından şübhələndiklərini
bildiriblər.

Mövsüm başa çatsa da, “Ferrari” nəticə çıxarmağa tələsmir.
Hələlik heç kim işdən çıxarılmayıb. “Ferrari”nin yeni prezidenti
Con Elkann komanda daxilindəki münaqişəni həll etməyə və onu
qələbəyə ruhlandırmağa çalışır.

Növbəti mövsümdə Sebastyan Fettelin komanda yoldaşı gənc və
çevik Şarl Lekler olacaq. Onların qarşıdurması böyük maraq
doğurur.

Şayiələrə görə, mühəndislər aerodinamik boruda yeni maşının
hazırlanmasının nəticələrini nikbinliklə qiymətləndirirlər. Lakin
uzun mövsümün yekunlarına görə qələbə qazanmaq üçün “Ferrari”yə
təkcə sürət deyil, həm də mütəşəkkillik və sabitlik lazımdır, axı
“Mercedes”in bununla bağlı problemi yoxdur. İki ən güclü komandanın
mübarizəsinin davamı çox gərgin və maraqlı olacaq.

“Renault” məqsədə doğru inamla irəliləyir, ildən-ilə inkişaf
edir. Komanda 2018-ci ildə Konstruktorlar Kuboku yarışında dördüncü
yeri tutub və Daniel Rikkardo ilə müqavilə imzalayıb, lakin o, hələ
də liderlərdən çox geri qalır.

2018-ci il “Renault” komandasını üç ən yaxşı komanda sırasına
qatmaq üzrə beşillik planın üçüncü ili olub. Şassi konstruktorları
və motorçular maşını işləyib hazırlayan zaman onun etibarlı
olmasına xüsusi diqqət yetiriblər. Onlar mövsümün yekunlarına görə
dördüncü və ya beşinci yerə ümid bəsləyirlər.

Yeni “R.S.18” qış testlərində orta qrup komandalarının maşınları
arasında ən yaxşısı olub. Birinci yürüş ümidləri doğruldub. Niko
Hyulkenberq və Karlos Sayns finişə müvafiq olaraq yeddinci və
onuncu gələrək xal qazanıblar. Komanda mövsüm ərzində ən çox
yeddi-on arasında nəticə nümayiş etdirib.

“Red Bull Racing”dən geriqalma çox böyük olub. Güc qurğuları
eyni olduğu üçün şassinin effektivliyindəki fərq aydın görünüb.
“Renault” mövsüm boyu bu şöbəni fəal surətdə gücləndirib. Yayda
şöbəyə FIA texniki departamentinin keçmiş rəhbəri Marsin Budkovski
başçılıq edib.

Motorçular da boş oturmayıblar. Reqlamentə görə, mövsüm ərzində
üç güc qurğusundan istifadə etmək olar. Hər növbəti qurğu
əvvəlkindən təqribən 30 qüvvə daha güclü olub. Təəssüf ki,
“Renault” üçün yanacaq məsrəfi yüksək olaraq qalıb. Bir çox
traslarda pilotlar yanacağa qənaət etməli olublar. Komanda üzvləri
dəfələrlə açıq şəkildə bu məhdudiyyətləri aradan qaldırmağa
çağırıblar.

“Mercedes” ilə “Ferrari” müştərilərinin təsnifatda güc
qurğusunun qüvvəsini artırmaq imkanları həmişə olub. “Renault”un
mövsüm ərzində bu rejimdə işləməsinə imkan yaranmasına baxmayaraq,
şənbə günləri belə geriqalma yetərincə böyük olub. Bazar günü
mövqeyi geri qazanmaq çox çətin olub: “R.S.18” düz və sürətli
döngələrdə yaxın rəqibləri ayaqlaşa bilməyib və bu da mübarizəni
çətinləşdirib. Mövsüm boyu “Renault” pilotları nadir hallarda öz
mövqelərini geri qazanıblar.

