Connect with us

Şou-Biznes

Xalq artistindən ölümündən öncə İNANILMAZ ETİRAFLAR: “Bu həyatda…”

Published

on

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti
Zərnigar Ağakişiyeva ötən gün axşam 72 yaşında dünyasını dəyişdi.
Xalq artisti doğum günündə Publika.az-a verdiyi son müsahibədə özü
ilə bağlı inanılmaz etiraflar edib. Müsahibəni olduğu kimi təqdim
edirik.

***

Xalq artisti, sevilən aktrisa, ən əsası, məlahətli xanım
Zərnigar Ağakişiyevanın doğum günüdür.

Adətən, bir çox aktrisalar dünyaya gəldiyi günü
qabaqcadan ya zəng edib xəbər verir, ya da sosial şəbəkədən elan
edirlər. Amma Zərnigar xanım onlardan fərqli olaraq media üçün
əlçatmaz sənətkardır. O qədər əlçatmazdır ki, onunla bu maraqlı
söhbətimin alınacağına şübhə edirdim. Bu səbəbdən zəng edəndə
həyacanlanırdım. Amma cəhd göstərməliydim. Onun doğum gününü
unutmadığımızı bilməliydi axı…

Yaxşı ki də, zəng etdim. Ürəyinin qapısını hər adamın
üzünə açmayan, illərdir ki, hücrəsinə çəkilib, öz dünyası ilə
baş-başa qalan gözəl aktrisamız məni məyus etmədi. Milli kinomuz və
səhnəmizdə bir-birindən gözəl, bənzərsiz obrazlar yaradan cazibədar
aktrisamızla, deyəsən, sözümüz tutdu…

Yaşını gizlətməyən, hətta qürur hissi ilə “70 yaşım tamam oldu”,
– deyən həmişəcavan, təravətli aktrisamızın
Publika.az-a müsahibəsini təqdim edirik.

– Zərnigar xanım, özünüzə təmtəraqlı doğum günləri
keçirməyi xoşlayırsınız?

– İstəmirəm kimsə mənə görə narahat olsun. Bəlkə kiminsə vaxtı,
ya imkanı yoxdur, niyə öz xoş günümə görə onları narahat edim. Amma
bu dəfə 70 yaşım tamam olur. Ola bilsin ki, xudmani bir məclis
təşkil edək.

– Adətən, xanımlar yaşını gizlədir, amma siz, soruşmadan
yaşınızı söylədiniz. Yüzdəyüz əminəm ki, yaşınızla ruhunuz arasında
yerlə göy qədər fərq var…

– Yaşımı hiss eləmirəm. Çox vaxt xəstəlik insanı qara günə
qoyur, yoxsa ki, yaşın ruha heç bir təsiri yoxdur. Neçə vaxtdır ki,
şəkər xəstəliyindən əziyyət çəkirəm.

– Buna baxmayaraq, çox pozitiv xanımsınız, bu qədər
enerjini hardan alırsınız?

– Təbiətdən, canlı-cansız xilqətdən. Yəqin insanlar da məni
tez-tez bağda-parkda görür. Bəzən saatlarla oturub hansısa quşun
yeməyinə, hansısa çiçəyin rənginə baxıb zövq alıram. Amma
əsəbiləşməyim də var haaa. Belə vaxtlarda üzümü görmə (gülür).

Çox güclü xanım təsiri bağışlayırsınız. Bu güclü
görünüşünüzün arxasında zəif məqamlar olur?

– Güclüyəm, amma bəzi məqamlarda insan gücsüzləşir.

Məsələn, hansı məqamlarda?

