Connect with us

Cəmiyyət

Bu dərmanı hər gün eyni saatda içməsəniz…

Published

on

Spread the love



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ailə planlaşdırılması ailələrin istədikləri zaman, istədikləri sayda və baxa biləcəkləri qədər uşaq sahibi ola bilmələri üçün təqdim edilən xidmətlərin ümumiləşmiş formasına verilən addır. Dünyada ən çox istifadə edilən, müasir, səmərəli doğuşa nəzarət üsullarından biri də doğuş  həbləridir. Tərkibində qadınlıq hormonu adlandırılan estradiol və hamiləlik hormonu olan progesteron ehtiva edən bu dərmanlar 1950-ci ildə kəşf edilib. 1960-cı ildə isə istifadə edilməyə başlanıb. İlk istifadə dərmanlarında estrogen dozası 150 mikroqramadək yüksək olub. Hazırda isə bu rəqəm 20 mikroqramdır. Mütəxəssislər bu dozanı 15 mikroqramadək aşağı salmaq üzərində təcrübələr aparırlar. Bəzi dərmanlar tüklənmə və çəki artırmağa meylli olduğu halda yeni istehsal edilənlər əksinə, tüklənmənin qarşısını alır və çəki artırmır. Hətta çəkini azaltma qabiliyyəti də müşahidə edilib.

Milli.Az ailem.az-a istinadən doğuş həbləri haqqında çoxlarının bilmədiyi məqamları sadalayacaq.

Prezervativ və spiraldan daha təsirlidir

 

– Doğuş həbləri qüsursuz və uyğun istifadə edildikdə 0,3%, səhv istifadələrdə isə 8% müvəffəqiyyətsizlik ehtimalına (hamiləlik şansı) malikdir. Yəni bu dərmandan nə qədər düzgün istifadə edilsə də, hər üsul kimi müvəffəqiyyətsizlik (hamilə qalma ehtimalı) riski var.

 

– Müqayisə edildikdə isə prezervativ və spiral kimi üsullara nisbətən hamiləliyin qarşısını alan ən təsirli üsuldur.

 

– Hamiləliyin qarşısı qadında yumurtlamağa təsir etmək, spermanın uşaqlığa keçməsini mürəkkəbləşdirmək, uşaqlıq divarını nazildərək embrionun yerləşməsinə mane olmaq kimi üsullarla alınır.

 

– Dərmanı dayandırdıqdan sonra ilk 3 ay ərzində hamilə olmaq şansı 90% geri dönür. Bu isə sübut edir ki, insanlar arasında yayılan “doğuş həbləri sonsuzluq yaradır” fikri yanlışdır. Belə ki, əgər bu dərmanlar sonsuzluğa səbəb olsaydı, 1 gün belə unudulduqda hamilə qalmaq mümkün olardımı?

 

Əlavə faydaları da mövcuddur

 

Bu həblər hamilə qalmağa nəzarət etməklə yanaşı, menstruasiyanı nizamlayır, qanama və sancıları azaldır, sadə yumurtalıq kistalarını müalicə edir, sümük əriməsi, saç tökülməsi və sızanaq meydana gəlməsinin qarşısının alır. Bundan başqa uşaqlıq-yumurtalıq və sütun xərçənginin qarşısını almaq kimi bir çox əlavə faydaları da mövcuddur. Bir çox satış yerlərində 3 həftə istifadə edilib, 1 həftə ara verilən, 28 gün ardıcıl istifadə edilən və hətta il boyu hər gün istifadə edilən bəzi dərmanlar mövcuddur. Doğuş həblərinin siqaretlə istifadəsi tövsiyə olunmur.

