Connect with us

Siyasət

Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq: Qızılca epidemiyası sürətlə yayılır

Published

on



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əgər qızılca əleyhinə peyvənd edilməzsə hər 10 uşaqdan biri ölə bilər. Bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatı valideynlərə xəbərdarlıq edib. Xüsusilə 5 yaşınadak uşaqlarda bu epidemiyaya yoluxmaq riski yüksəkdir.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, əgər qızılca əleyhinə peyvənd edilməyən uşaqların sayı çox olarsa, bu epidemiya sürətli yayıla və uşaqların sağlamlığına ciddi zərər vura bilər.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən hər il qızılcadan təxminən150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Valideynlər bir neçə əlamətə diqqət etməklə uşağın qızılcaya yoluxub-yoluxmadığını aşkar edə bilərlər.

Onu da qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərində yanvarın 1-dən etibarən uşaqların sürətlə qızılcaya yoluxması baş verib. Bu isə şəhərdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olub. Qızılcaya qarşı peyvənd olunmayan uşaqların bağça və məktəblərə buraxılmasına isə qadağa qoyulub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həkimlərdən valideynlərə ciddi xəbərdarlıq: Qızılca epidemiyası sürətlə yayılır

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Siyasət

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş oldu

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 12-də
Əskişəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü
olub.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan
ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi,
iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal
layihələrin, o cümlədən TANAPlayihəsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata
keçirildiyi qeyd olunub. Dövlət başçıları əminliklərini bildirdilər
ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək
və genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Continue Reading

Siyasət

TƏXRİBAT: Azərbaycan əraziləri “Google”da erməni dilində

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Tarixi Azərbaycan rayonlarının adları elektron xəritədə
Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilir.

Publika.az xəbər verir ki, bu qanunsuzluğa
“Google maps”-də yol verilib. Adıçəkilən elektron xəritədə işğal
altında olan Dağlıq Qarabağ ərazisi və ətraf rayonların adları həm
Azərbaycan, həm də erməni dilində yazılıb. Üstəlik, bu təxribatçı
addım artıq bir neçə dəfədir ki təkrarlanır.

Məsələdən Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirliyin
mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev deyir ki, bununla bağlı
dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər
gondərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət
qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət
olub ki, “google maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi
əsasında fəaliyyət göstərir. Hikmət Haciyev deyir ki, bu halda
vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq
üçün öz səylərini əsirgəməməlidirlər.

Hikmət Hacıyev deyir ki, Azərbaycan tərəfi siyasi müstəvidə
məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət
edib.

Hikmət Haciyev məsələ ilə bağlı diaspora təşkilatları ilə
birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlərin
görüldüyünü bildirib. (xezerxeber.az)

Continue Reading

Siyasət

Türk ordusu 26 kilometr irəlilədi

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə
doğru 26 kilometr irəliləyib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin
daxili işlər naziri Süleyman Soyluya istinadən “Anadolu” məlumat
yayıb.

İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror
təşkilatının bazası yerləşir.

Continue Reading

ən çox oxunanlar