Connect with us

Şou-Biznes

Xalq artisti həyatının ən böyük səhvini ETİRAF ETDİ: “21 yaşımda… ”

Published

on

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xalq artisti Firəngiz Mütəllimova Publika.az-ın “Üç
nöqtə” layihəsində yarımçıq qalan sualları
cavablandırıb.

İndiki ağlım olsaydı…

– Elə bir ciddi səhvə yol verməmişəm, amma indiki ağlım olsaydı,
valideynlərimin sözlərinə qulaq asardım, 21, 22 yaşımda ailə
qurardım.

Dünyanı dəyişmək imkanım olsaydı…

– Hazırda məni ən çox dünyada baş verən iqtisadi böhran,
devalivasiya və dolların qalxıb-enməsi narahat edir. İmkanım
olsaydı, bu dəyişikliklərin qarşısını alardım, stabil
saxlayardım.

Kişilər o qadınlara xəyanət etmir ki…

– Hissiyatı güclü olan və xəyanəti sevməyən xanımları kişilər
aldada bilmir. Çünki onları itirməkdən qorxurlar.

Seviləsi qadın olmağın ilkin şərti…

– Ağıllı olmaq lazımdır, eyni zamanda gözəl yemək bişirməyi
bacarmalı və gülərüz olmalısan.

Qadınlar göz yaşını ona görə gizlədir
ki…

– Qürurlu olduqları üçün zəif cəhətlərini göstərmək
istəmirlər.

Qadına qarşı şiddət…

– Belə xəbərlər eşidəndə çox pis oluram. Allah qadını elə zərif
yaradıb ki, ona qarşı şiddət cinayətdir.

Təəssüf edirəm ki…

– Şuşanın və Qarabağın olmamağına təssüf edirəm. Ata-baba
yurdumu ancaq yuxularda görürəm, orada keçirdiyim günlər tez-tez
xəyallarımda canlanır.

Vanqa nənə ilə görüşsəydim…

– Vanqa yaşamır, görüşsəydim də, heç nə soruşmazdım, ancaq
Allaha inanıram.

Küsülü olduğum insana demək istəyirəm ki…

Küsülü olduğum insan yoxdur.

Tənhalıq insan üçün lənətdir, yoxsa…

– Lənət deyil, Allah hərəyə bir həyat yazıb, yazılan ömrü də
yaşamalıyıq. Bu yazını heç kim poza bilməz. Təklikdən qorxmuram,
əksinə rahat oluram.

Kiminsə yalan danışdığını hiss edəndə…

– Baxıb gülümsəyirəm, ürəyimdə “Mənə də yox da” deyirəm.

Allah insanları ona görə qeyri-bərabər yaradıb
ki…

– Hər kəs eyni olsaydı, həyat maraqsız olardı.

Bəşəriyyətin gələcəyi haqqında
fikirləşəndə…

Ümid edirəm.

Günahlarım yadıma düşəndə…

– Böyük günah sahibi olmamşam, kiçik günahlarım olub. Hər axşam
Allaha dua edirəm ki, mənim və ailə üzvlərimin günahlarını
bağışlasın.

Dostlarıma ən çox onu məsləhət görürəm
ki…

– Qənaətcil olsunlar, özüm bədxərcəm, ən çox geyimə pul
xərcləyirəm. Təəssüf ki, bu xasiyyətimi düzəldə bilmirəm.

İlahi ədalətə inancımı o zaman itirdim
ki…

– Yox.

Heç vaxt heç kimə icazə vermirəm ki…

– Mənə yalan danışsınlar.

O zaman düşünmədən riskə gedirəm ki…

– Ümumiyyətlə, riskə getməyə sevirəm. Başqa çıxış yolum
qalmayanda riskli addımlar atıram. Beyin əməliyyatı həyati təhlükə
deməkdir, yaddaşımı itirə, hətta iflic ola bilərdim. Mən yenə də
gülə-gülə əməliyyata girdim, nələrə qol çəkdim getdim… Şükürlər
olsun ki, bu risk uğurla nəticələndi.

Hər dəfə çıxılmaz vəziyyətə düşəndə…

– Qoç bürcüyəm, ağlım yaxşı işləyir. Belə situasiyalarda ağlımı
işlədirəm.

Yaxşı gündə, pis gündə…

– Ailəm yanımda olsun.

Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.
Fikirlərinizi öyrənmək maraqlı idi.

– Minnətdaram.

Aytən,

Foto: Səfiyar Məcnun

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Şou-Biznes

Emin Ağalarov evləndi – VİDEO/FOTO

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın xalq artisti, tanınmış müğənni Emin
Ağalarov bir müddətdir bərabər olduğu sevgilisi, məşhur model
Alyona Qavrilovayla evlənib.

Publika.az xəbər verir ki, dünya şöhrətli
ulduzların iştirak etdiyi toy mərasimi iyul ayının 14-də
Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Təntənəli toy
mərasimində Rusiya səhnəsinin məşhur simaları ilə yanaşı, müxtəlif
ölkələrdən məşhur sənət adamları, biznesmenlər iştirak ediblər.

Qonaqlar içərisində Valeri Meladze,Vadim Vernik, Serqey
Kojevnikov, Denis Klyaver, Olqa Orlov, Timati və başqa ulduzlar
Emin Ağalarovu təbrik edib.