 

Diqqət edilməli məqamlar

 

1. Bu dərmanlar hər gün eyni saatda və nizamlı olaraq istifadə edilməlidir. Unutqanlıq problemi olan və bu qaydaya riayət edə bilməyənlər üçün məsləhət görülmür. Dərman bitdiyi halda yenidən almağı unutduğunuzda ağlınıza gələn kimi alın. Əgər növbəti doza zamanı ağlınıza gələrsə, 2 dənə birdən (unudulan doza və həmin günkü doza) qəbul edilməlidir. 48 saat unudulduğu halda bu, tsikl ləğv edilir, dərman kəsilir və menstruasiya gözlənilir. Yeni menstruasiya ilə birlikdə yeni qutuya başlamaq olar.

 

2. Kök qadınlarda dərmanın yumurtlamağa təsir dozası kifayət etməyə bilər. Ona görə də dozanı artırmaq olar. Belə ki, çəkisi 70 kilodan çox olan qadınlarda müvəffəqiyyətsizlik riski 1,6 və aşağı dozalı dərmanlarda 4-5 qat artır. Yəni dərman dozası xəstəyə əsasən nizamlanmalı, arıq qadınlara daha aşağı doza verilməlidir.

 

3. Subay və hamiləlik riski olmayan qadınlar dərmana menstruasiyanın ilk 5 günü başlaya bilərlər. Evli və hamilə olmaq istəməyənlər isə menstruasiyanın ilk günü başlamaları məsləhətdir. Əks təqdirdə o ay üçün əlavə qorunma vasitəsi (prezervativ, çölə boşalma v s.) təklif edilməlidir.

 

4. Doğuş həbləri bir çox dərmanla birlikdə atıla bilər. Bəzi dərmanlarla birlikdə qəbul edildikdə dozası azaldılmalı, bəzilərində doza artırılmalıdır. Bunlara nümunə kimi qızdırma salan dərmanlar birgə atıldıqda doza artırılmalı, antidepressant istifadə edildikdə isə 1/3 nisbətində azaldılmalıdır. Antibiotiklərlə birgə istifadə edilməsi haqqında isə heç bir məlumat yoxdur. 

Milli.Az

Continue Reading
Click to comment

Şərh yazın

Specify Facebook App ID and Secret in Super Socializer > Social Login section in admin panel for Facebook Login to work

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cəmiyyət

Xeyirxah işarə dilində ilk forumun keçirilməsinə hazırlaşır.

Published

on

By

Spread the love

8 dekabr tarixində Azərbaycan – Fransız Universitetində Xeyirxah Platformasının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə, işarə dili üzrə tanınmış təlimçi Nuranə Abıyevanın təqdimatında həyata keçirdiyi “Səssiz Qəhrəman” işarə dili təlimlərinin açılışı və ilk təlimi baş tutdu.

Xeyirxah Platformasından bildiriblər ki, Platformanın rəhbəri Çingiz Səfərov gələcək planlardan söz açaraq Platforma tərəfindən ilk dəfə olaraq “Səssiz Qəhrəman” işarə dili forumunun keçiriləcəyini qeyd etdi. Bildirildi ki, eşitmə və danışma qüsuru olan insanlar üçün keçiriləcək forumların müxtəlif mövzuları əhatə etməklə ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Daha sonra Nuranə Abıyevanın təqdimatında interaktiv təlim davam etdi. O, qeyd etdi ki, layihənin davamında iştirakçılarla birgə müxtəlif fləşmobların hazırlanması nəzərdə tutulub. Bundan başqa, xüsusi olaraq, layihə üçün hazırlanmış video dərsliklər mütəmadi şəkildə iştirakçılara və ictimaiyyətə sosial şəbəkələr üzərindən təqdim olunacaq.

Continue Reading

Cəmiyyət

Cavid Süleymanov yazır…Heydər Əliyev unudulmaz lider

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyin baş redaktoru Cavid Süleymanov yazır…Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Heydər Əliyevin vəfatından 15 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə  Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan
verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində
işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq,
1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin
ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və
müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri
götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın
yüksək mükafatı – Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı –
“Atatürk Sülh Mükafatına” layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni təqdim edilib.

