Connect with us

İqtisadiyyat

Dağıstan toyu FOTOLARDA

Published

on



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dağıstan ən qədim adətlərini qoruyan azsaylı muxtariyyətlərdən biridir. Bir çox adətləri isə Azərbaycan adətləriylə demək olar ki, üst-üstə düşür.

Əsas oxşarlıqlar isə mərasimlərlə bağlıdır.

Milli.Az Dağıstan toylarında çəkilmiş maraqlı fotoları təqdim edir. (publika.az)

Milli.Az

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İqtisadiyyat

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və sərnişin terminalının tikintisinə vəsait ayrıldı

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının və liman ərazisində sərnişin terminalının
tikintisi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamda qeyd edildiyinə görə, Yeni
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində
sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar
tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,2 milyon
manatı İqtisadiyyat Nazirliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli
gələn digər məsələləri həll etmək tapşırılır.

Continue Reading

İqtisadiyyat

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 11 milyon 352 min manat ayrılıb

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev sel və daşqın təhlükəli çayların
zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan
qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Son illərdə sel və daşqınların zərərli təsirlərindən qorunmaq
üçün genişmiqyaslı və böyükhəcmli mühafizə tədbirləri həyata
keçirilmiş, daşqın təhlükəli çayların sahili boyunca mühafizə
bəndləri tikilmiş, mövcud bəndlərin hündürlüyü artırılaraq
möhkəmləndirilmiş, sel və daşqın sularının maneəsiz ötürülməsi üçün
digər zəruri tədbirlər görülmüşdür. Qeyd olunan işlərin davamlılığı
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22
yanvar tarixli 3593 nömrəli Sərəncamına əsasən “Sel və daşqın
təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza
vəziyyətinin aradan qaldırılması tədbirləri”nin icrası üçün
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 5
milyon manat vəsait ayrılıb.

Sərəncamda qeyd edilir ki, sel və daşqın təhlükəli çayların
zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan
qaldırılması tədbirlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593
nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu
(investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün
1.84-cü bəndində göstərilmiş məbləğin 11 352 000 (on bir milyon üç
yüz əlli iki min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli
gələn məsələləri həll etmək tapşırılır.

Continue Reading

İqtisadiyyat

Bu il Azərbaycanda 6 min yeni ev tikilib

Published

on

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

2018-ci ilin birinci yarısında Azərbaycanda bütün
maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və
ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni
yaşayış evləri tikilib istifadəyə verilib.

Publika.az Trend-ə istinadən bildirir ki, yanvar-iyun aylarında
mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463,8 milyon
manat olub, onun 89,3 milyon manatı dövlət, 374,5 milyon manatı isə
qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə
əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə
şəxsi vəsaitləri hesabına 6,0 min yaşayış evi tikiblər, onların
əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı və Sumqayıt
şəhərlərində, Masallı, Tovuz, Qazax, Abşeron, Qəbələ, Şəmkir və
Cəlilabad rayonlarında inşa edilib.

Continue Reading

ən çox oxunanlar