Connect with us

Xəbərlər

Prezident İlham Əliyevdən Qarabağ qaziləri və şəhid ailələri ilə bağlı ÖNƏMLİ SƏRƏNCAM

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin
sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında sərəncam imzalayıb.

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata
keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən birini
təşkil edir. Son illər ölkəmizdə əhalinin, xüsusilə Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin daha
da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların
sağlamlıq, reabilitasiya və yaşayış şəraitlərinin yaxşılaşdırılması
üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər
uğurla davam etdirilir. 1997-2017-ci illər ərzində dövlət
tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 6000-dən
çox mənzil verilib.

Sərəncamda qeyd olunur ki, Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün mənzillərin alınması məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593
nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu
(investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün
1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək tapşırılıb.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Papadan ŞOK AÇIQLAMA: Cinsi münasibət…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Cinsi əlaqədə olmaq Allah vergisidir, günah
deyil”

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, bu sözləri Roma papası Frensis deyib.

“Cinsi əlaqənin 2 məqsədi var – sevgi və həyat qurmaq. Əsl sevgi
ehtiraslı olur. Qadınla kişi arasında ehtiraslı yaşayış isə ömürlük
həyata çevrilir. Həmişəlik. Onu həm bədən, həm də ruhunla
verirsən”

Qeyd edək ki, Roma papası bu sözləri 24 yaşlı qızın ona
ünvanlandığı suala cavab olaraq deyib.

Continue Reading

Xəbərlər

Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt,
Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın
14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56
terrorçu zərərsizləşdirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş
Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı
qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin “Zeytun
budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi
terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu
günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi
həlak olub, 241 nəfər yaralanıb.

Continue Reading

Xəbərlər

Rihanna səfir oldu

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və
səlahiyyətli səfiri təyin edilib.

Publika.az xəbər verir ki, sənətçi təhsil,
turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri
təyin olunub. O, məşhur “Fenty” kosmetik firmasının sahibidir.

Continue Reading

ən çox oxunanlar