Connect with us

Xəbərlər

Məşhur futbolçu saç stili ilə DÜNYANI ŞOKA SALDI

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Mançester Yunayted”in məşhur futbolçusu Maorin Fellaini
yeni saç stili ilə görənləri şoka salıb.

Publika.az xəbər verir ki, futbolçu qıvrım
saçlarını ikiyə ayıraraq yığıb.

O, yeni imici ilə “GQ Style” jurnalının son buraxılışı üçün
kameralar önünə keçib.

Türkiyənin “Beşiktaş” və “Qalatasaray” klublarının transfer
gündəmində olan Fellaini saçları ilə bir anda bütün dünyanın
diqqətini cəlb edib.

Zümrüd

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt,
Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın
14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56
terrorçu zərərsizləşdirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş
Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı
qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin “Zeytun
budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi
terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu
günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi
həlak olub, 241 nəfər yaralanıb.

Continue Reading

Xəbərlər

Rihanna səfir oldu

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və
səlahiyyətli səfiri təyin edilib.

Publika.az xəbər verir ki, sənətçi təhsil,
turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri
təyin olunub. O, məşhur “Fenty” kosmetik firmasının sahibidir.

Continue Reading

Xəbərlər

Avtomobil motosikletlə toqquşd: – Xəsarət alan var

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə
nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Qaralar
kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Əmənov Vəli Xosrov oğlu idarə
etdiyi motosikletlə hərəkətdə olarkən “Mercedes” markalı minik
avtomobili ilə toqquşub. Zərbənin təsirindən motosikletin sürücüsü
avtomobilin ön şüşəsinə çırpılıb. Müxtəlif dərəcəli ağır bədən
xəsarətləri alan V.Əmənov İmişli Rayon Mərkəzi Xəstəxanasına
çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan
verilən məlumata görə, sürücünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Continue Reading

ən çox oxunanlar