– İnsanın çətin məqamları olur, məsələn, arzularının ardınca
gedəndə maneələrlə qarşılaşır, kiminsə gözügötürməzliyi, paxıllığı
ilə qarşı-qarşıya qalır. Belə olan halda, mətin dayanmaq, başını
aşağı salıb öz işinlə məşğul olmaq çox çətin olur. Sarsılmamaq,
dözmək və sona qədər arzularının ardınca getmək – bu da hər adamın
işi deyil. Mən buna çalışmışam. Əgər yaşayırıqsa, demək,
məyusluqlar da olacaq. Bu həyatda yaşamaq özü bir qəhrəmanlıqdır.
Elə mənim də həyatımda bu məyusluqlar çox olub. Əlbəttə, hər kəs
üçün sevimli olmaq mümkün deyil. Kiminsə sevmədiyi, qəbul etmədiyi
insanlar var. Deyirlər e, filankəsə qanım qaynamır, filankəs
istiqanlıdır. Əgər lüğətimizdə “paxıllıq”, “gözgötürməzlik”,
“məyusluq” kimi sözlər varsa, demək ki, həyatda bunlarla
qarşılaşırıq. Belə insanlara nifrət etmək yox, sadəcə olaraq, həmin
adamlardan uzaq qaçmaq lazımdır.

– Məyus olduğunuz məqamlarda gücü kimdən
alırsınız?

– Mənə bu gücü ilk olaraq valideyinlərim verib. Beş yaşım olanda
səhnəyə çıxıb, Səməd Vurğunun şeirlərini söyləmişəm. Arzularımın
ardınca böyük səhnəyə qədər gəlib çıxmışam. Tamaşaçılarımın sığalı,
sevgisi həmişə mənə güc verib.

– Həyatınızı rənglərə bölsək, ən çox hansı rənglər
üstünlük təşkil edər – əlvan, yoxsa, boz, qara?

– Məncə, əlvan. Elə özüm də əlvan rəngləri çox sevirəm. Xüsusən
də, zoğalı rəngi. Baxmayaraq ki, 70 yaşım var, yenə zoğalı rəngdə
paltarlar geyinməyi xoşlayıram. Deyilənə görə, mənə çox
yaraşır.

– Bəs içiniz hansı rəngdədir?

– Yaşıl, mavi.

– Möcüzələrə inanırsınız?

– Həyat özü bir möcüzədir və möcüzələr var.

– Həyatınızda ən böyük möcüzəni görmüsünüz, yoxsa hələ
gözləyirsiniz?

Bu sənətdə varlığım mənim üçün ən böyük
möcüzədir. Öz sevgimi də bu sənətə bağlamışam və ömrümün sonuna
qədər bu sevgiylə yaşayacağam.

– Əslində, çox gözəl sevgidir. Bütün sevgilər bir gün
adiləşə, tükənə bilər, amma sənətinizə olan sevginizə hər zaman
sədaqətlisiniz.

– Bu qarşılıqlı sevgidir, nə mən, nə də sənətim mənə xəyanət
etməyib.

– Xəyanətdən söz düşmüşkən, bu yaxınlarda həmkarınız
Mehriban Zəkidən müsahibə almışdım. O dedi ki, dost xəyanətini
bağışlamaq olar, amma sevdiyin insan xəyanət edərsə, onunla
münasibətə nöqtə qoymaq lazımdır. Siz necə
düşünürsünüz?

– Mən də elə düşünürəm. Düşünürəm nədir, bu, həqiqətdir.

– Heç xəyanətə uğramısınız?

– Çox. Bəzi qadınlar var ki, xəyanəti adi kişi əyləncəsi kimi
qəbul edir və ərinin xəyanətinə göz yumur. Deyir ki, əşşi, kişidir
də, gedib hansısa qadınlarla gəzəcək, yenə də ailəsinə, evinə,
uşaqlarına qayıdacaq. Əvvəllər o qadınları anlamırdım. Düşünürdüm
ki, necə yəni, kişi sənə xəyanət edəcək, sən də heç nə olmamış kimi
onu sevməkdə davam edəcəksən? Amma yaşa dolandan sonra, fikirləşdim
ki, əslində, elə belə də eləmək lazımmış. Çünki kişilər
yaradılışdan belə olur. Məsələn, adam var, bir paltarı, ayaqqabını
illər boyu geyinir, heç bezmir. Adam da var, gündə bir libas, zinət
əşyaları alır, yenə gözü doymur. Kişi də elədir, hər gün bir çiçəyi
qoxlamaq istəyir. Çünki Allah onları belə yaradıb. Bəzi qadınlar
xəyanəti bağışlayır, göz yumur, bəziləri də mənim kimi,
bağışlamadığı üçün tənha qalır. Tənhalığı özüm seçmişəm.

