Connect with us

Siyasət

Rusiya strateji məğlubiyyətə uğradı – Putinin ehtiyat etdiyi İKİ FAKTOR

Published

on

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Rusiya Ukraynada strateji məğlubiyyətə uğradı. İndi
Kreml Qərblə, hər şeydən əvvəl ABŞ-la barışığa getməyə
çalışır”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın
“Apostrof” nəşrinə müsahibəsində Rusiya politoloqu Liliya Şevsova
bildirib.

“Rusiya yalnız “Novorossiya” konsepsiyasından (Ukraynanın cənub
və şərqinin faktiki zəbtini nəzərdə tutan layihə – “Apostrof”)
imtina etməyə məcbur olmadı, həm də başqa Avropa ölkələrinin daxili
işlərinə müdaxilə konsepsiyasından imtina etdi. Suriya poliqonunda
Rusiyanın “qələbəsi” də həmçinin qələbə kimi görünmür”, – politoloq
deyib.

Onun sözlərinə görə, ən azı son iki ildə Kremlin öz siyasətindən
çəkilməyə çalışmasının bütün əlamətləri görünür.

Şevsova Moskvanın ən azı iki səbəbə görə ABŞ prezidenti Donald
Trampdan ehtiyat etdiyini vurğulayıb:

“Birincisi, Tramp gözlənilməzlikdir. İkincisi, Moskva Trampın
“Hər şeydən əvvəl Amerika” xarici siyasət şüarından ehtiyat edir.
Bu şüara görə, Amerika hər nə olursa-olsun beynəlxalq səhnədə at
oynada bilər. Rusiya buna necə cavab verəcəyini bilmir. Rusiya
həmçinin Amerikanın xarici siyasətinin hərbiləşməsi və qlobal
roluna reaksiya verə bilmir. Rusiya hərbi büdcəsi 46 milyard
dollardır, Amerikada bu rəqəm 700 milyarddır. Tramp silahlı
qüvvələrin yenilənməsi üzrə 54 milyard dollarlıq proqram qəbul
edib. Bu, Rusiyanın hərbi büdcəsindən daha çoxdur. Putin ayıq
insandır və o anlayır ki, Rusiya hərbi yarışa girə bilməz. Buna
görə də indi Kremlin siyasəti Amerikanı qıcıqlandırmamaq və Amerika
ilə barışmağa çalışmaqdır. Və deyəsən, bu siyasət Ağ Evdə müəyyən
əks-səda tapır”.

Ömər Dağlı

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Siyasət

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş oldu

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 12-də
Əskişəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü
olub.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan
ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi,
iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal
layihələrin, o cümlədən TANAPlayihəsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata
keçirildiyi qeyd olunub. Dövlət başçıları əminliklərini bildirdilər
ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək
və genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Continue Reading

Siyasət

TƏXRİBAT: Azərbaycan əraziləri “Google”da erməni dilində

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Tarixi Azərbaycan rayonlarının adları elektron xəritədə
Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilir.

Publika.az xəbər verir ki, bu qanunsuzluğa
“Google maps”-də yol verilib. Adıçəkilən elektron xəritədə işğal
altında olan Dağlıq Qarabağ ərazisi və ətraf rayonların adları həm
Azərbaycan, həm də erməni dilində yazılıb. Üstəlik, bu təxribatçı
addım artıq bir neçə dəfədir ki təkrarlanır.

Məsələdən Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirliyin
mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev deyir ki, bununla bağlı
dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər
gondərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət
qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət
olub ki, “google maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi
əsasında fəaliyyət göstərir. Hikmət Haciyev deyir ki, bu halda
vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq
üçün öz səylərini əsirgəməməlidirlər.

Hikmət Hacıyev deyir ki, Azərbaycan tərəfi siyasi müstəvidə
məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət
edib.

Hikmət Haciyev məsələ ilə bağlı diaspora təşkilatları ilə
birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlərin
görüldüyünü bildirib. (xezerxeber.az)

Continue Reading

Siyasət

Türk ordusu 26 kilometr irəlilədi

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə
doğru 26 kilometr irəliləyib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin
daxili işlər naziri Süleyman Soyluya istinadən “Anadolu” məlumat
yayıb.

İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror
təşkilatının bazası yerləşir.

Continue Reading

ən çox oxunanlar