Xatırladaq ki, model Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın
paytaxtı Saransk şəhərində anadan olub. O, ilk dəfə 17 yaşında
“Miss Mordoviya-2004” gözəllik müsabiqəsində iştirak edib.
Müsabiqədə birinci yeri tutan Alyona qələbəsindən sonra model kimi
fəaliyyət göstərməyə başlayıb. Hazırda həm model, həm də biznes
lady olan Alyona bir neçə gözəllik salonlarının sahibəsidir.

Könül

Continue Reading

Şou-Biznes

Türkiyəli müğənni toyunda 35 kiloqramlıq gəlinlik geyinəcək

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Türkiyəli müğənni Aydilge toyunda 3 gəlinlik geyinəcək,
onlardan birinin çəkisi 35 kiloqramdır.

Publika.az Türkiyə mediasına istinadən xəbər
verir ki, bununla bağlı müğənni jurnalistlərə açıqlama verib.

Bildirib ki. toyunda XVII əsrə aid barokko üslubunda konsept
hazırlanıb: “Keçmiş həyatımızda da bir yerdə olduğumuza inanırıq.
Ona görə də həmin dövrə üstünlük verdik. Toyda 3 gəlinlik
geyinəcəm, ilk gəlinliyim çəkisi 35 kiloqramdır. “45 kiloluq qadın
bu gəlinliyi necə daşıyacaq”, deyə düşünə bilərsiniz. Biz də belə
düşündük. Ona görə də toyda rahat şəkildə oynamağım üçün modelyer
Hanse Altın daha iki gəlinlik hazırladı. Geyinəcəyim gəlinliklərdə
XVII əsrdən XXI əsrə sıçrayacam”.

Gülxar

Continue Reading

Şou-Biznes

Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında…

Published

on

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik
susqunluğunu pozub. İfaçı söz və musiqisi Tural və Toğrul
qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı
mahnısını yutub kanalında dinləyicilərinə təqdim edib.

Yeni mahnısı ilə yanaşı cəsarətli fotosessiyası ilə gündəm
yaradan müğənni Publika.az-a danışıb.

Afaq Aslan özünü zəhmətkeş müğənni hesab
edirmi?

– Bəli, mən daima yaradıcılığım üzərində işləmişəm. Hər il yeni
mahnılar, kliplər ərsəyə gətirirəm. Bəzi əməkdar, xalq
artistlərindən çox layihələr təqdim edirəm. Bir çoxları deyir ki,
Afaq Aslan adı gələndə qalmaqal yada düşür. Bu, əsla belə deyil.
Sadəcə, bu sənətdə məni gözü götürməyənlər çoxdur. Elə həmin
insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin
ixtiyarına verdim. Məni tənqid atəşinə tutanlara demək istəyirəm
ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də
deyilsiniz.

Sizcə, həmkarlarınız zahiri gözəlliyinizin, yoxsa
mahnılarınızın və səsinizin paxıllığını çəkir?

– Vallah yerimdə olmaq istəyib, amma ola bilməyən adamlar
çoxdur.

Yeni fotosessiyanız çox cəsarətli
alınıb…

– Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim
tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da
canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm.
Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Bilirəm,
yeni şəkillərim də müzakirələrə səbəb olacaq.

Belə fotolardan sonra sevgiliniz sizi qısqanmır? Adını
açıqlamaq istəmədiyiniz, həyatınzda olan gizli şəxs sizə geyimlə
bağlı hansısa qadağalar qoyurmu?

– Hələ ki, belə problemlə üzləşməmişəm. Bilirsiniz, artıq səhnə
adamısansa, o, səni müğənni kimi qəbul edir. Başa düşür ki, sənət
naminə soyunursan. Bəzi müğənnilər kimi efirə bağlı geyinib, amma
orada-burada gizli-gizli onun-bunun qucağında oturmuram ki… Elə
ifaçılar tanıyıram ki, efirdə zavallı və yazıq qadın obrazı
yaratmağı sevir, namusdan-qeyrətdən danışırlar. Halbuki özlərində
bu keyfiyyətlərdən əsər-əlamət yoxdur, həyat tərzləri bərbad
gündədir. Şükürlər olsun ki, mən elə deyiləm.

Sənət üçün soyunmağa dəyər?

– Bu, mənim üçün bir hobbidir, dediyim kimi, özümü seksual
obrazlarda görməyi sevirəm. Bir var ki, həyatda obrazdan-obraza
girəsən. O qədər roldan-rola girirlər ki, nə cür insan olduğunu
müəyyən edə bilmirsən. Səhnədə dondan-dona girmək qorxulu deyil,
əsas odur ki, həyatda simanı itirməyəsən, rola girməyəsən.

Ətrafınızda belələri çoxdur?

– Məşhur olsam da, əslində çevrəsi geniş olan insan deyiləm.
Çünki hər adamı həyatıma buraxmağı sevmirəm. Çox qapalı xasiyyətli
insanam, dost dediyim insanları seçib-seçib, ələkdən keçirirəm. Bu
səbəbdən də hesab edirəm ki, ətrafımda ikiüzlü insanlar yoxdur.
Kənarda mənə yaxın olmayan insanlar çox şey danışa bilər, amma məni
görəndə üzümə gülürlər. Bu cür insanlarla münasibət qurmamağa
çalışıram, həmçinin məsafə saxlayıram.

Film təklifləri gəlirmi? İstənilən rolu oynamağa
hazırsınız?

– Gəlir, heç birini qəbul etmirəm. Çünki özümü aktrisa kimi
görmürəm.

Continue Reading

ən çox oxunanlar