Connect with us

İdman

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Published

on



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qarğıdalı saçağından hazırlanan çay içmisiniz? İnsan sağlamlığına bir çox faydası olan qarğıdalının saçağının da orqanizmimizə inanılmaz köməyi var.

Milli.Az ailem.az-a istinadən müxtəlif infeksiya və xəstəliklərə qarşı immunitet qazanmağa təsir edən qarğıdalı saçağı çayının hazırlanma qaydasını göstərir.

Faydaları:

 

Müxtəlif xəstəliklərlə savaşan bu çayın sidikqovucu xüsusiyyəti var. Qarğıdalı saçağından hazırlanmış çay böyrək daşlarının yaranmasının qarşısını yüksək şəkildə alır.

 

Kişilərdə rast gəlinən prostat vəzi problemlərini aradan qaldırır.

 

Qarğıdalı saçağı çayı bədənə qüvvət verərək revmatizm ağrılarına fayda göstərir.

 

Yüksək təzyiqi aşağı salır və qan təzyiqini normallaşdırır.

 

Diabet xəstəliyinə də faydalı olan qarğıdalı saçağı çayı xronik yorğunluğu olan şəxslərdə qüvvətlənməyə kömək edir.

 

Hazırlanması:

 

Yetişmiş və bir az tündləşmiş qarğıdalı saçaqlarını kiçik bir çaynikdə qaynar suyun içinə qoyaraq az odda 10 dəqiqə dəmləyin. Artıq çay içilməyə hazırdır.

Milli.Az

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İdman

Dünya kubokunun sahibi bu ölkə olacaq

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Süni intellekt Rusiyanın ev sahibi olduğu Dünya
Kubokunun sahibi ilə bağlı versiyalarını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, Unanimous A.I. adlı süni intellekt Almaniyanın qalib olma
faizinin daha yüksək olması qənaətinə gəlib.

Dünya kubokunun sahibi ilə bağlı versiyalar səsləndirən
proqramlar sirasına daxil olan Unanimous A.İ-yə görə, Almaniyanın
qalib olma ehtimalı 20.39 faizdir. İkinci sırada isə 18.95 faizlə
Braziliya gəlir. Finala çıxacağı gözlənilən digər iki komanda isə
Braziliya və Fransadır.Üçüncü yerdə isə 14.61 faizlə İspaniya
durur.

Almaniya dörddə bir finalda İngiltərə, yarımfinalda isə
Portuqaliyanı yarışdan kənarlaşdıracaq. Braziliya isə dörddə bir
finalda Belçikanı, yarımfinalda Fransanı məğlub edəcək.

Süni intellektin hazırladığı rəyə görə, Braziliya komandası
finalda istədiyi hesabı qazanıb kuboka qədər yüksələcək. Almaniya
ilə Braziliya arasındakı final oyunu 2:1 hesabı ilə bitəcək.

Gülxar

Continue Reading

İdman

MÖHTƏŞƏM REKORD: Ronaldo ilk futbolçudur ki…

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Kristiano Ronaldo tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı super ulduz
DÇ-2018-in İspaniya ilə matçında qol vuraraq adını tarixə
yazdırıb.

Belə ki, penaltidən vurduğu qolla hesabı açan Ronaldo üst-üstə 8
böyük turnirdə fərqlənən ilk oyunçu olub. Kristiano AÇ-2004,
DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra
DÇ-2018-də də ən az bir dəfə rəqib qapıçını məyus edə bilib.

Üstəlik ardıcıl 4 dünya çempoionatında da qol vuran Ronaldo
(DÇ-2006 – İran, DÇ-2010 – Şimali Koreya, DÇ-2014 – Qana) tarixdə
bunu bacaran 4-cü oyunçu olub. Daha əvvəl bunu Uve Seelar, Pele və
Miroslav Kloze bu göstəricini təkrarlayıb.

Qeyd edək ki, hazırda dünya çempionatında iştirak edən Tim
Keyhil (Avstraliya) və Rafael Markez (Meksika) da Ronaldoya
“qoşula” bilər. Hər iki oyunçu daha əvvəl 3 DÇ-də rəqib qapıçını
məyus edə bilib.

Continue Reading

İdman

Dünyaca məşhur boksçular döyüşü buraxıb, onları izlədilər

Published

on

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Dünyaca məşhur boksçu Tayson Fyuri dünən gecə
İngiltərədə albaniyalı rəqibi Səfər Səfəri ilə rinqə
çıxıb.

Publika.az xəbər verir ki, matç zamanı
tribunada tamaşaçılar arasında iğtişaş yaşanıb. Boksçular matçı
dayandırıb, 15 tamaşaçının əlbəyaxa döyüşünə tamaşa ediblər.

İkinci raundun ortasından başlayan dava uzun müddət davam edib
və getdikcə böyüyüb.

Matç daha sonra davam edib və döyüşü Tayson Fyuri qazanıb.

Zümrüd

Continue Reading

ən çox oxunanlar