Continue Reading

Cəmiyyət

Heydər Əliyev olmasaydı, heç bir müasir Azərbaycan olmazdı.

Published

on

By

Spread the love

Bakıda və respublikada, nə də ölkənin xaricində, bu həqiqətə meydan oxuyan tək bir insan yoxdur. Bütün türk dünyasının ən hörmətli siyasətçilərindən olan, Azərbaycan xalqının ümummilli liderinin rolu və əhəmiyyəti çox böyükdür, Onun həyat yolu, idarəetmə fəlsəfəsi, bacarıq və təsir səviyyəsi biyograflar və tarixçilər tərəfindən çox uzun müddət öyrəniləcəkdir. Heydər Əliyevin təcrübəsi yalnız müasir Azərbaycanın həyatına əhəmiyyət verməmişdir, əksinə, illər ərzində daha da aktual və əhəmiyyətli hala gətirmişdir.
Ən dəqiq şəkildə fəaliyyətini “modernləşdirmə” sözü ilə ifadə etsək, Sovet dövründə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra respublikanın dərin modernləşdirmə prosesi başlamışdır. Sovet hakimiyyətinin başında işləyən Azərbaycan lideri, bəlkə də, SSRİ-nin sönmüş və tələbkar dəyişməsini islah edən ən aktual tərəfdar olan. Ancaq böyük bir gücün qorunması, inkişafın yeni bir mərhələsinə çatdırmaq qabiliyyətinə malik bir sıra təklifləri yerinə yetirilməsində rolu olmuşdur.
1969-cu ildə Heydər Əliyev respublikanı idarə etdiyi dövrdə, Əliyev böyük səviyyədə hakimiyyətə malik yüksək səviyyəli idarəçiliyi olan. Tapşırılan vəzifəni daim parlaq bir şəkildə başa vuran. O dövrdə neft sənayesi tamamilə yenilənmiş və modernləşdirilmiş, Gəncə şəhərində yüksək texnologiyalı alüminium istehsalı istifadəyə verilmiş, tikilmiş su elektrik stansiyaları, Naxçıvanda toxuculuq fabriki, alət istehsalı sənayesi inkişaf etdirilmiş, Bakıda ev kondisionerlərinin istehsalı üzrə zavod hazırlanmasını uğurla heyata keçirmişdir.
Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi dönəmində və əslində millətin lideri kimi onun 10 illik yubileyinə hörmətlə yanaşıldı və o, Sosialist Qəhrəmanı adına layiq görüldü. Bu 10 il ərzində Azərbaycanın sənaye potensialı iki dəfədən çox artmışdır. Sonra Uluöndərin öz doğma respublikasının bugünkü taleyinə minnətdarlıq edərək yazırdı: “Bu ən yaxşı illər idi … Bəzən, işi bitirdikdən sonra da evə getmədim, düşündüm, respublikamızın vəziyyətini yaxşılaşdırmaq üçün yeni planlar hazırladım. Mənim vəzifəmə təqdim olunan imkanlardan istifadə edərək, xalqım üçün faydalı işlər etmək barədə düşündüm “. Azərbaycan Heydər Əliyev tərəfindən idarə olunduqları illər tikinti və qurulma dövrü oldu, 313 sənaye müəssisəsi tikilib istifadəyə verildi. Milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında uğur qazanmaq üçün Azərbaycan, SSRİ-nin sotsialist rəqabətini 12 dəfə üstələyirdi. Heydər Əliyev intellektuallarla çox tanış olur, elm və sənət adamlarına qiymət verərək, yubileyləri qeyd etmək adətini təqdim edir, çoxsaylı memarlıq abidələrinin bərpasına başlayır. 1978-ci ildə qəbul edilmiş Konstitusiyada öz təşəbbüsü ilə Azərbaycan dili dövlətin statusu alır
