Connect with us

Maraqlı

"Liverpul" "Mançester Siti"nin məğlubiyyətsizlik seriyasına son qoydu –

Published

on

Spread the love

Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
“Liverpul” “Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoydu –

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlı

İçdiyiniz su haqqında bütün həqiqəti bilmək üçün 7 TEST

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müxtəlif reytinqlərə əsasən ən təmiz su kəmərini Şimali
Avropa ölkələrində tapmaq olar, Danimarka və Finlandiya bu
göstərici üzrə liderlik edir. Eyni zamanda başqa bir məlumata görə,
planetdə 2 milyarddan çox adam çirklənmiş suyu içməli su kimi
istifadə edir. Təəssüf ki, bu fakt sadəcə üçüncü dünya ölkələrinin
sakinlərinə aid deyil.

Publika.az oxucuları ev şəraitində suyun
keyfiyyətini yoxlaya biləcəyi testlərlə tanış edib.

Suyun tərkibini nə üçün yoxlayaq?

İnsan hər gün su istifadə edir. Onunla orqanizmə təkcə faydalı
deyil, həm də təhlükəli maddələr daxil ola bilər. Su universal
həlledicidir, odur ki, adətən kimyəvi cəhətdən saf formada olmur.
Bakteriyalarla və viruslarla birlikdə su, həmçinin xeyli sayda
müxtəlif qatqı maddələrini özündə ehtiva edə bilər. Bütün bunlar
suyun qoxusu, rəngi, şəffaflığı və dadına təsir edir. Hətta bu sadə
əlamətlərə görə onun keyfiyyətini müəyyən etmək olar.

Bir çox xəstəliklərin yaranma səbəbinin 70-80% -i çirklənmiş
sudur, 30%-i isə qocalma prosesini sürətləndirir. Odur ki, suyun
keyfiyyətini yoxlamaq çox vacibdir. Əgər laboratoriyaya gedib
analiz üçün su verməyə imkanı yoxdursa, bunu ev şəraitində ilkin
sınaqdan keçirmək olar.

1. Saxlama

Bu test kənar maddələrin olduğunu müəyyənləşdirməyə imkan verir.
Suyu təmiz şəffaf şüşə butulkaya tökün, qapağı örtün və qaranlıq
yerdə saxlayın. Əgər bir neçə gündən sonra heç olmasa şübhəli
əlamətlərdən birini müşahidə etsəniz (xılt, səthdə nazik təbəqə),
demək ki, suyun keyfiyyəti ürəkaçan deyil: onda çox sayda suda
metal duzlar var.

2. Qaynama

Bu təcrübə suda yüksək konsentrasiyada metallar olub-olmadığını
müəyyən etməyə icazə verir, bir qabda su qaynadın, sonra onu alçaq
odda 12 dəqiqə saxlayın. Bundan sonra 20 dəqiqə daha gözləyin ki,
su soyusun və sonra onu boşaldın. Qazanın divarlarında əhəngli
çöküntülərin mövcudluğu yaxşı göstərici deyil. Əgər əhəngin rəngi
bozdursa, deməli, kalsiumun konsentrasiyası ilə, qəhvəyi və ya
sarıdırsa, demək ki, dəmirlə örtülüb.

3. Marqanislə test

Adi manqan məhlulu müəyyənləşdirməyə imkan verir ki, su içmək
üçün yararlıdır, ya yox. Bir stəkan suya bir qədər marqanis əlavə
edin və reaksiyanı qiymətləndirin. Su açıq-çəhrayı olmalıdır. Əgər
həmin su sarı rəng alırsa, keyfiyyətsizdir, onu içmək olmaz. Üzvi
maddələr dağılan zaman manqan məhlulu solğunlaşır.

4. Çay dəmləmək

 

Çay müxtəlif sularda müxtəlif cür dəmlənir, hətta keyfiyyəti
yaxşı olsa da. Çayın şəffaflığına xüsusi diqqət yetirmək lazımdır.
Təzə dəmlənmiş çaya 40-50 ml qaynamamış su tökün. Əgər çayın
tərkibi daha yüngül bir kölgə əldə edərsə, suyun keyfiyyəti münasib
qəbul edilə bilər.

Əgər çayın rəngi bulanıbsa, onu içmək olmaz: Onda aşırı miqdarda
duz, üzvi və zərərli maddələr ola bilər.

5. Çəki

Hesab edilir ki, yaxşı keyfiyyətli su daha yüngüldür. Mətbəx
çəkisinin köməyi ilə 2 nümunə çəkmək olar. İki nümunəni eyni qabda
sınaqdan keçirin.

6. Güzgü ilə sınaq

Kənar maddələrin olduğunu müəyyənləşdirmək üçün təmiz güzgünün
səthinə bir damcı su axıdın. Maye buxarlanıb quruyana qədər
gözləyin və daha sonra hər ikisini müqayisə edin. Əgər güzgüdə iz
qalıbsa, deməli, suda kənar maddələr var. Yaxşı keyfiyyətli su
buxarlandıqdan sonra iz buraxmır.

7. Maye sabun

Bu üsul suyun sərtliyini yoxlamağa imkan verir. Suya az miqdarda
sabun əlavə edin. Əgər su yumşaqdırsa, o sürətlə əriyəcək və böyük
miqdarda köpük yaranacaq. Su sərtdirsə, tamamilə əksi baş verəcək.
Yağ turşuları kalsium və maqneziumdan yaranır, suda olan möhkəm
birləşmələri sabunu köpüklənməyə qoymur.

