Connect with us

Siyasət

Yanvarın 15-i İranda ümummilli matəm günü elan olunub

Published

on

Spread the love

Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İran hökumətinin qərarı ilə yanvarın 15-i ölkədə ümummilli matəm günü elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İranın “Sançi” neft tankerinin qəzaya uğraması və 32 ekipaj üzvünün hamısının bu hadisədə həyatını itirməsindən sonra İran hökuməti bəyanat yayaraq, yanvarın 15-i ölkədə ümummilli matəm elan edib.

İran hökuməti yaydığı bəyanatda hadisə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilib.

 

Xatırladaq ki yanvarın 6-da Çinin şərq sularında Honq Konqa məxsus yük gəmisinin İranın neft tankeri ilə toqquşması nəticəsində İranın neft tankeri yanğına məruz qalmışdı.

İranın Limanlar və Dənizçilik Təşkilatı yanvarın 14-də “Sançi” neft tankerinin sulara qərq olması və 32 ekipaj üzvünün hamısının bu acı hadisədə həyatını itirməsi xəbərini təsdiq edib.

Milli.Az

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Siyasət

“Aprel müharibəsi”ndə Ermənistan rəhbərliyi orada GİZLƏNİBMİŞ Kİ…

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanın müdafiə naziri David Tonoyanın “eadaily”
saytına müsahibəsində 2016-cı ilin “aprel müharibəsi”ni
xatırlatması erməni mediasının həmin dövrlə bağlı yeni faktı ortaya
çıxarmasına səbəb olub.

Publika.az xəbər verir ki, Tonoyan “aprel müharibəsi”
təkrarlanacağı halda, erməni hərbi birləşmələrinin cavab vermək
gücündə olduğunu iddia edib.

Ermənistan mediası isə “aprel müharibəsi”nin başladığı ilk günlərdə
ölkə rəhbərliyinin zirzəmilərdə gizləndiyini yazıb.

Ermənistanın “lragir” saytı yazır ki, Tonoyan ermənilər üçün son
dərəcə ağrılı məsələyə toxundu.

“Müharibədən sonra bir çox faktlar, suallar ortaya çıxdı.
Ermənistanın və Qarabağın “rəhbərliyi” müharibənin ilk günlərində
zirzəmidə gizlənmişdi, qərarları səhra komandirləri verirdi. Bir
çox hadisələr kimi erməni camaatı “aprel müharibəsi” ilə bağlı
suallara da cavab tapmaq istəyir”, – deyə sayt yazır.

Asif

Continue Reading

Siyasət

Ermənistan bunların heç birinə məhəl qoymur

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Azərbaycan regional əməkdaşlığın və
təhlükəsizliyin təmin olunması işində fəal rol oynayır. Lakin
Ermənistanın Azərbaycana qarşı 20 ildən artıqdır ki, davam edən
təcavüzü bölgədə sülhün təmin olunması işinə böyük əngəllər
törədir.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya
Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə keçirilən
rəsmi qəbulda bildirib.

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi
bu təcavüzün nəticəsində işğal olunmuş, 1 milyondan artıq
soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş,
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata
keçirilmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin
Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd
qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan bu günə kimi
bunların heç birinə məhəl qoymur. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və
prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır.

Bir neçə gün əvvəl Azərbaycan ilə Avropa İttifaqı arasında
paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin
beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqlik
öz əksini tapmışdır. Bu yaxınlarda NATO-nun Brüsseldə keçirilmiş
zirvə toplantısının yekununda qəbul edilmiş Bəyannamədə müttəfiq
dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi
və suverenliyinə və eləcə də münaqişənin bu prinsiplər əsasında
həllinə bir daha dəstək ifadə etmişlər. Biz ümid edirik ki, ATƏT-in
fəaliyyətdə olan sədri İtaliya Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”, – İ. Əliyev
qeyd edib.

Continue Reading

Siyasət

Bakı bu tarixdə MÜHARİBƏYƏ BAŞLAYACAQ

Published

on

Spread the love

 

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Ordusunun hərbi paradı göstərdi ki, Bakı
gücünü açıq şəkildə nümayiş etdirir. Müharibə olacaqsa, Türkiyə
ordusu də Azərbaycanla birlikdə döyüşəcək. Biz öz ordumuzu təcili
şəkildə müasirləşdirməliyik. Bütün maliyyə resursları orduya
yönəlməlidir. Müharibə qaçılmazdır və bu 2016-cı ildə “aprel
müharibə”sinin təkrarı olmayacaq, daha böyük olacaq”.

Publika.az xəbər verir ki, bu barədə işğalçı Ermənistan
ordusunun polkovniki Koryun Qumaşyan deyib.

Erməni polkovnik Azərbaycan Ordusunun Naxçıvan istiqamətində uğurlu
əməliyyatını və Laçın yolunu nəzarətə götürməsini xatırladaraq,
qeyd edib ki, rəqib (Azərbaycan) Ermənistanla Qarabağı bağlayan
yolları hədəfə götürüb.

“Bu, Azərbaycanın əraziləri azad etmək üçün genişmiqyaslı
əməliyyata hazırlaşdığını göstərir. Biz gözləyir və müdafiə
olunuruq. Yeni müharibə genişmiqyaslı olacaq. Parad zamanı
Azərbaycan Silahlı Qüvvələri gücünü nümayiş etdirdi. Paradı mən də
izləyirdim. Azərbaycan ya bu payızda, ya da yazda əməliyyata
başlayacaq. Buna görə deyirəm ki, bizim vaxtımız yoxdur”, – deyə
erməni polkovnik iddia edib.

Asif

Continue Reading

ən çox oxunanlar