Bununla yanaşı, Azərbaycanda çox mübahisəli hadisələr baş verir. 1990-cı ilin qışında Sovet əsgərləri Bakıya gətirildi və qanlı hadisələr baş verdi. Ertəsi gün Heydər Əliyev Moskvada, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarını və təqsirləndiricilərini cəzalandırmaq tələbi ilə Bakıya qoşunların gətirilməsini pislədi. O, həqiqətən də özünü Azərbaycanın müstəqilliyinin tərəfdarı elan etdi. Həmin ilin iyun ayında Əliyev öz vətəninə qayıtdı, ilk Bakıda, sonra Naxçıvanda, Azərbaycanın Ali Sovetinə deputat seçildi. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri vəzifəsində çalışan Heydər Əliyev müharibə yolu ilə məhv olan muxtar respublikanın iqtisadiyyatını bərpa etmək və əhalinin normal həyatını qurmaq üçün bütün tədbirləri gördü. Heydər Əliyev müsahibəsində öz fəaliyyətini yekunlaşdırdı: “Mənim qiymətlərimi şişirtmədən, mən Naxçıvanın o dövrdən məni xilas etdiyindən çox qürur duyuram” deyə bilərəm. Üç ildir ki, Naxçıvan Əliyev rəhbərliyi altında sabitlik adasına çevrilib və yeni Azərbaycan dövlətinin qurulması üçün ilk addımlara başlanılıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilir və 1998-ci il oktyabrın 11-də seçicinin 76,1 faizini qazanaraq dövlət başçısı seçildi. Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin ali məktəblərinin fəxri doktoru və digər yüksək fəxri adlar, dörd dəfə Lenin ordeni, Qırmızı ulduz ordeni, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir çox dövlətlərin orden və medalları ilə təltif edilmişdir.
Heydər Əliyevin ləyaqəti, onun yalnız hakimiyyətə gəldikdə, o, Azərbaycanda daxili siyasi sabitliyə nail olub, eyni zamanda ölkənin iqtisadi müstəqilliyinin təməlini qoydu. İstehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması və sərmayələrin cəlb edilməsi üçün böhran əleyhinə proqramlar hazırlanmasına nail oldu. Prezident yeni Konstitusiyanın hazırlanmasına başladı. “Biz belə bir Konstitusiyanı inkişaf etdirməli və qəbul etməliyik ki, tarixi bir sənəd, əsas qanuna çevrilsin və uzun müddət Azərbaycan demokratik prinsiplər əsasında sabit bir şəkildə təmin olunsun”.
Belə bir Konstitusiya 1995-ci ilin noyabr ayında qəbul edildi. Sonra Heydər Əliyev qeyd etdi ki, “bu Konstitusiyanın məqalələrini müşahidə edərək xalqımız Azərbaycan Respublikasının müstəqilliyini əbədiləşdirəcəkdir. Bizim vəzifəmiz vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasını təmin etmək üçün Konstitusiya ilə təmin edilmiş təminatları, qanunvericilik bazalarını effektiv şəkildə istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət qurmaqdır “.
Prezident Əliyev balanslı xarici siyasət fəaliyyətini həyata keçirdi. Bir çox cəhətdən, onun gözəl siyasəti sayəsində, əsrin neft müqaviləsi, daha sonra da Azərbaycan üçün əlverişli şərtlərə müqavilələr bağlandı. Danışıqlar uzun və çətin idi. Vəziyyət xarici siyasətdən neft siyasətini dəyişdirməyə təzyiq etmək üçün xaricdən ilhamlanmış silahlı islahatlarla bir neçə cəhdlərlə daha da ağırlaşdı. Ancaq Heydər Əliyev vətən maraqlarını müdafiə edə bildi. Müqaviləni imzalayarkən, o, gələcək nəsillərin tarixi hadisəni qiymətləndirəcəyini sevinc və güvənliyi gizlətməyib. Yeri gəlmişkən, “Əsrin müqaviləsi” ndə dünyanın 8 ölkəsindən 13 şirkət iştirak edib.