Qeyd edək ki, bir insan həyatı ərzində təxminən 35 ton su içir.
Buna görə də onun keyfiyyətini yoxlamaq vacibdir. Xüsusilə ətrafdan
gələn müxtəlif kimyəvi maddələrin 80 faizinin mütləq su mənbələrinə
düşdüyü nəzərə alsaq, daşıdığı metalların müxtəlif xəstəliklərə
səbəb olduğu istisna deyil.

Aytən

Continue Reading

Maraqlı

Qəbizliyi aradan qaldıran bitkilər hansılardır?

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qəbizlik əsasən qeyri-sağlam qidalanma nəticəsində,
istər qadın, istərsə də kişilərdə tez-tez rast gəlinən xəstəlikdir.
Əgər bu xəstəlik xroniki hal alıbsa, mütləq həkimə
gedin.

Publika.az bu yazıda oxucuları qəbizliyə müsbət
təsir edən bitkilərlə tanış edib.

Qəbizliyə yol açan səbəblər:

Pəhriz;

Həddindən artıq süd məhsullarının istifadəsi;

Yüksək miqdarda şəkərli məhsullar yemək;

Bağırsaq sindromu;

Parkinson xəstəliyi, nevroloji xəstəliklər;

 

Hərəkətsizlik;

Hamiləlik;

İstifadə edilən dərmanlar;

Qəbizliyi aradan qaldıran möcüzəvi bitkilər

Kassiya (Sinameki): Bitkinin yarpaqlarına
bağırsaqların əzələ divarlarına təsir edən antrakinon maddələri
daxildir. Bu maddə bağırsaqların fəaliyyətini aktivləşdirir və
tullantıların xaric olunmasına yardım edir. Buna baxmayaraq, həddən
artıq istifadəsi məsləhət görülmür.

Razyana: Razyana toxumları qalın bağırsaqları
təmizləmək üçün yüz illərdir ki, dərman bitkisi kimi istifadə
edilir. İltihab önləyici xüsusiyyətləri sayəsində bağırsaq
xəstəliklərinə müalicəsimə müsbət təsir göstərir. İfrat dərəcədə
istifadə etmək olmaz.

Keşniş: Qəbizlik üçün ən yaxşı çaylardan
biridir, eyni zamanda qazı aradan qaldırmaq üçün istifadə edilə
bilər. Bu çayın istifadəsi bağırsaqların fəaliyyətini yaxşılaşdırır
və yoğun bağırsağı nəcisdən təmizləyir.

Aytən

Continue Reading

Maraqlı

Dissertasiya işini bismillahla başlayan ALİM KİMDİR?

Published

on

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dahilərin həyatı daim sirlərlə və özünəməxsusluğu ilə
fərqlənir.

Publika.az islaminsesi.info-ya istinadən öz
dahiliyi ilə tarixdə iz qoymuş filosoflardan biri -Emmanuel Kantın
həyatı ilə bağlı üzə çıxmış bir faktı təqdim edir. İlk öncə E.
Kantın həyatına ötəri nəzər salaq daha sonra isə bu faktın
əhəmiyyətindən bəhs edərik.

Emmanuel Kant 1724-cü il aprelin 22-də Köniqsberq şəhərində
kasıb yəhərçi ailəsində doğulmuşdur. Müqəddəs Emmanuelin şərəfinə
ona bu ad qoyulmuşdur. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə
İmmanuel “Fridrixs-Kolleqium” gimanziyasını bitirib Könniqsberq
Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona
universiteti bitirməyə imkan verməmiş və İmmanuel 10 yaşı olarkən
ev müəllimliyi etməyə başlamışdır.

1755-ci ildə Kant dissertasiya müdafiə etdiyi və doktorluq
dərəcəsi aldığı üçün universitetdə müəllim kimi dərs demək ixtiyarı
qazanmışdır.
1770-1797-ci illərdə Kant universitetdə daha geniş sahədə –
fəlsəfə, riyaziyyat, fizika elmləri sahəsində müəllimlik
etmişdir.
Sağlamlığının qeydinə qalaraq özünü çox ciddi rejimdə işləməyə
məcbur etmişdir. Buna görə də əksər dostlarından daha çox
yaşamışdır.

Onun fələsəfəsi haqqında çox danışmaq olar. Böyük bir məktəb
yaradıb. Yalnız bir qəti imperativ var ki, o da Kanta görə
aşağıdakı kimidir: “Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq
qaydası ümumi qanun ola bilsin”. Yaxud da “Elə hərəkət et ki, sənin
iradənin əxlaq qaydası eyni zamanda ümumi qanunvericilik prinsipi
qüvvəsinə malik olsun”.

Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düzgün deyil.
Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ
tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya
digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün
qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı
mühakimələri də bununla əlaqədar idi.

Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət,
yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik
deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını
itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın
özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək
yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə
yaşamır.

Üzə çıxan fakt isə onun Kant öz doktorluq diplomunun yuxarısında
öz xətti ilə ərəbcə “Bismillahir-rəhmanir-rəhim” sözünü
yazmasıdır.

1755-ci ildə müdafiə edilmiş doktorluq dissertasiyasının
qapağına yazılmış bu sözlər hələ də müəmalıdır. Qərb alimləri bunu
inkar etməyə cəsarət etmirlər, lakin bu cavabı tapılmamış müəamma
hələ də öz sirrini qoruyub saxlayır. Ərəbca əlyazma ora niyə
yazılıb?

Təbii ki, biz Kant kimi nəhəngin Şərq -İslam fəlsəfəsindən
xəbərsiz olduğunu söyləyə bilmərik. Onun bütün nəzəriyyələrdən
xəbəri var idi. Əlbətdə ki, doktorluq dissetasiyasının üzərinə nə
yazacağının fərqində ola biləcək qədər məlumatlı bir şəxs olub.

Continue Reading

ən çox oxunanlar