Connect with us

Cəmiyyət

“Bakcell”in LTE şəbəkəsi artıq Azərbaycanın şimal bölgəsində

Published

on

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanının ilk mobil operatoru və aparıcı mobil
internet provayderi Bakcell özünün 4G LTE şəbəkəsini ölkənin şimal
bölgəsində də istifadəyə verib.

Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı ölkənin digər
bölgələrində də yüksək sürətli LTE şəbəkəsinin təmin edilməsinə
yönəlmiş kompleks tədbirlərin davamı olaraq, Bakcell şirkəti
Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE
stansiyaları quraşdırıb. “Bakcell”in 4G xidməti artıq Quba, Qusar
(Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi
daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə
edir. Beləliklə, Bakcell abunəçiləri həmin ərazilərdə ən yüksək
sürətli mobil internet xidmətlərindən yararlanmaq imkanı əldə
ediblər.

“Bizim əsas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürətli
mobil internet xidmətləri ilə təkcə paytaxtda yox, bütün ölkə
ərazisində təmin etməkdir. Bildiyiniz kimi, 4G şəbəkəmizin Bakı və
Abşeron yarımadasının ərazisinin tam əhatə etməsi üzrə işlər başa
çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə
4G stansiyalarının quraşdırılmasına başladıq və bununla
respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə
müvəffəqiyyətlə start verdik. Bu yaxınlarda, yəni 2018-ci ilin
yanvar ayında Bakcell şirkəti böyük məmnuniyyətlə özünün
ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün
metro stansiyalarında istifadəyə verilməsini elan etdi. Bu gün isə
biz LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə
veririk. Bunun sayəsində daha çox Bakcell abunəçisi Azərbaycanda ən
yüksək keyfiyyətli müştəri təcrübəsi və ən sürətli mobil şəbəkədən
yararlana biləcəklər”, deyə “Bakcell”in baş icraçı direktoru
Nikolai Beckers bildirib.

“Bakcell”in 4G xidməti daim mobil olmaq və olduqları bütün
məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış əldə etmək
istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildə mobil rabitə şəbəkələrinin müqayisəli
testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı
müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən
Bakcell şəbəkəsi Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə
görə ən yaxşı) adına layiq görülüb.

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cəmiyyət

CAVİD SÜLEYMANOVDAN RAMAZAN BAYRAMI TƏBRİKİ

Published

on

Musteqil.az informasiya agentliyinin baş redaktoru Cavid Süleymanov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olublar. İslam dininə ehtiramımı nümayiş etdirib, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə
başa vuran xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, İnşallah! Savab, mərhəmət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin, xüsusilə şəhid ailələrinin
ziyarəti müstəhəb əməllərdəndir. Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan
bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, İnşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, İnşallah, bütün xoş arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! Amin!”.

Continue Reading

Cəmiyyət

Cavid Süleymanov yazır…Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir

Published

on

Musteqil.az informasiya agentliyi xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi
demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və
ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan
və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti
təmin edib.

Continue Reading

Cəmiyyət

Cavid Süleymanov yazır…10 May – Heydər Əliyevin doğum günüdür!

At vero eos et accusamus et iusto odio dignissimos ducimus qui blanditiis praesentium voluptatum deleniti.

Published

on

By

Musteqil.az saytının baş redaktoru Cavid Süleymanov yazır  10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. Bu il 95-ci ildönümünü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 – 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.

1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Continue Reading

ən çox oxunanlar