Connect with us

Cəmiyyət

“İstanbullu gəlin”in ƏSL HEKAYƏSİ və baş qəhrəmanın gerçək həyatda YAŞADIQLARI – VİDEO

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda da maraqla izlənilən “İstanbullu gəlin” serialının real hadisələr əsasənda çəkilməsi onu daha baxımlı edir.

Milli.Az bu yazıda oxucuları serialın əsl hekayəsi ilə tanış edir.

Ülkü Üst adlı gənc qız musiqiyə olan sevgisinə görə İstanbulda Fatih Liseyini atıb “Rumeli Türkləri Musiqi Dərnəyi”nə yazılır. O, orada Rüştü Eriç ve Feridun Darvazdan dərs almağa başlayır. Amma maddi ehtiyacını qarşılamaq üçün eyni zamanda Beyoğlunda geyim mağazasında çalışmağa qərar verir.

O zamanlar “O Ses Türkiyə”nin sələfi sayıla bilən mahnı müsabiqələri keçirilirdi. Ülkü Üst 1968-ci ildə “Həftəsonu” qəzetinin təşkil etdiyi və səkkiz yüz nəfərin iştirak etdiyi müsabiqədə birinci olur. Bu müsabiqə sayəsində məşhurluq qazanan Ülkü bir çoxlarının diqqətini özünə çəkə bilir.

O illərdə Kabataş Kişi Liseyində oxuyan beş nəfər gənc musiqiçinin yaratdığı “Bəyaz kəpənəklər” qrupu da Türkiyədə ən çox bəyənilən qrup idi. Qrupdan ayrılan qadın vokalçısı Əzizə Gencebay Orhan Gencebayla evlənmişdi. Qrup yeni vokalçı axtardığı ərəfədə Ülkünün müəllimi onu musiqi rəhbəri olduğu “Bəyaz kəpənəklər” qrupuna dəvət edir. Ülkünün bu qrupda fəaliyyəti ona daha bir uğur gətirir.

Qrupun hətta 1970-ci illərdə “Sən gedincə bax nələr oldu” adlı mahnısı Hollandiya və Avropada ən çox bəyənilən kompozisiya olub.

Bursanın ən zəngin iş adamlarından biri Əli Sarpkan “Bəyaz kəpənəklər” qrupunun çıxışını izləmək üçün tez-tez İstanbula gələrmiş. Bu gəlişlərin səbəbkarı sözsüz ki, Ülkü Üst idi. Ali Sarpkan nəğmələrini dinlədiyi qıza o qədər aşiq olur ki, evlilik təklifi edib onu da özüylə Bursaya aparmaq istəyir.

Onlar 1975-ci ildə ailə qurur. Cütlüyün toyunda Bursanın ən adlı-sanlı adamları iştirak edir. Ülkü də əri ilə birlikdə Bursaya yerləşir.

Bursanın zəngin ailəsinin yaraşıqlı oğlu ilə ailə quran Ülkü Üst ərinin Sarpkan soyadını alır, amma həyatı gözlədiyi kimi şən keçmir. Serialda da təsvir olunduğu kimi Ülkü ailənin sevilməyən gəlini idi. Odur ki, karyerasını ailə səadətinə dəyişən gəlin özünü ailəyə sevdirmək və qəbul etdirmək üçün əziyyətlərə qatlaşmalı olur. Ülkünün qayınanası sərt xarakterə malik idi, lakin serialdakı Esma obrazının eynisi olmayıb. Aydın məsələdir ki, serialda ssenarilər daha qabardılmış şəkildə təqdim olunur.

İş adamı da müğənni ilə ailə qurduğu üçün Bursanın sayılıb-seçilən ailələrinin tənqidinə məruz qalmışdı. Bununla belə Ülkü Üst musiqi karyerasına son verməsini belə izah edib:

“Onu çox sevdim, indi də sevirəm. Ərimə bağlandım, uzun illərdir ki, evliyik. Uşaqlarım oldu. Musiqini atdım, amma içim ağladı…”

O, evləndikdən sonra köhnə peşəsinə – dərziliyə qayıdıb və şəxsi moda evini açıb. Adını isə “Kəpənək moda evi” qoyub.

“Xırda-para işlər görməyə başlamışdım, qayınanam mağaza və bir neçə tikiş maşını verdi. Beləliklə də peşəkar şəkildə tikişlə məşğul olmağa başladım. Həmin ərəfədə xeyriyyə tədbirlərində də oxumağa başlamışdım”.

Ülkü Üst bildirib ki, “İstanbullu gəlin” serial onun hekayələri əsasında çəkilir. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ülkü Üst Sarpkan - ÜMİT RÜZGARI ( plak )

BEYAZ KELEBEKLER - Sen Gidince

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cəmiyyət

Yoxlanış

Published

on

Spread the love

Kiçik yoxlama

Continue Reading

Cəmiyyət

Cavid Süleymanovdan Qurban bayramı təbriki

Published

on

Spread the love

Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.Musteqil.az  informasiya  agentliyinin baş redaktoru Cavid Süleymanov Qurban bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edib.

Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə – Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.

Quranda deyilir: “Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!”(Quran, 5-ci surə, 97-ci ayə).

Continue Reading

Cəmiyyət

Cavid Süleymanov “Qızıl qələm” mükafatı aldı

Published

on

Spread the love

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən Musteqil.az informasiya agentliyinin baş redaktoru Cavid Süleymanov  “Qızıl qələm” media mükafatına layiq görülüb.

Bu münasibətlə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyətinin  keçirdiyi ictimai sorğu əsasında qəbul etdiyi qərarı ilə Cavid Süleymanov ədəbiyyatın inkişafındakı xidmətlərinə görə “Qızıl qələm” Fəxri Media Mükafatı Diplomu ilə təltif edilib. Qeyd edək ki, Cavid Süleymanov öz məqalələrində Azərbaycanda baş verən hadisələrin real vəziyyətini əks etdirməyə çalışan jurnalistlərdəndir.

Continue Reading

ən çox oxunanlar