Connect with us

Siyasət

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana gələcək

Published

on

Spread the love

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə
katibi Arxiyepiskop Paul Riçard Gallagher fevralın 9-12-də
Azərbaycanda rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a erilən məlumata görə, səfər
çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər
naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü,
Fəxri Xiyabana və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik
kilsəsinə, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil
edilməsi planlaşdırılır.

Continue Reading
Click to comment

Şərh yazın

Specify Facebook App ID and Secret in Super Socializer > Social Login section in admin panel for Facebook Login to work

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Siyasət

“Bu seçkilər Ermənistanın uçuruma getdiyini göstərdi”

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ermənistanda keçirilən növbədəkənar parlament seçkiləri
saxtakarlığı ilə yadda qaldı”.

Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu seçkilər də Ermənistanın Azərbaycana qarşı
işğal siyasətinin ilk növbədə özünə faciə yaşatdığını göstərdi.

“Ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər. Seçici
siyaahısındakı 2,6 milyona yaxın insanın böyük əksəriyyəti ölkədə
yoxdur. Əvvəlki hakimiyyətlərin “böyük Ermənistan” siyasəti
əhalinin normal yaşayış dalınca bütün dünya boyunca səpələnməsinə
səbəb olub. Real yaşayan əhali obyektiv hesablansa, indikindən
qat-qat aşağı rəqəm alınar”, – deyə A. Mirzəzadə qeyd edib.

Milli Məclisin deputatı vurğulayıb ki, faktlar saxta seçki
keçirilən işğalçı ölkənin uçuruma getdiyini göstərir.

Continue Reading

Siyasət

Bunu etsələr, Rusiya NATO gəmilərini batıracaq – Moskvadan TƏHDİD

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“NATO-da anlayırlar ki, ittifaq gəmilərinin Azov
dənizinə göndərilməsi hansı nəticələrə gətirib çıxara
bilər”.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın
Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov NATO
gəmilərinin Azov dənizinə girəcəyi halda, Rusiyanın onları
vurub-vurmayacağı barədə suala cavab olaraq “EurActiv” informasiya
resursuna bildirib.

“Bu, əlbəttə, onların davranışından asılı olacaq, amma əminəm
ki, NATO belə təhlükəli addıma cəhd edəcək qədər axmaq deyil”, –
rusiyalı diplomat deyib.

O həmçinin qeyd edib ki, NATO gəmiləri nəzəri olaraq “dost
səfəri” çərçivəsində həm Rusiya, həm də Ukraynanın icazəsi ilə gələ
bilər.

“Rusiya çətin ki, belə səfərə razılığı verəcək”, – Çijov əlavə
edib.

Daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın “Bild”
nəşrinə bildirib ki, Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar
NATO gəmilərinin hadisə rayonuna göndəriləcəyinə bel bağlayır.

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında
silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini
saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24
Ukrayna hərbçisi saxlanılıb. Məhkəmə 24 dənizçidən 15-i barədə həbs
qəti-imkan tədbiri seçib.

Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri
azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini
qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz
hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç
boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya
müqaviləsi pozub.

Ömər

Continue Reading

Siyasət

Saakyanın Moskva səfərinə Rusiyadan RƏSMİ CAVAB

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qondarma DQR-in “başçısının” Moskvaya səfəri şəxsi
səfərdən başqa bir şey deyil”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Ermənistan
tərəfindən işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin
“rəhbəri” Bako Saakyanın Moskvaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Saakyan şəxsi səfər etdiyi üçün bu, Rusiya
qanunvericiliyinə zidd deyil.

“Onun statusu aşkardır və şəxsi səfər etməsi nə Rusiya
qanunvericiliyinə, nə beynəlxalq razılığa, nə də Dağlıq Qarabağ
münaqişəsinin nizam salınmasında Rusiyanın vasitəçilik missiyasına
ziddir. Buna görə də Azərbaycan tərəfinin bəyanatında Rusiyaya
qarşı irəli sürülən iddialar bizim nöqteyi-nəzərimizdən
əsassızdır”, – deyə o bildirib.

Həmçinin Zaxarova qeyd edib ki, ATƏT-in üzv ölkələrinin xarici
işlər nazirlərinin şura iclasında Rusiya xarici işlər naziri Sergey
Lavrov ikitərəfli görüşlər çərçivəsində Qarabağ münaqişəsinin
nizama salınmasını müzakirə edə bilər.

Asif

Continue Reading

ən çox oxunanlar