Connect with us

Siyasət

Məşhur simaların nikah müqavilələrində AĞLAGƏLMƏZ BƏNDLƏR

Published

on

Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Məşhur və varlı ailələrinin nümayəndələri ailə quranda maliyyə məsələləri də özü-özlüyündə nikah qarşısında duran əsas məsələlərdən biri olur. Maliyyə müqaviləsi nikaha qədər və mütləq yazılı şəkildə olmalıdır.

Bir çoxları ailə həyatı haqqında müqavilənin bəndlərinə təkcə maliyyə məsələlərini deyil, həm də seksual tələblərini və ya romantik şərtlərini də daxil edir. Bəziləri isə kağız üzərində ən gözlənilməz məqamlar barədə razılığa gəlirlər.

Milli.Az bu yazıda oxucuları məşhurların nikah müqavilələriylə tanış edir.

Mark Zukerberq – Prisçilla Çan

Mark Zukerberq və Prisçilla Çan rəsmi nikaha daxil olmazdan əvvəl şərt kəsmişdilər ki, bir-biriylə daha çox vaxt keçirməlidirlər. Bu, 2012-ci ildə Çan Palo-Altoya köçəndə baş vermişdi. Müqaviləyə görə, Zukerberq öz qanuni xanımını həftədə bir dəfə görüşə dəvət etməyə borcludur, həftənin ən azı yüz dəqiqəsini ofisdən kənarda onunla təklikdə qalmalıdır. Cütlüyün sərvəti 74,5 milyard dollar qiymətləndirilir.

Cessika Bil – Castin Timberleyk

Cessika Bil Castin Timberleyk üçün xəyanət bəndi hazırlayıb. Əgər Castin başqa qadına aşiq olarsa, onda Cessika 500 min dollar alacaq. Ulduzların ümumi sərvəti 248 milyon dollardır.

Nikol Kidman – Kit Urban

Nikol Kidmanla Kit Urbanın nikah müqaviləsi narkotiklər və spirtli içkilərlə bağlıdır. Kit il ərzində zərərli vərdişlərdən uzaq olarsa, o, hər il üçün 600 min dollar alacaq. Lakin Nikol düşündüyünüz qədər qəddar həyat yoldaşı deyil, o, qala-şamlarında ərinə bir neçə qədəh şampan içməyə icazə verir.

Cütlük 2006-cü ilin iyun ayında evlənib, Urban həmin ilin oktyabrında reabilitasiya mərkəzində alkoqol asılılığından artıq müalicə olunub.

Onların sərvəti birlikdə 205 milyon dəyərində qiymətləndirilir.

 

Cey Zi – Beyons

Cey Zi və Beyons analığa kağız üzərində əsl iş kimi yanaşır. Müğənni hər uşağa görə 5 milyon dollar alır. Həmçinin nikah müqaviləsinə Beyonsla bağlı bəndlər daxil edilib. Məsələn, cütlük iki il ərzində birlikdə yaşamazlarsa, Beyons birdəfəlik 10 milyon dollar, həmçinin 15 il birgə yaşadıqları xoşbəxt həyatın hər ilinə görə 1 milyon dollar alacaq.

“Forbs”-ın hesablamalarına görə, Beyonsla Cey Zi dünyanın ən varlı sənətçiləridir. Cütlüyün sərvəti 1,16 milyard dollardır.

Maykl Duqlas – Ketrin Zeta-Cons

Məşhur aktyor Maykl Duqlas və Ketrin Zeta-Consun nikah müqaviləsində daha qeyri-real məbləğlər var. Ulduzların uzaq 2000-ci ildə imzaladığı sənədə əsasən, Ketrin Mayklla yaşadığı nikahın hər ilinə görə 2,8 milyon dollar alır. Əgər qadınların sevimli aktyoru başqaları flirt edərsə, ona kompensasiya 5 milyon təşkil edəcək.

Ebru Gündeş – Rza Zərrab

Xəbər verdiyimiz kimi, ABŞ-da məhkəmə qarşısına çıxarılan Azərbaycan əsilli iş adamı Rza Zərrabın və qohumlarının Türkiyədəki bütün mülkləri müsadirə edilib. Rza Zərrabın tanınmış müğənni Ebru Gündeşlə nikahdan doğulan qızı Alaranın da adının olduğu siyahıda ümumilikdə qohumunun və yaxın adamının adı var. Lakin iş adamının həyat yoldaşı Ebru Gündeş adına olan mülklərini qoruyub saxlaya bilib.

Türkiyənin “Hürriyət” qəzetinin verdiyi məlumata görə, müğənni Rza Zərrabla evlənərkən onunla əmlaka dair müqavilə imzalayıb. Müqavilədə qeyd edilib ki, hər iki şəxsin evlənənə qədər əldə etdiyi mülklər onların şəxsi mülkiyyətində qalacaq və nikahla ümumiləşdirilməyəcək. Buna görə də Ebru Gündeşin Rza Zərrabın rolu olmadan əldə etdiyi hər şey onun ixtiyarında qalıb. Lakin onların qızı Alaranın adına keçirilmiş bütün mülklər dövlətin xeyrinə müsadirə edilib. (publika.az)

Milli.Az

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Siyasət

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş oldu

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 12-də
Əskişəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü
olub.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan
ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi,
iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal
layihələrin, o cümlədən TANAPlayihəsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata
keçirildiyi qeyd olunub. Dövlət başçıları əminliklərini bildirdilər
ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək
və genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Continue Reading

Siyasət

TƏXRİBAT: Azərbaycan əraziləri “Google”da erməni dilində

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Tarixi Azərbaycan rayonlarının adları elektron xəritədə
Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilir.

Publika.az xəbər verir ki, bu qanunsuzluğa
“Google maps”-də yol verilib. Adıçəkilən elektron xəritədə işğal
altında olan Dağlıq Qarabağ ərazisi və ətraf rayonların adları həm
Azərbaycan, həm də erməni dilində yazılıb. Üstəlik, bu təxribatçı
addım artıq bir neçə dəfədir ki təkrarlanır.

Məsələdən Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirliyin
mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev deyir ki, bununla bağlı
dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər
gondərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət
qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət
olub ki, “google maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi
əsasında fəaliyyət göstərir. Hikmət Haciyev deyir ki, bu halda
vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq
üçün öz səylərini əsirgəməməlidirlər.

Hikmət Hacıyev deyir ki, Azərbaycan tərəfi siyasi müstəvidə
məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət
edib.

Hikmət Haciyev məsələ ilə bağlı diaspora təşkilatları ilə
birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlərin
görüldüyünü bildirib. (xezerxeber.az)

Continue Reading

Siyasət

Türk ordusu 26 kilometr irəlilədi

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə
doğru 26 kilometr irəliləyib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin
daxili işlər naziri Süleyman Soyluya istinadən “Anadolu” məlumat
yayıb.

İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror
təşkilatının bazası yerləşir.

Continue Reading

ən çox oxunanlar