“Renault” strategiyasının ideoloqlarından biri – “Renault Sport
Racing”in prezidenti Jerom Stoll mövsümün sonunda öz vəzifəsindən
kənarlaşdırılıb. “Renault” yaradılmasının təşəbbüskarı Karlos Qon
maliyyə fırıldaqları ittihamı ilə Yaponiyada həbs edilib.
Komandadan bildiriblər ki, bu, Formula 1-də yarışmağa təsir
göstərməyəcək, amma bunu zaman göstərəcək.

“Renault” komandası üçün müvəffəqiyyət faktorlarının çoxu artıq
var. Sadəcə bu faktorların hamısını işə salmaq lazımdır. Əlbəttə,
lider komandaların büdcəsinin 60-70 faizini təşkil edən bir büdcə
ilə buna nail olmaq çətindir. Büdcənin ciddi şəkildə artırılacağına
isə ümid bəsləməyə dəyməz. “Red Bull Racing”in yüksək vəzifəli
nümayəndəsi “Renault”un Formula 1-ə münasibətini obrazlı şəkildə
belə təsvir edib: “Onlar biznes-klassla uçmağa çalışırlar, amma
plaskart üçün pul ödəyirlər”.

Lyuis Hemilton Əbu-Dabi Qran-Prisini udmaqla, mövsümdə 11-ci,
karyerasında 73-cü qələbəsini qazanıb. Onun komanda yoldaşı
Valtteri Bottas yürüşü beşinci yerdə başa çatdırıb və şəxsi
birincilikdə dördüncü yeri Maks Ferstappenə güzəştə gedib.

Lyuis Hemilton: “Əla ildir. Mən çox şeyə – sağlamlıq durumuma
görə, komandama görə, bazada və trasda hamının fasiləsiz və gərgin
işləməsinə görə təşəkkür edirəm. Mən, həmçinin pul yığıb yürüşə
gələn, habelə evində televizorun qarşısında oturub Qran-Pri
yarışlarına baxan, bizə müsbət enerji göndərən və bizim üçün daim
dua edən bütün azarkeşlərə “Sağ olun” demək istəyirəm.

Mən bu il zəngin təcrübə topladım. Əbu-Dabiyə gəldim. Əmin olmaq
istəyirdim ki, maksimum nəticə əldə edə bilərəm. Komanda bütün il
gərgin işləyib. Çox istəyirdim ki, onlara yaxşı nəticə bəxş edim.
Düşünürəm ki, buna nail oldum. Bütün il ərzində mənə göstərdikləri
dəstəyə görə onlara minnətdaram. Bu il mən daha yaxşı pilot oldum.
Öz üzərimdə işləməyə və enerjimi işlədiyim insanlarla bölüşməyə
davam edəcəyəm.

Bu yürüşdə sükan arxasında sevinə-sevinə oturdum. Mən maşın
sürməyi çox sevirəm. Bu gün hər dəqiqə mənim xoşuma gəldi.
Ümidvaram ki, qarşıda hələ çox belə günlərim olacaq”.

Valtteri Bottas (5-ci): “yaxşı olardı ki, mövsümü yekunlaşdırıb.
Bu yürüş çempionatın mənim üçün necə keçdiyini yaxşı əks etdirdi.
Başlanğıc yaxşı oldu, sonra geriləmə başladı.

Yürüşün əvvəlində hər şey yaxşı idi, amma sonra, beşinci və
səkkizinci döngələrdə təkərləri bloklamaqla üstünlüyü itirdim.
Tormozla bağlı problemlərim vardı. Bundan əlavə, Maksın maşını ilə
toqquşandan sonra kiçik deşik açılmışdı. Odur ki, ikinci dəfə şini
dəyişməli oldum. Biz Maksla toqquşduq. Bu, dürüst, lakin sərt
mübarizə idi.

Pit-stopdan sonrakı dövrələr uzun sürdü. Bilirdim ki, əvvəlki
mövqeyimi qaytara bilməyəcəyəm. Mövsüm istədiyim kimi alınmadı.
Şadam ki, başa çatdı. Lakin 2019-cu ili təmiz səhifədən başlamaq
üçün dekabr ayında kiçik fasilə götürmək istəyirəm. Daha güclü
qayıtmaq üçün bu mövsümdə baş verən bütün hadisələri təhlil
etməliyəm”.

