Connect with us

Maraqlı

Dağıstanda 45 min sakin işıqsız qalıb

Published

on



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dağıstanda qeyri sabit hava şəraiti səbəbindən üç rayonun elektrik təchizatında problem yaranıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qasırğa səbəbindən Tlyaratinski, Tsuntinski və qismən Şamilskiy rayonu (45 min nəfərədək sakin) işıqsız qalıb. 

Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Milli.Az

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlı

Almaniyada sincab polis tərəfindən saxlanıldı

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniyanın Karlsruh şəhərində bir nəfərin arxasınca
düşən sincab polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, parkdan keçərkən
arxasınca düşən sincabdan qorxan şəhər sakini polisə müraciət
edib.

Polis isə sincabı yorulana qədər təqib edib.

Karlsruh polis bölməsinin sözçüsü Kristina Krenz analarını
itirən sincabların anaları kimi gördüyü insanlara bağlandıqları və
onlardan qayğı görmək istədiklərini bildirib.

Polis saxlanılan sincabı adyala büküb və ona yemək verib. Daha
sonra heyvan düşərgəsinə aparıb.

Qeyd edək ki, iyul ayında Nyu-York şəhərində yerləşən Prospekt
parkında bir sincab 5 nəfərə hücum etmişdi.

Continue Reading

Maraqlı

Dünyanın ƏN QƏRİBƏ evi

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kolumbiyanın Bayoca bölgəsində yerləşən Case Terrocata
tamamilə gildən tikilmiş ikimərtəbəli ev memarlıq və sənət
baxımından diqqət çəkir.

Publika.az xəbər verir ki, dünyanın ən böyük
dulusçuluq nümunəsi olan Casa Terracota nadir sənət əsəridir.
Sadəcə memarlıq və dizayn baxımdan deyil, bu bütün sənət və əl
sənətlərini birləşdirir.

Eyni zamanda bu ev Mendoza fəlsəfəsinə əsaslanaraq hazırlanıb.
Fəlsəfəyə görə, bir yerdə yaşamaq sadəcə daxili məkanları işğal
etmək mənasına gəlməməlidir, insanlar və yaşadıqları yer arasında
bir uyum olmalıdır.

Kolumbiyalı memar Oktavio Mendoza bu evi gil kimi bəsit bir
maddənin neçə bir əsər halına gələ biləcəyini göstərmək üçün
hazırlayıb. Torpaqdan istifadə etmək ideyası yeni olmaya bilər,
ancaq onun yanaşması yenilik hesab edilir.

Mendoza ikimərtəbəli bu evi hazırlayarkən gildən başqa heç nədən
istifadə etməyib. Günəş şüaları altında bişib sərtləşəndən sonra o,
keramika halına keçib.

Mendoza bu evi “dünyanın ən böyük palçıq parçası”
adlandırır.

Gülxar

Continue Reading

Maraqlı

Bunları suya qatıb içsəniz… – İNANILMAZ NƏTİCƏ

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hər səhər suya bir neçə limon damcısı sıxıb içmək çox
faydalıdır. Dietoloqlar bildirir ki, limonu müxtəlif bitkilərlə
əvəz etmək olar.

Publika.az bu yazıda oxucuları suyu daha dadlı
edən üsullarla tanış edib. Burada çətin heç nə yoxdur, suya sadəcə
bir inqrediyent əlavə edəcəksiniz.

Ödəmə qarşı duz

Adət etdiyimiz duz orqanizm üçün zərərli sayılır. Lakin adi
duzlardan fərqli olaraq, Himalay duzu orqanizmdə su saxlamır,
əksinə onu bədəndən çıxartmağa kömək edir və ödəmin yaranmasına
səbəb olmur. Belə su susuzluğu daha tez öldürür, nəinki adi limonlu
su. Bundan əlavə, onun tərkibində faydalı minerallar və
antibakterial xüsusiyyətlər boğaz ağrılarını aradan qaldırmağa
kömək edir. Bir litr suya çay qaşığının dörddə biri qədər duz əlavə
edin.

Darçın

Pəhriz saxlayanların sevimli ədviyyatı şirniyyat istəyinin
qarşısını alır. Onu suya əlavə etdikdə ən yaxşı xüsusiyyətləri su
ilə qarışır. Metabolizmi yaxşılaşdırır və qanda qlükozanın
səviyyəsini azaldır, nəticə etibarilə şirniyyat istəyini yox edir.
Axşam yatmazdan əvvəl bir litr suya 4-5 darçın çubuğu əlavə edin.
Səhər yüngül tünd ətirli kokteyldən ləzzət alın.

Sızanaqlara qarşı xlorofil

Maye xlorofil təbii dezodorant təsiri göstərir, həzmi
yaxşılaşdırır və orqanizmi təmizləyir. Amma xlorofilli suyun başqa
faydalı xüsusiyyətləri də var. O, akne xəstəliyinin törədicisi olan
bakteriyaların sayını azaldır, yaraların tez sağalmasına səbəb olur
və kollagen istehsalını stimullaşdırır. Bir sözlə, belə yaşıl su
təmiz və sağlam dəri üçün ideal kokteyldir. Bunun üçün bir stəkan
suya bir çay qaşığı xlorofil əlavə edin.

Sarıkök

Bu məşhur antioksidant və C vitamini anbarı qırışların
yaranmasını qarşısını alır, hətta anti-yaş (yaşlılıq əleyhinə)
xassələrini suda da qoruyub saxlayır. Ancaq təbii dərman sayılan bu
ədviyyatdan sadəcə profilaktika məqsədilə istifadə olunmur: O dəri
rəngini yaxşılaşdırır və yüksək iştahanı normallaşdırır.

Hər səhər isti suya yarım çay qaşığı sarıkök əlavə edib için.
Müalicə kursunu 2-4 həftə yerinə yetirməyi məsləhət görürlər. İki
ay fasilə verdikdən sonra kursa yenidən başlaya bilərsiniz.

Aytən

Continue Reading

ən çox oxunanlar