“Əsrin müqaviləsi” nin nəticəsi Azərbaycan üçün birbaşa iqtisadi mənfəətlərlə məhdudlaşmır. Ölkənin rəhbərliyinin səmərəli hərəkətləri sayəsində çoxalma effektinə nail olundu: ölkənin geosiyasi vəziyyəti kəskin artdı, xalqın sosial rifahının təməli qoyuldu, neft mühəndisliyi və neft kimyasına yeni bir təkan verildi. İqtisadiyyata milyardlarla dollar axını bazarın keçidində bir söndürmə faktoru rolunu oynadı və qazanc sənayenin çox sahələrində yeni texnologiyaların tətbiqinə imkan verdi. Heydər Əliyevin hakimiyyəti dövründə Bakının yenidən qurulmasına başlanmış, bu gün burada bir şəhər olmuşdur və burada olanların hamısına təəccüb doğurmuşdur. Paytaxtın yenidən qurulması davam edir.
Bakı – Tiflis – Ceyhan neft kəməri və Bakı – Tbilisi – Ərzurum qaz kəməri kimi böyük layihələr Əliyevin adı ilə bağlıdır. Enerji sektorunda beynəlxalq oyunçuların gəlməsi sayəsində Azərbaycan, həm Rusiya, həm də Qərbin tərəfdaşlarının hərəkətlərinə öz qərarlarından asılı vəziyyət yaradıb. Heydər Əliyev siyasətinin bu vektoru sonradan oğlu İlham tərəfindən dəstəklənib və uğurla davam etdirildi və bu günə kimi Azərbaycan Avropanın alternativ enerji təchizatçılarından birinə çevrildi. Heydər Əliyev böyük diplomatik və praktiki təcrübəsinə malik idi. Müstəqil dövlət başçısının vəzifəsi ona Birləşmiş Ştatlar, Avropa və Asiya ölkələri rəhbərləri ilə bərabər təmasda olmaq imkanı vermişdir. Və mövcud münasibətləri Azərbaycan xeyrinə istifadə etdi. Heydər Əliyevin dediyi bu sözlər, müdrik siyasət kimi, vaxt testini uğurla keçməsidir. “Mən həmişə qürurlu və qürurluyam. Heydər Əliyev Azərbaycanın güclü bir dövlət xətti, siyasi və iqtisadi əsasları yaratmaqla yanaşı, milli ideoloji və milli ideologiyanın bərqərar olmasının təməlinə çevrilmişdir. Onun ölkəsinin dünyəvi təməllərini quran Heydər Əliyev idi.
Hal-hazırda Azərbaycan tamamilə dünyəvi, həm xarici, həm də daxili siyasət apararaq, Yaxın Şərqdə güclənən ekstremist meyllərə qarşı çıxan dövlətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycan Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycanın nüfuzu daim artır, xalqın rifahı yaxşılaşır. Heydər Əliyevin böyük rolu yalnız öz doğma Azərbaycanında yüksək qiymətləndirilmiş, eləcədə başqa ölkələrdə bir çox görkəmli modern xadim onun haqqında dərin ehtiramla danışır.
Artıq Ümumilli liderin vəfatından 15 il ötür. O hər zaman bizim qəlbimizdə yaşayacaqdır. Bir yəhudi kimi mən hər zaman qürur hissi duyuram ki, məhz onun sayəsində ucalan dövlətin vətəndaşıyam və bir vətəndaşım oldugum dövlətin, dövlətçiliyin, uğurları üçün həmişə çalışaraq, onun uğurlarını dünyada tanıtmaqda, öz səylərimi davam etdirəcəyəm.
Sumqayıt Dini Yəhudi Cəmiyyətinin təsisçisi Əbilov Nəsimi.

Continue Reading

ən çox oxunanlar