Komandanın rəhbəri Toto Volff: ”Mercedes Motosport” üçün
müstəsna ildir. Biz Formula 3-də Mik Şumaxerlə, Formula 2-də Corc
Rassellə titul qazandıq, biz minik avtomobilləri arasında Almaniya
çempionatında, virtual yürüşlərdə və əlbəttə, Formula 1-də qalib
gəldik. İl parlaq keçdi. Mən çox şadam ki, biz onu qələbə ilə başa
çatdırdıq.

Mübarizə bütün mövsüm ərzində gərgin oldu. Biz hər iki
çempionatı udmaq üçün var gücümüzlə çalışırdıq. Lyuis son yürüşə
kimi mübarizə aparırdı, halbuki hələ Meksika Qran-Prisində titulunu
təmin etmişdi. O, komandamız üçün çox dəyərlidir. Təkcə şəxsi
birincilikdə qələbə onun üçün yetərli olmadı. O, bizə
Konstruktorlar Kubokunu bəxş etmək və ayağını mövsümün sonunadək
pedaldan çəkməmək istədi. Bu gün o, daha bir möhtəşəm yürüş
keçirdi, hər bir dövrədə vəziyyətə nəzarət etdi.

Valtterinin tormozla bağlı problemləri yarandı. Biz bunun
səbəbini öyrənirik. Amma artıq məsafədən görürük ki, maşın
müvazinətini itirib. Valtteri mürəkkəb mövsüm keçirdi. Mən onun
məyus olmasını başa düşürəm. Titul qazanmaq şansını itirən pilot
üçün necə çətin olduğunu bilirəm. Ümidvaram ki, o, qışda yeni qüvvə
toplayacaq və gələn il daha güclü şəkildə sıralarımıza
qatılacaq”.

Baş yürüş mühəndisi Endryu Şovlin: “Komanda üçün əla nəticədir.
Biz Əbu-Dabiyə qələbə əzmi ilə gəldik və məqsədimizə nail olduq. Bu
il mürəkkəb mövsüm keçirdik, hər iki çempionatda “Ferrari” kəskin
hücuma keçmişdi. Ona görə şassi və mühərrikdən 100 faiz, hətta daha
çox istifadə etməyə çalışdıq. Növbəti dəfə hər iki titulu
qazandıqdan sonra, sanki çiynimizdəki ağır daşı atdıq.

Lyuis daha bir möhtəşəm yürüş keçirdi. Meksikada titulu
qazandıqdan sonra o, bir addım da geri çəkilmədi və son
mübarizəyədək gərgin çalışmağa davam etdi. Nəticədə layiq olduğu
daha bir qələbəyə nail oldu.

Yürüş zamanı Valtteri problemlə qarşılaşdı – o, beşinci dairədə
təkərləri blok etdi və mövqelərini itirdi. Biz nə baş verdiyini
araşdırmalıyıq, çünki həmin məqama qədər onun bütün yürüşü plan
üzrə gedirdi. Əminəm ki, Valtteri artıq 2019-cu il mövsümünü
gözləyir, Bakı mərhələsindən sonra onun üçün uğursuzluq zolağı
başlamışdı. Cari ildə o, komandanın dayaqlarından biri idi və gələn
mövsümdə ona etibarlı və sürətli maşın təqdim etmək üçün növbəti
aylarda da biz bu pilotla gərgin işi davam etdirəcəyik.

Mən, həmçinin son səkkiz ildə gərgin fəaliyyətinə görə Toni
Rossa təşəkkür etmək istəyirəm. Növbəti ildə o, Formula E proqramı
üzrə proqramımızda mühüm rol oynayacaq. Ross komandanın beş dəfə
Konstrultorlar Kubokunu qazanması üçün çox iş görüb, Niko Rosberq
isə şəxsi hesabda titula görə. Onun getməsi bizi çox kədərləndirir,
lakin şadıq ki, onunla birlikdə qələbələrin sevincini
yaşamışıq”.

