Connect with us

Cəmiyyət

“Azərsu”da müəmmalı istefa

Published

on

Spread the love
“Azərsu” ASC-də gözlənilməz kadr dəyişikliyi baş verib. Qurumun vitse-prezidenti Mahir Məmmədov istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib.
Musteqil.Az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, vitse-prezident Mahir Məmmədov ötən həftənin sonu öz istefa ərizəsini rəhbərliyə təqdim edib:
“Vitse-prezident Mahir Məmmədov öz istəyi ilə işdən ayrılıb. Keçən həftənin sonu sədr Qorxmaz Hüseynova istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib. Hansı səbəbdən ayrılmaq istəməsi haqqında dəqiq məlumatımız yoxdur. Yeni təyinatın olacağına gəldikdə isə bu haqda mediaya məlumat veriləcək”.
Məlumat üçün bildirək ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti, sonradan isə nəqliyyat üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cəmiyyət

Yoxlanış

Published

on

Spread the love

Kiçik yoxlama

Continue Reading

Cəmiyyət

Cavid Süleymanovdan Qurban bayramı təbriki

Published

on

Spread the love

Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.Musteqil.az  informasiya  agentliyinin baş redaktoru Cavid Süleymanov Qurban bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edib.

Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə – Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.

Quranda deyilir: “Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!”(Quran, 5-ci surə, 97-ci ayə).

Continue Reading

Cəmiyyət

Cavid Süleymanov “Qızıl qələm” mükafatı aldı

Published

on

Spread the love

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən Musteqil.az informasiya agentliyinin baş redaktoru Cavid Süleymanov  “Qızıl qələm” media mükafatına layiq görülüb.

Bu münasibətlə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyətinin  keçirdiyi ictimai sorğu əsasında qəbul etdiyi qərarı ilə Cavid Süleymanov ədəbiyyatın inkişafındakı xidmətlərinə görə “Qızıl qələm” Fəxri Media Mükafatı Diplomu ilə təltif edilib. Qeyd edək ki, Cavid Süleymanov öz məqalələrində Azərbaycanda baş verən hadisələrin real vəziyyətini əks etdirməyə çalışan jurnalistlərdəndir.

Continue Reading

ən çox oxunanlar