– Buna görə peşman deyilsiniz yəni?

– Qətiyyən. Yenə də düşünürəm ki, xəyanət varsa, münasibətə
nöqtə qoymaq lazımdır. Bu gün tamaşaçılarımın sevgisini bir tac
kimi başıma qoyuram, bundan böyük sevgi ola bilməz. Taleyimə
minnətdaram. “Tac” dedim. “Tac”, “kraliça”, yaman böyük çıxdı.
Utandım lap.

– Haqlısınız, siz əsl kraliçasınız… Amma mənə yenə də
maraqlıdır… Dostlarınızın xəyanətini necə
qarşılayırsınız?

– Dost xəyanəti mühitdən asılı olaraq, baş verə bilər. Amma
düşünürəm ki, həmin adamdan uzaqlaşmaq lazımdır. Düşünməlisən ki,
bu, sənin adamın deyil, vəssalam. Yoxsa ki, nifrət etmək, kin
bəsləmək lazım deyil.

– Amma illər boyu bu sevgini qoruyub saxlamaq da hər
sənətkarın işi deyil. Siz buna necə nail olmusunuz?

– Bəzən məndən müsahibə verməməyimin, mətbuatdan, efirdən
qaçmağımın səbəbini soruşurlar. İstəmirəm insanların mənə olan
sevgisini, illər boyu qazandıqlarımı bir günün içində itirim.
İstəyirəm insanlar, tamaşaçılarım mənim üçün darıxsınlar, məni
gözləsinlər. Müsahibə verdiyim jurnalist bir cümləmi elə yazar ki,
illərlə qazandığım sevgini itirə bilərəm. Çox ehtiyat edirəm. Amma
sizin səmimiyyətiniz qarşısında “yox” deyə bilmədim. Bilirəm ki,
mənə olan səmimi hissləriniz, sevginiz, xoş sözləriniz içdən gəlir.
Səmimiyyəti çox yüksək qiymətləndirirəm və sizə verdiyim
müsahibədən peşman olmayacağımı düşünürəm.

– Elə mən də bu müsahibənizi özüm üçün şərəf hesab
edirəm. Həmişə var olun, gözəl obrazlarınızla bizi sevindirin,
üzünüzdən təbəssüm, ürəyinizdən sevgi əskik olmasın.

Cəvahir Səlimqızı

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Şou-Biznes

Türkiyəli müğənni toyunda 35 kiloqramlıq gəlinlik geyinəcək

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Türkiyəli müğənni Aydilge toyunda 3 gəlinlik geyinəcək,
onlardan birinin çəkisi 35 kiloqramdır.

Publika.az Türkiyə mediasına istinadən xəbər
verir ki, bununla bağlı müğənni jurnalistlərə açıqlama verib.

Bildirib ki. toyunda XVII əsrə aid barokko üslubunda konsept
hazırlanıb: “Keçmiş həyatımızda da bir yerdə olduğumuza inanırıq.
Ona görə də həmin dövrə üstünlük verdik. Toyda 3 gəlinlik
geyinəcəm, ilk gəlinliyim çəkisi 35 kiloqramdır. “45 kiloluq qadın
bu gəlinliyi necə daşıyacaq”, deyə düşünə bilərsiniz. Biz də belə
düşündük. Ona görə də toyda rahat şəkildə oynamağım üçün modelyer
Hanse Altın daha iki gəlinlik hazırladı. Geyinəcəyim gəlinliklərdə
XVII əsrdən XXI əsrə sıçrayacam”.

Gülxar

Continue Reading

Şou-Biznes

Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında…

Published

on

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik
susqunluğunu pozub. İfaçı söz və musiqisi Tural və Toğrul
qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı
mahnısını yutub kanalında dinləyicilərinə təqdim edib.

Yeni mahnısı ilə yanaşı cəsarətli fotosessiyası ilə gündəm
yaradan müğənni Publika.az-a danışıb.

Afaq Aslan özünü zəhmətkeş müğənni hesab
edirmi?

