Connect with us

Xəbərlər

Bakı metrosunda hadisə – 26 yaşlı gənc qatar relsinə tullanaraq qaçmağa başladı

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı metrosunda növbəti hadisə baş verib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə metronun “İnşaatçılar” stansiyasında baş verib. Bu gün saat 18:50 radələrində bir nəfər sərnişin platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun “Elmlər Akademiyası” istiqamətinə qaçmağa başlayıb. Dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb. Həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs 1992-ci ilə təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. O hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub və artıq gecikmə aradan qaldırılıb.

Milli.Az 

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərlər

Papadan ŞOK AÇIQLAMA: Cinsi münasibət…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Cinsi əlaqədə olmaq Allah vergisidir, günah
deyil”

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, bu sözləri Roma papası Frensis deyib.

“Cinsi əlaqənin 2 məqsədi var – sevgi və həyat qurmaq. Əsl sevgi
ehtiraslı olur. Qadınla kişi arasında ehtiraslı yaşayış isə ömürlük
həyata çevrilir. Həmişəlik. Onu həm bədən, həm də ruhunla
verirsən”

Qeyd edək ki, Roma papası bu sözləri 24 yaşlı qızın ona
ünvanlandığı suala cavab olaraq deyib.

Continue Reading

Xəbərlər

Türkiyə ordusu 56 terrorçunu zərərsizləşdirdi

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt,
Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın
14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56
terrorçu zərərsizləşdirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş
Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı
qolunun rəhbərlərindən biri də var. Türkiyə hərbçilərinin “Zeytun
budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi
terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu
günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi
həlak olub, 241 nəfər yaralanıb.

Continue Reading

Xəbərlər

Rihanna səfir oldu

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və
səlahiyyətli səfiri təyin edilib.

Publika.az xəbər verir ki, sənətçi təhsil,
turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri
təyin olunub. O, məşhur “Fenty” kosmetik firmasının sahibidir.

Continue Reading

ən çox oxunanlar