Nüfuzlu “The Guardian” nəşri Azərbaycan Qran-Prisini
2018-ci il Formula 1-in ən yaxşı yarışı adlandırıb

“The Guardian” yazır: “Bakı yürüşü 2017-ci ildə də ən yaxşı
yürüş hesab edilmişdi.

Bakı küçələrində yenə də hər şey vardı. Cəlbedici yürüş və bütün
mövsümün mikrokosmu. “Red Bull” komandasının pilotları Daniel
Rikkardo və Maks Ferstappen, necə deyərlər, “dabanbasdı”
gedirdilər. Nəticədə hollandiyalının dəlisov manevri ucbatından
onlar bir-birini yürüşdən kənarlaşdırdılar.

Valtteri Bottasın maşını təhlükəsizlik avtomobili trasına
çıxandan sonra Bottas liderliyi ələ keçirdi, Sebastyan Fettel isə
ehtiyatlı olmağı unutdu və yürüş yenidən davam edəndə Bottası ötüb
keçməyə cəhd göstərdi. Lakin elə ilk döngədə Fettel səhvə yol verdi
və mövqeyini itirdi. Bu, zəruri olmayan bir neçə səhvin biri idi.
Nəticədə Fettel onun üçün demək olar ki, təmin olunmuş ikinci yer
əvəzinə dördüncü yerlə kifayətlənməli oldu. Sonuncudan əvvəlki
dövrədə Bottasın avtomobilinin şini partladı, qələbə sevinci isə
Luisi Hamiltona qismət oldu. Beləliklə, Hemilton öz karyerası
ərzində 5-ci dəfə çempion oldu.

Hemilton ilin ən yaxşı yürüşçüsü hesab edilib. Qalib pilotun
daxil olduğu “Mercedes” ilin ən yaxşı komandası, Daniel Rikkardonun
Şanxaydakı manevri ilin ən yaxşı ötmə əməliyyatı hesab edilib.

Ekspertləri ən çox heyrətləndirən Formula 1 yarışlarının yeni
iştirakçısı Şarl Lekler olub. Lekler “Zauber Ferrari” komandasında
özünün daha təcrübəli yoldaşı Markus Erikssonu üstələdi. O,
qətiyyətli hərəkət edərək, öz ustalığını sübut etdi. Bakıda 6-cı
yeri tutdu. Bu, Lekler üçün əsl zəfər idi. Lakin Braziliyada
keçirilən təsnifat yarışlarında Şarl öz istedadını daha yaxşı
nümayiş etdirdi. Deyə bilərik ki, indi “Ferrari”nin sərəncamında
nadir istedad sahibi olan bir yürüşçü var.

Ən böyük səhvə yol verən Fettel və “Ferrari” olub. Yaxşılığa
doğru dəyişiklik nominasiyasında Maks Ferstappen fərqlənib. O,
mövsüm ərzində ustalığını təkmilləşdirərək yekunda 4-cü yeri tutub.
İki dəfə dünya çempionu olmuş Fernando Alonsonun Formula 1
yarışlarını tərk etməsi “ilin vida mərasimi” adlandırılıb”.

“Kral yürüşləri” fanatlarının seçiminə əsasən Azərbaycan
Qran-Prisi ikinci yerdədir

Ötən mövsümün ən yaxşı Formula 1 yürüşünün təyin edilməsi üçün
səsvermədə 16 mindən çox adam iştirak edib.

“Kral yürüşləri”nin fanatları ABŞ Qran-Prisinin xeyrinə seçim
ediblər. İkinci yeri Azərbaycan Qran-Prisi, üçüncü yeri Böyük
Britaniya Qran-Prisi tutub.