– Bəli, mən daima yaradıcılığım üzərində işləmişəm. Hər il yeni
mahnılar, kliplər ərsəyə gətirirəm. Bəzi əməkdar, xalq
artistlərindən çox layihələr təqdim edirəm. Bir çoxları deyir ki,
Afaq Aslan adı gələndə qalmaqal yada düşür. Bu, əsla belə deyil.
Sadəcə, bu sənətdə məni gözü götürməyənlər çoxdur. Elə həmin
insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin
ixtiyarına verdim. Məni tənqid atəşinə tutanlara demək istəyirəm
ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də
deyilsiniz.

Sizcə, həmkarlarınız zahiri gözəlliyinizin, yoxsa
mahnılarınızın və səsinizin paxıllığını çəkir?

– Vallah yerimdə olmaq istəyib, amma ola bilməyən adamlar
çoxdur.

Yeni fotosessiyanız çox cəsarətli
alınıb…

– Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim
tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da
canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm.
Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Bilirəm,
yeni şəkillərim də müzakirələrə səbəb olacaq.

Belə fotolardan sonra sevgiliniz sizi qısqanmır? Adını
açıqlamaq istəmədiyiniz, həyatınzda olan gizli şəxs sizə geyimlə
bağlı hansısa qadağalar qoyurmu?

– Hələ ki, belə problemlə üzləşməmişəm. Bilirsiniz, artıq səhnə
adamısansa, o, səni müğənni kimi qəbul edir. Başa düşür ki, sənət
naminə soyunursan. Bəzi müğənnilər kimi efirə bağlı geyinib, amma
orada-burada gizli-gizli onun-bunun qucağında oturmuram ki… Elə
ifaçılar tanıyıram ki, efirdə zavallı və yazıq qadın obrazı
yaratmağı sevir, namusdan-qeyrətdən danışırlar. Halbuki özlərində
bu keyfiyyətlərdən əsər-əlamət yoxdur, həyat tərzləri bərbad
gündədir. Şükürlər olsun ki, mən elə deyiləm.

Sənət üçün soyunmağa dəyər?

– Bu, mənim üçün bir hobbidir, dediyim kimi, özümü seksual
obrazlarda görməyi sevirəm. Bir var ki, həyatda obrazdan-obraza
girəsən. O qədər roldan-rola girirlər ki, nə cür insan olduğunu
müəyyən edə bilmirsən. Səhnədə dondan-dona girmək qorxulu deyil,
əsas odur ki, həyatda simanı itirməyəsən, rola girməyəsən.

Ətrafınızda belələri çoxdur?

– Məşhur olsam da, əslində çevrəsi geniş olan insan deyiləm.
Çünki hər adamı həyatıma buraxmağı sevmirəm. Çox qapalı xasiyyətli
insanam, dost dediyim insanları seçib-seçib, ələkdən keçirirəm. Bu
səbəbdən də hesab edirəm ki, ətrafımda ikiüzlü insanlar yoxdur.
Kənarda mənə yaxın olmayan insanlar çox şey danışa bilər, amma məni
görəndə üzümə gülürlər. Bu cür insanlarla münasibət qurmamağa
çalışıram, həmçinin məsafə saxlayıram.

Film təklifləri gəlirmi? İstənilən rolu oynamağa
hazırsınız?

– Gəlir, heç birini qəbul etmirəm. Çünki özümü aktrisa kimi
görmürəm.

Continue Reading

Şou-Biznes

“Aygün Kazımova məni “blok” edib”

Published

on

ARB TV-nin “Açıq pəncərə” proqramının budəfəki qonağı müğənni Səidə Sultan olub.

Musteqil.az  xəbər verir ki, Səidə İnstaqramda izlədiyi məşhurlardan danışıb:

“Kərimi, Elnuru izləyirəm. Aygün Kazımova izlədiklərim arasında yoxdur. Hətta onu İnstaqramda tapmıram. Məni qara siyahıya atıb, amma səbəbini bilmirəm. Bir-birimizə qarşı hörmətimiz var. Bəlkə də özünün də xəbəri yoxdur. Hamı da Aygün xanımın profili göstərir, məndə göstərmədi.

Mən də dedim ki, nə olar, Aygün Kazımova, küsürsən küs, mən də səndən küsürəm”.

Continue Reading

ən çox oxunanlar