Connect with us

İdman

Qənirə Paşayeva Paraqvay və Uruqvayın tanınmış qadın təşkilat rəhbərləri ilə Qarabağdan danışıb

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Paraqvay və Uruqvayın tanınmış təşkilat rəhbərləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Milli.Az bildirir ki, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyəti, mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi böyük önəm barədə geniş məlumatlar verən millət vəkili ölkəmizin ən ağrılı məsələsi olan Qarabağ problemi və Xocalı Soyqırımı barədə də geniş danışıb.

Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Paraqvay və Uruqvayın tanınmış təşkilat rəhbərləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Milli.Az

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İdman

İki kobud səhv etsək də, razı qaldım

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa
Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq”
klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib.

Publika.az xəbər verir ki, Ağdam klubunun
çalışdırıcısı 0:2 hesabıyla uduzduqları oyundan sonra bunları
söyləyib:

 

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Öz oyunumuza
gəlincə, narazı qaldığım məqam yoxdu.

Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz
kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq.
Futbolçularımdan razıyam. İnanıram ki, qarşıdakı oyunlarda daha
yaxşı çıxış edəcəyik”.

Continue Reading

İdman

Azərbaycan idmançısı qızıl medal qazandı

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan idmançısı Cəlal Süleymanov (60 kq)
Qırğızıstanın ev sahibliyi etdiyi III Dünya Köçəri Oyunlarında
milli güləş növü üzrə yarışda qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, finala vəsiqə
uğrunda qazaxıstanlı rəqibinə qalib gələn Cəlal Süleymanov bu gün
keçirilən həlledici görüşdə Qırğızıstan təmsilçisini məğlubiyyətə
uğradaraq qızıl medala sahib olub.

Qızıl medalı güləşçimizə III Dünya Köçəri Oyunlarına
Azərbaycandan qonaq kimi dəvət edilən Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdim
edib.

Azərbaycandan dəvət olunan nümayəndə heyətinin digər üzvləri –
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Hikmət Babaoğlu və “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov da
fəxri kürsüdə yer alan idmançılara medallar təqdim ediblər.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci
qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri
Bəhruz Quliyev də yarışları izləyirlər.

Beləliklə, Azərbaycan milli komandası III Dünya Köçəri
Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb. Medalların
1-i qızıl, 5-i gümüş, 8-i bürüncdür.

Continue Reading

İdman

Yoxlama

Published

on

Spread the love

Böyük yoxkama

Continue Reading

ən çox oxunanlar