Səsvermənin nəticələri belədir:

1) ABŞ Qran-Prisi – 30 faiz,

2) Azərbaycan Qran-Prisi – 13 faiz,

3) Böyük Britaniya Qran-Prisi – 9 faiz,

4) Almaniya Qran-Prisi – 8 faiz,

5) Avstriya Qran-Prisi – 6 faiz.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi aprelin 27-dən 29-dək
Bakıda keçirilib. Bu mərhələdə “Mercedes” komandasının pilotu Lyuis
Hemilton qalib gəlib. Finiş xəttinə ikinci çatan “Ferrari”
komandasının yürüşçüsü Kimi Raykkonen olub, üçüncü yeri isə “Fors
İndia” komandasının təmsilçisi Serxio Peres tutub.

FIA gələn il keçiriləcək Formula 1 üzrə dünya
çempionatının təqvimini təsdiqləyib

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu ildə keçiriləcək
Formula 1 üzrə dünya çempionatının təqvimini açıqlayıb.

Rəsmi təsdiqlənmiş cədvəldə 21 mərhələ yer alıb.

Mövsümə Avstraliya Qran-Prisi ilə start veriləcək. Yürüş gələn
il martın 17-də Melburn avtodromunda keçiriləcək. Çempionatın
sonuncu mərhələsi dekabrın 1-də Əbu-Dabidəki “Yas-Marina”
avtodromunda baş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin
26-28-də keçiriləcək.

Yarışlarda yay fasiləsi avqustun 4-dən sentyabrın 1-dək davam
edəcək.

Formula 1 üzrə dünya çempionatının 2019-cu il mövsümünün tam
təqvimi:

15-17 mart – Qran-Pri Avstraliya

29-31 mart – Qran-Pri Bəhreyn

12-14 aprel – Qran-Pri Çin

26-28 aprel – Qran-Pri Azərbaycan

10-12 may – Qran-Pri İspaniya

24-26 may – Qran-Pri Monako

7-9 iyun – Qran-Pri Kanada

21-23 iyun – Qran-Pri Fransa

28-30 iyun – Qran-Pri Avstriya

12-14 iyul – Qran-Pri Böyük Britaniya

26-28 iyul – Qran-Pri Almaniya

2-4 avqust – Qran-Pri Macarıstan

30 avqust – 1 sentyabr – Qran-Pri Belçika

6-8 sentyabr – Qran-Pri İtaliya

20-22 sentyabr – Qran-Pri Sinqapur

27-29 sentyabr – Qran-Pri Rusiya

11-13 oktyabr – Qran-Pri Yaponiya

25-27 oktyabr – Qran-Pri Meksika

1-3 noyabr – Qran-Pri ABŞ

15-17 noyabr – Qran-Pri Braziliya

29 noyabr -1 dekabr – Qran-Pri Əbu-Dabi.

Azərtac

Continue Reading

Xəbərlər

F.A 100% “Gəl, gözəlim”i remiks versiyada təqdim etdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xalq artisti Faiq Ağayev dəbdən düşməyən hiti “Gəl,
gözəlim” mahnısına yenidən nəfəs verib.

Publika.az xəbər verir ki, müğənni sözügedən
mahnını remiks versiyada təqdim edib. Dünəndən eksklüziv olaraq
Xəzər FM və 100.5 FM-də, həmçinin, F.A-nın rəsmi YouTube kanalında
yayımlanan yeni versiya dinləyicilər tərəfindən bəyənilib.

Xatırladaq ki, “Gəl, gözəlim” hitinin musiqisi Ceyhun Səfərov,
sözləri Ceyhun Səfərov və Xanim İsmayilqızına məxsusdur. Mahnının
yeni versiyasını Nadir NağdPul aranjiman edib. Mix & mastering
Givi Usenashviliyə məxsusdur. YouTube-dəki poster və videonun
müəllifi NisuLik Cəfərovadır.

Sözügedən remiksin teaser-ini xalq artistinin rəsmi YouTube
kanalından dinləyə bilərsiz
(https://www.youtube.com/user/AgayevFaiq)

Continue Reading

ən çox oxunanlar