Connect with us

Xəbərlər

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakı konfransının Bəyannaməsi qəbul edilib

Published

on



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA)
İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq
və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin
rolu” adlı beynəlxalq konfrans “Etimadın gücləndirilməsi, mədəni
mübadilənin inkişafı və dialoqun təbliği” adlı panellə işini davam
etdirib.

Paneldə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev Azərbaycanın mədəni abidələrinin işğal altında
təcavüzə məruz qalmasından, ölkədə turizmin inkişafından
danışıb.

Moldovanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Sergey Sirbu,
Bolqarıstanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Desislava
Atanasova, Makedoniyanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Yagoda
Şahpaşka, Fransanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Paskal
Alizard, Qırğızıstanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Emil
Toktaşev və digərləri çıxış edərək İpək yolu layihələrinin
inkişafında mədəni əlaqələrin, mədəni müxtəlifliyin inkişafının
vacibliyindən danışıblar.

Sonda yekun bəyannamə qəbul edilib.

Bəyannamədə deyilir: “Biz, ATƏT-in Parlament Assambleyasında
İpək Yoluna Dəstək Qrupunun və Azərbaycan Respublikası Milli
Məclisinin birgə təşkilatçılığı ilə 2018-ci il martın 13–14-də Bakı
şəhərində keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlığın və
mədəni əlaqələrin inkişafında parlament üzvlərinin rolu” mövzusunda
Beynəlxalq Konfransın iştirakçıları qədim İpək Yolunun yenidən işə
salınmasının əhəmiyyətini, mövcud nəqliyyat və enerji dəhlizlərinin
səmərəli istismarının, eləcə də “Müasir İpək Yolu” vasitəsi ilə
sərnişinlərin, malların və xidmətlərin sərbəst və təhlükəsiz
hərəkətinin ATƏT regionu ölkələrinin milli maraqlarına və davamlı
iqtisadi inkişafı məqsədlərinə uyğunluğunu nəzərə alaraq,

Qədim İpək Yolu boyunca yerləşən və həmin yolun bərpasından
yenidən işə salınmasından (GEO) faydalana bilən ölkələr arasında
iqtisadi, ticarət, nəqliyyat, sosial və mədəni əlaqələrin inkişafı
və möhkəmlənməsi üçün hökumətlərin göstərdikləri səyləri
dəstəkləməyin vacibliyini qeyd edərək,

Helsinki Yekun Aktının prinsiplərinə, eləcə də müvafiq qanuni
çərçivələrə və ATƏT öhdəliklərinə uyğun olaraq ATƏT regionunda
sülhün, təhlükəsizliyin və insan hüquqlarının qorunmasına, davamlı
inkişafın və sosial rifahın təmin edilməsinə yönələn layihələrin, o
cümlədən ATƏT-in Nazirlər Şurasının 4/16 nömrəli “Yaxşı
idarəetmənin gücləndirilməsi və əlaqələndirilmənin təbliği”nə dair
Hamburq Qərarına uyğun olaraq Avropa və Asiya arasında
əlaqələndirilmənin möhkəmlənməsi məqsədinin həyata keçirilməsində
parlament üzvlərinin köməyinin əhəmiyyətini anlayaraq,
aşağıdakıları bəyan edirik:

1. Qədim İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri
səyləri bütünlüklə dəstəkləyirik.

2. İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil
etdikləri ölkələrin iqtisadi subyektləri, o cümlədən biznes
qurumları arasında əməkdaşlığın genişlənməsinə və təşviqinə töhfə
verməyə çalışacağıq.

3. Davamlı, təhlükəsiz və çevik nəqliyyat və enerji
dəhlizlərinin inkişafı və funksionallığının artması üçün
hökumətlərin göstərdikləri səyləri dəstəkləyəcək, bu sahədə
qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına kömək
edəcəyik.

4. Hökumətləri Avropa və Asiya qitələrini birləşdirən Qədim İpək
Yolunun bərpası çərçivəsində effektiv nəqliyyat dəhlizlərinin,
tranzit şəbəkələrinin və logistika infrastrukturlarının inkişafına
ümdə əhəmiyyət verməyə çağırırıq.

5. İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil
etdikləri ölkələr arasında mədəni əlaqələrin, qarşılıqlı anlaşmanın
və dialoqun gücləndirilməsi sahəsində irəli sürülən təşəbbüsləri, o
cümlədən Monqolustanın irəli sürdüyü “Bir Kəmər və Bir Yol
səyahətlərin sadələşdirilməsi” layihəsini MON dəstəkləyirik.

6. Biz Monqolustan tərəfdən İpək Yolu ilə əlaqəli təşkilatlar və
təşəbbüslər çərçivəsində kiçik diplomatlar və tədqiqatçılar üçün
irəli sürülmüş Sülh, Tərəqqi, Rifah, Vəd Mükafatına dair təşəbbüsü
alqışlayırıq və önümüzdəki illərdə onun sürətlə həyata
keçirilməsinə tam dəstək verəcəyik.

7. Biz İpək Yolunun hədəflərinin əsasında olan Qərb-Şərq özəl və
dövlət sektorlarının məlumat mübadiləsinə və məlumat ticarət
platformalarına dair təşəbbüsləri dəstəkləyirik.

8. Biz İpək Yolu boyunca sərbəst, ədalətli və şəffaf dövriyyənin
asanlaşdırmasını, eləcə də 21-ci əsrin yeni İpək Yolunun əsaslı
davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin
etmək üçün maliyyə inteqrasiyasını gücləndirmək üçün bütün səyləri
dəstəkləyirik.

9. İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirlərinə ev sahibliyi
etmək üçün müraciət edən Belarus, Gürcüstan və İsveçrə nümayəndə
heyətlərinin təşəbbüslərini alqışlayırıq”.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

“Qəbələ” matçının başlama saatı açıqlandı

Published

on

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsində
“Proqres”lə cavab matçının stadionu və başlama saatı
açıqlanıb.

Publika.az xəbər verir ki, görüş iyulun 19-da
baş tutacaq. Differdanj şəhərinin “Munisipial” stadionunda
keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:30-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də
Qəbələdə keçiriləcək və saat 20:00-da başlayacaq.

Continue Reading

Xəbərlər

Oğuzda zəlzələ oldu

Published

on

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Oğuzda zəlzələ baş verib.

Publika.az AMEA nəzdində Respublika Seysmoloji
Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat
23:44-də Şəki-dən 14 km şərqdə Oğuz ərazisində zəlzələ qeydə
alınıb.

Zəlzələnin maqnitudası 3,3, dərinliyi 6 km olub.

Zəlzələ 3 bala qədər hiss olunub.

Continue Reading

Xəbərlər

Keşişdən ağlayan uşağa qarşı ZORAKILIQ

Published

on

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Uşağın xaç suyuna salınması zamanı çəkilən görüntülər
dünya mediasını silkələyib.

Publika.az xəbər verir ki, Fransada bir ailə
uşağını xaç suyuna salmaq üçün kilsəyə gətirib. Keşiş əvvəlcə
uşağın dəcəllik etməsinə fikir vermir. Daha sonra isə səbri
tükənir. Ailəsinin gözü önündə uşağı boğazından tutaraq üzünə şillə
vurur.

Sosial mediada sürətlə paylaşılan bu görüntülər izləyənləri
təəccübləndirib.

Nə baş verdiyini anlamayan ailə isə körpəni keşişdən
uzaqlaşdırmağa çalışıb.

Həmin görüntüləri təqdim edirik:

Continue Reading

ən çox oxunanlar